reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Kirayə bazarında gözlənilən YENİ BAHALAŞMA: - “Rayonlardan Bakıya növbəti axın...”

reklam

Kirayə bazarında gözlənilən YENİ BAHALAŞMA: - “Rayonlardan Bakıya növbəti axın...”


“Kirayə mənzillərə tələbatın çox olması fonunda qiymətlərdə 50-100 manat civarında artım baş verə bilər”.

Bəzi ekspertlərə görə, yanacaq və suyun qiymətinin artmasından sonra digər sahələrdə də bahalaşmanın olacağı gözlənilir. Bütün sferaların bir-birinə zəncirvari bağlı olduğunun nəzərə alsaq, bahalaşmanın ölkənin tikinti və əmlak sektorundan da yan keçməyəcəyi şübhə doğurmur. O baxımdan, mövcud şəraitdə əmlak bazarında qiymətlərin hansı səviyyədə olacağı sual doğuran məqamlar sırasındadır.

Əmlak eksperti Elnur Fərzəliyev mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında bildirib ki, ötən illə müqayisədə bu il tikinti materiallarının qiymətində ciddi fərq müşahidə olunur:

“Suyun qiyməti kimi mismar, taxta və əksər materialların qiyməti ikiqat artıb. Bu artıma təsir edən bir sıra amillər var. Ölkə sərhədlərinin bağlı olması və malların gömrükdə qalması qiymət artımına təsir edib.

Bununla yanaşı, pandemiya dövrünün yaratdığı iqtisadi problemlər fonunda tikinti məhsulları istehsal edən xarici müəssisələrin əksəriyyətində işçi qüvvəsinin sayı azaldılır. Bu isə istehsalın azalmasına, nəticədə material qıtlığına və qiymətlərin bahalaşmasına səbəb olur.

Eyni zamanda, ölkədə yanacağın bahalaşması yükdaşınmaların da bahalaşmasına təsir edib. Tikinti materiallarının qiymətinin hansı səviyyəyə qədər artacağı hələ ki sual altındadır. Lakin tikinti materiallarının bahalaşması mənzillərin satış qiymətini də artıracaq”.

Ekspertin sözlərinə görə, karantin rejiminin yumşaldılması fonunda əksər iş yerlərinin fəaliyyətinə icazə verildiyi üçün iki ay əvvəl yaşadıqları qayonlara qayıtmalı olan vətəndaşlar yenidən Bakıya axışırlar. Bu isə kirayə mənzilə tələbatı artırıb:

“İndiki şəraitdə kirayə mənzil axtaran vətəndaşların sayı kifayət qədər çoxdur. Onlar daha çox 200-500 manat civarında olan evlər axtarırlar. Hazırda ali təhsil müəssisələrinin bağlı olduğunu nəzərə alsaq, gələcəkdə tələbələrin paytaxta axını ilə kirayə mənzillərə tələbat daha da artacaq. Bu halda kirayə mənzillərin qiymətində 50-100 manat civarında artım baş verə bilər”.


Paylaş:


Müəllif : Tarix:
3-02-2021, 15:56
Sikayət   


loading...
Загрузка...