Problemli kreditlər necə yaranır? - “Müştəri kreditin qaytarılmasını 1 gün gecikdirir…”
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il fevralın 1-nə 900,4 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankına istinadən verilən xəbərə görə, bu, yanvarın 1-i ilə müqayisədə 0,8% çoxdur. Son bir ildə isə, problemli kreditlərin həcmi 31,1% azalıb.
Məlumdur ki, problemli kreditlərin həcminin böyük olması bir neçə il əvvəl ölkəmizdə bank sektorunun başlıca probleminə çevirilmişdi. 2015-ci ildə baş verən devalvasiyadan sonra yaranan bu durum hökumətin müdaxiləsi ilə qismən həllini tapdı.
Amma göründüyü kimi, baxmayaraq ki, cari ildə həcm xeyli azalıb, yenə də problemli kreditlər 1 milyard manata yaxınlaşmaq üzrədir.
Ümumiyyətlə, kreditlər nə zaman problemli hesab olunur? Pandemiya ilində problemli kreditləri azaldan səbəblər hansılardır?
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, hər bir kreditin borclu tərəfindən ödəniş qrafiki var və əgər kreditin qaytarılması bir neçə ay gecikirsə, o problemli kredit sayılır:
“Bankın verdiyi krediti vaxtlı-vaxtında qaytarılmadıqda bank üçün problem yaranır, çünki bank da axı həmin vəsaiti kredit alır və ya əmanət qoyulan vəsaitlər hesabına verir. Kreditlərin qaytarılmama səbəbləri isə müxtəlif olur - istehlak krediti götürən vətəndaşın əmək haqqı, gəliri azala bilər, xərcləri çoxala bilər, özü, ailə üzvü xəstələnə bilər.
Biznes kreditlərinin qaytarılmamasının da bir sıra səbəbləri olur - biznes uğursuz alınır, gəlirlər azalır və s. Bunlar obyektiv səbəblərdir və yalnız Azərbaycanda deyil, hər bir ölkədə bu cür obyektiv səbəblərlə qarşılaşılır. Bəzən isə kredit o zaman problemli kreditə çevirilir ki, müştəri bilərəkdən, sui-istifadə məqsədilə krediti qaytarmır. Amma son dövrdə problemli kreditlərin yaranma səbəbi həm Azərbaycan, həm də dünya ölkələrində əsasən pandemiya ilə əlaqədardır - insanların gəliri azalıb, biznes aktiv deyil, bu baxımdan da durum başadüşüləndir”.
Kreditin problem kredit hesab olunması ilə bağlı hansısa konkret kriteriya varmı?
Hüquqşünas bildirib ki, Mərkəzi Bankın bununla bağlı təlimatları var:
“Əsasən kreditin qaytarılması 90 gün gecikdikdə problemli kredit siyahısına daxil olunur. Bəzi hallarda - verilən kredit təhlükəli sayılırsa, 60 gün gecikdikdə də bu siyahıya daxil ola bilər. Yəni hər bir kreditin öz meyarları var. Kreditin təminatı, girovu varsa, daha uzun müddət götürülə bilər. Hətta ola bilər ki, müştəri kreditin qaytarılmasını 1 gün gecikdirir, amma bankda əsaslı məlumat var ki, vəsaitin qaytarılma ehtimalı yoxdur. Məsələn, müştəri vəfat edib. Bu halda müddətsiz də məlumdur ki, artıq problem var”.
Pandemiya ilində problemli kreditlərin həcminin azalma səbəbi nə ilə bağlıdır?
Əkrəm Həsənov deyir ki, ötən il ümumiyyətlə kredit portfelləri azalıb:
“Ötən il ümumiyyətlə banklar çox az kredit verib. Təbii ki, bəzi kreditlər qaytarılıb, bir qismi isə silinib. Bəzi problemli kreditlərlə bağlı banklar məhkəmələrə müraciət edib və onların qaytarılmasına nail olublar. Problemli kreditlər arasında “ümidsiz kreditlər”- növü də va - yəni onların heç qaytarılma ehtimalı yoxdur. Bu cür kreditlər tam silinir və problemli kredit siyahısında da qalmır. Təəssüf ki, Azərbaycanda illik hesabatlar veriləndə bu cür məlumatları vermirlər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-02-2021, 15:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-02-2021, 15:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07