Dövlət kəndliyə inanmır? - “Subsidiyalar məmurlar üçün yeyinti mənbəyidir“
Son illər ölkədə kənd təsərrüfatı sahəsində yenidən canlanma müşahidə olunmağa başlayıb. Dövlət bir sıra müxanizmlər vasitəsi ilə fermerə dəstək olmaq istəyir. Bu məqsədlə fermerlərə subsidiyalar ayrılır. Əvvəllər bu mexanizm kortəbii aparılsa da, artıq 2020-ci ilin yanvarın 1-dən etibarən subsidiyalar fermerlərə vahid mexanizm vasitəsilə çatdırılır. Prezidenti İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərman imzalayıb. Bu Fərmandan irəli gələn bir sıra məsələlər üzərində işlənilib. Lakin problem hələ də qalmaqdadır. Fermer, kəndli alacağı subsidiyanın bir hissəsini nəğdləşdirə bildiyi halda, digər hissəsini isə bu formada ala bilmir. Yəni dövlət qalmış pulun ödənilməsi yerinə ona gübrə, pestisid və digər məhsullarını satır. Hətta pərakəndə satışdan daha baha qiymətə kəndliyə satır.
Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı “regionnews.az”a danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, 2007-ci ildən subsidiyaların verilməyə başladığı vaxtan həmin məbləğin bir hissəsinin yanacağa nəzərdə tutulduğu zaman təklif verirdim ki, hökumət sahibkarın işinə qarışmamalıdır:
“Əgər hökumət hansısa subsidiya ayırırsa hansısa məmura aid deyil. Bu dövlət vəsaitidir. Dövlət vəsaiti sahibkara birbaşa ödənilmədir. Verilən subsidiyanın bir hissəsinin manipulyasiya yolu ilə məmurların mənimsəməsinə şərait yaradılmamalıdır. Bütün bu vasitələr kimlərinsə bəhrələnməsi istiqamətinə yönəlib. Məmurlar və məmurlara yaxın olan adamlar üçün yeyinti mənbəyidir. Bu yolverilməzdir. Yəni idxal sahəsində monopoliya var. Bu da oliqarx məmurların əlindədir. Çalışırlar ki, bu yolla ölkəyə gətirilən gübrəni, pestisidi fermərlərə sırımaqla dövlət büdcəsindən ayrılan vəsaitin bir hissəsini mənimsəsinlər. Bu da ona gətirib çıxarır ki, fermerlər əldə etdikləri gübrəni baha qiymətə alır”.
Məhərrəmov hesab edir ki, hətta dövlətin fermerə od qiymətinə satdığı gübrə, pestisid belə keyfiyyətsizdir: “Biz on il qabaq o gübrələri İrana göndərdik. Bizə cavab gəldi ki, o gübrələrin təsiredici qüvvəsi iki dəfə aşağıdır. İki dəfə keyfiyyəti aşağı olan gübrəni fermerlər dəyərindən bir neçə dəfə baha alırlar. Kəndlinin təkcə bu problemi yoxdur, o qədər problemi var ki... Dövlət bəyəm kəndliyə inanmır? Bu da ondan irəli gəlir ki, bu sahəyə məhsul olanlar da qeyri-peşəkarlardır. Ölkədə bir nəfər də olsun ki, peşəkar kadr tanımıram ki, Kənd Təsərrüfatı nazirliyində olsun. Normal aqronom yoxdur. Biz özümüzü çörəklə, yumurta ilə, quş, mal, qoyun əti ilə, südlə təmin edə bilmirik”.
Ekspert xarici ölkələrin praktikasına dair fikirlər də bildirib:
“Əksər ölkələrdə subsidiyalar fermerlərin birbaşa hesabına köçürülür. Və fermerlər əldə etdikləri maliyyə hesabına keyfiyyətli mal istehsal edə bilir. Bunun üçün də seçim imkanı olur. Azərbaycanda isə bu seçim imkanı yoxdur”.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-02-2021, 13:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:20-02-2021, 13:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
Bu gün, 12:38
“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
27-12-2024, 11:23