reklam
Regionxeberlericom.az » İqtisadiyyat » "İşıq maya dəyərindən baha satılır” – Bahalaşır?

reklam

"İşıq maya dəyərindən baha satılır” – Bahalaşır?


Suyun qiymətinin bahalaşmasından sonra cəmiyyətdə ajiotaj yaranıb. İndi də işığın qiymətinin artmasına dair iddialar ortaya atılıb. Deyəsən, doğrudan da, vətəndaşların “gözü qorxub”. Mütəxəssislər isə düşünürlər ki, narahatlığa ehtiyac yoxdur. Məsələn, iqtisadçı-ekspert Nazim Bəydəmirli bu fikirdədir.

O, elektrik enerjisinin qiymətinin bahalaşmayacağının səbəblərini “Sherg.az”a izah edib:

“Elektrik enerjisi onsuz da maya dəyərindən bir neçə dəfə baha qiymətə satılır. Qarabağın işğaldan azad olunmuş yerlərində də SES-lər var. SES-lərin sayı çox olduğuna görə, maya dəyəri əslində daha aşağı olmalıdır.

Prezidentin 2001-ci ildəki Fərmanını xatırlatmaq istəyirəm. Orada göstərilirdi ki, kommunal xidmətlərin qiyməti maya dəyərinə uyğunlaşmalıdır.

Dediyim kimi, qiymət artımı əsassızdır. Bu, heç bir hesablama, araşdırma aparılmadan həyata keçirilir. Beləliklə, əziyyət çəkən vətəndaşlar olurlar. Bu isə kütləvi müflisləşmə ilə nəticələnir.

Əhali “boğazından kəsib” kommunal xərcləri ödəməyə məcbur qalır. Təəssüf ki, pandemiya dövründə bir çox ölkədən fərqli olaraq, Azərbaycanda əhali kommunal xidmətlərin ödənməsindən azad edilmədi.

Belə bir tendensiya isə vətəndaşlardan daha çox, müəyyən monopolistlərin maraqlarına cavab verir. Ona görə sözügedən məsələlər düzgün tənzimlənməlidir”.


Paylaş:


Müəllif : Tarix:
4-02-2021, 17:38
Sikayət   


loading...
Загрузка...