Rəqabət Məcəlləsinin qəbulu yenidən gündəmdə
Prezident İlham Əliyev martın 5-də hakim Yeni Azərbaycan Partiyasinin VII qurultayında ölkədəki iqtisadi vəziyyətə toxunarkən yeni dövrdən bəhs edib.
Prezident bildirib ki, iqtisadi sahədə yeni dövr artıq göz qabağındadır: “Bu, şəffaflıq dövrüdür, dürüstlük dövrüdür, inhisarlara son qoymaq dövrüdür. Artıq bunu biz dəfələrlə nümayiş etdirmişik. Bu ilin iki ayının nəticələri bir daha onu göstərir. Bu ilin iki ayında bizim gəlirlərimizdə proqnozdan əlavə təqribən 200, ya 300 milyon artım olub. Bunun böyük hissəsi vergi orqanlarının hesabınadır. Bir hissəsi də gömrük orqanlarının hesabınadır. Nəyin hesabına? Vergitutma bazası genişlənir, biznes kölgədən çıxır. Sahibkarlara düzgün istiqamət verilir...”.
Hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyir ki, inhisarların yaranması, onlarla mübarizə iqtisadi proseslərin tərkib hissəsidir və bu prosses bütün dünyada gedir, davamlı xarakter daşıyır.
Tahir Mirkişili vurğulayıb ki, Azərbaycanda inhisarlarla mübarizə son illərdə daha kəskin xarakter alıb,
Prezidentin apardığı islahatlar bu sahədə xeyli müsbət nəticə əldə etməyə imkan verib: “Keçən dövrlərdə aparılan mübarizə inhisarçılığın xeyli zəifləməsinə səbəb olmuşdur. Hazırda ölkədə xarici ticarətlə məşğul olan sahibkarların sayı 45000-ü ötüb. Qeydiyyatdan keçmiş vergi ödəyicilərin sayı isə 1 milyonu keçib. Yəni say etibarilə geniş inklüzivlik mövcuddur”.
Komitə sədrinin fikrincə, bununla yanaşı bəzi problemlər də var, bunların fundamental həlli üçün tədbirlər görülməkdədir.
O hesab edir ki, iqtisadiyyatda yeni dövr dinamik, ədalətli rəqabət, yaradıcı, innovativ dəyər, vicdanlı və vətənpərvər fəalliyətin güclənməsi dövrüdür: “Dövlətin inhisarçılığın bütün forması ilə mübarizə aparmaq və ona son qoymaq üçün siyasi iradəsi mövcuddur. Buna uyğun bu il və növbəti illərdə qanunvericilik aktları daha da təkmilləşdiriləcək. Dövlət başçısının iradəsi və qanunlar çərçivəsində təmin olunacaq şəffaflıq, dürüstlük dövrü inhisarçılığa son qoymaq üçün güclü zəmin yaradacaq”.
Başqa bir iqtisadçı, deputat Vüqar Bayramov da “Azadlıq” radiosuna bildirib ki, 2015-ci ildən inhisarçılığa qarşı mübarizənin daha da dərinləşməsi müşahidə olunur: “Xüsusulə son 5 ildə islahatların daha da dərinləşdiyi hiss olundu. İslahatlar həm inhisarçılığa qarşı mübarizə, həm də iqtisadiyyatın liberallaşdırılması və biznes üçün imkanların artırılmasına xidmət edirdi. 2030-cu ilə qədər olan milli priotetlərdə də, gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi və eyni zamanda iqtisadiyyatın liberallaşdırılması ilə bağlı islahatların davam etdirilməsi əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub”.
Onun dediyinə görə, məsinə görə, artıq Baş nazirin əmriylə yaradılan həm komissiya, həm də İşçi qruplar növbəti 7 ayda 2021-2025-ci illəri əhatə edəcək inkişaf strategiyasını hazırlamalıdır: “Strategiyanın bu ilin sonlarında qəbul ediləcəyi gözlənilir. Sənəddə gizli iqtisadiyyata qarşı mübarizə, bazara çıxış imkanlarına maneələrin tamamilə aradan qaldırılması əsas istiqamətlərdən olmalıdır”.
Vüqar Bayramov Milli Məclisdə irəli sürdüyü təklifləri xatırladaraq əlavə edib ki, Rəqabət Məcəlləsinin qəbulu tezləşdirilməlidir: “Bu sənədin hazırlanması və müzakirəsi bir neçə il öncədən başlayıb. Amma yeni çağırışlara, müasir tələblərə uyğun olaraq məcəllənin yenidən hazırlanması və qəbulu məqsədəuyğun olardı. Məcəllədə praktik olaraq iqtisadiyyatın liberallaşması və inhisarın tamamilə aradan qaldırılması ilə bağlı islahatların dərinləşməsi istiqamətindəki tədbirlərin həyata keçirilməsi vacibdir”.
Deputat sonra da deyib: “Həm gizli iqtisadiyyat, həm qeyri-formal məşğulluğun minimumlaşması ilə bağlı tədbirlərin dərinləşməsi lazımdır. Doğrudur, son 2 ildə bu yöndə işlərin güclənməsi müşahidə olunur və bu prosesin davamlı olması olduqca vacibdir. Son milli priotetlər də göstərdi ki, prioses davamlı olacaq və növbəti illərdə daha da dərinləşəcək. Digər vacib məqamlardan da biri kimi dövlət satınalmaları və tenderlərin keçirilməsi prosedurlarının təkmilləşməsilə bağlı təkliflərimizi təqdim etmişik. Ümumilikdə, bu sahədə yeni qayda və prosedurların tətbiqi məqsədəuyğun olardı”.
Deputat güman edir ki, aparılan siyasət və dərinləşmiş islahatlar növbəti mərhələdə inhisarın tamamilə aradan qaldırılması ilə nəticələnəcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-03-2021, 23:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-03-2021, 23:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
Bu gün, 12:38
“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
27-12-2024, 11:23