reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Bu dərmanın satışı qadağan olundu - RƏSMİ

reklam

Bu dərmanın satışı qadağan olundu - RƏSMİ


“EQİS ƏCZAÇILIQ ZAVODU” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Hartil®-D” ticari adlı ramipril / hydrochlorothiazide - 2.5 mg/12.5 mg tərkibli tabletlər №28 (2x14) blisterdə, karton qutu qablaşmada dərman vasitələrinin stabillik sınaqlarından əldə olunan nəticə spesifikasiya çərçivəsindən kənara çıxdığından qeyd edilən seriya ilə buraxılan dərman vasitəsinin geri çağırılması qərarı alınıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, bu barədə topdansatış əczaçılıq müəssisələri və “EQİS ƏCZAÇILIQ ZAVODU”nun Azərbaycandakı nümayəndəliyi məlumatlandırılıb. Həmçinin 0010319 seriya ilə buraxılmış son istifadə tarixi 03.2022 olan “Hartil®-D” ticari adlı ramipril / hydrochlorothiazide - 2.5 mg/12.5 mg tərkibli tabletlər №28 (2x14) blisterdə, karton qutu qablaşmada dərman vasitəsinin ölkəyə idxalı və ölkədə topdan və pərakəndə satışı qadağan edilib.


Paylaş:


Müəllif : Tarix:
5-02-2021, 17:43
Sikayət   


loading...
Загрузка...