Taksi xidmətinin keyfiyyəti niyə aşağıdır? - Ekspert danışır
Ölkədə demək olar ki, bir çox taksi şirkəti tərəfindən müştərilərə göstərilən xidmətinin keyfiyyəti günü-gündən aşağı düşür. Belə ki, müştəri ilə kobud rəftar, çağırış yerinə gec gəlmək və yaxud müştərini bir neçə ondəqiqə ilə gözlətmək, pik saatlar olmasa belə özlərindən qiymət artımı kimi hallara yol verildiyi üçün “Maksim”, “Omeqa”, “Ulduz” və bu kimi çox taksi şirkətlərindən şikayətlərin sayı durmadan artır. Bəs görəsən, bu xidmət sektorunda illərdir yığılıb qalan problemlərin aradan qaldırılması üçün nə lazımdır?
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, taksi xidməti qanunla tənzimlənmədiyi və taksi sürücülərinin də bir çoxunun bu işi ikinci, yəni əlavə iş kimi gördükləri üçün bu sahədə xidmət aşağıdır:
“Azərbaycanda taksi fəaliyyəti ilə bağlı xaotik vəziyyət yaranıb. Səbəb bəzi insanların daha çox qazanc əldə etmək məqsədi ilə ikinci iş kimi taksi fəaliyyəti göstərməsidir. Bu, həssas sahədir, müəyyən qayda-qanun yaratmaq lazımdır. Bəzən olur ki, sürücü çağırış yerinə gedərkən yolüstü tamah məqsədilə başqa bir müştəri götürür və sifariş verən müştərini gözlədir. Bunlar taksi xidməti ilə bağlı neqativ hallardır. Bəzi şirkətlər var ki, rəqabət məqsədilə qiymətləri əslində olduğundan az göstərərək müştəriləri cəlb edir. Nəticədə xidmətin keyfiyyəti aşağı düşür, sürücü də, müştəri də narazı qalır. Hesab edirəm ki, qanunla xidmətin keyfiyyətinin artırılması və qiymət məsələsi tənzimlənməlidir”.
E.Muradlı bildirib ki, əslində qanunvericilikdə bütün bunlar nəzərə alınıb, sadəcə, qanunun icrası ləng gedir:
“Günün müxtəlif saatlarına uyğun qiymət tənzimlənməsi bütün dünyada var. Azərbaycanda da yavaş-yavaş bunu tətbiq edirlər. Pik saatlarda yanacaq sərfiyyatı artır, müştəri sayı da azalır deyə, bu yola əl atılır. Pik saatlar olmayanda taksi sürücülərinin tapılmamasına səbəb isə onların konkret bir iş saatının olmamasıdır. Sürücülər fiziki şəxslərdir və qanun qarşısında onların öhdəliyi yoxdur ki, filan saatlarda iş başında olmalıdırlar”.
Ekspert onu da qeyd edib ki, ölkədə keyfiyyəti yüksək olan taksi şirkətləri olsa da, onların qiyməti digərlərindən müəyyən qədər bahadır:
“Keyfiyyətsiz xidməti bütün taksi şirkətlərinə aid etmək olmaz. Bəzilərində xidmət yüksək səviyyədədir və bu taksi şirkətlərində qiymət də digərlərindən bahadır. Ümumilikdə isə taksi xidmətində qeydə alınan neqativ halların və problemlərin olması dövlətin bu sahəyə müdaxilə etməsinə səbəb olacaq. Ola bilər ki, gələcəkdə dövlət tərəfindən də taksi şirkəti yaransın”.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə göndərdiyimiz sorğu cavabsız qalıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-02-2021, 09:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-02-2021, 09:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09