Milyardlar uğrunda amansız mübarizə - Dövlətsə seyrçi qalır...
Azərbaycanda pərakəndə ticarət sürətlə iri supermarket şəbəkələrinin nəzarətinə keçir. Paytaxtda və bölgələrdə bir-birinin ardınca yeni filiallar açan bu şirkətlər arasında kəskin rəqabət var. Nəticədə son 5 il ərzində xeyli sayda ticarət qrupları obyektiv və subyektiv səbəblərdən rəqabətə dözməyərək bazardakı mövqelərini itirib. Onların yerini isə nəhənglər tutub.
Hazırda Azərbaycanda iki böyük supermarketlər şəbəkəsi pərakəndə satışın əsas hissəsinə nəzarət edir – “Araz” və “Bravo”. Doğrudur, bu barədə dövlət və qeyri-dövlət qurumlarının araşdırması mövcud deyil, media da nədənsə, bu məsələyə diqqət yetirmir. Amma gözlə görünən odur ki, kiçik sahibkarlar, məhəllə marketləri və digər balaca ticarət nöqtələri sıradan çıxır, əhalinin əsas hissəsi alış-verişi böyük marketlərdən edir.
İnternet resurslarında apardığımız araşdırmadan məlum oldu ki, 2011-ci il mayın 7-də təsis edilən “AzRetail” MMC qısa müddətdə ölkənin hər yerində “Araz” supermarketlər şəbəkəsini istifadəyə verib. Həmin ildə Bakıda “Siz harada, “Araz” orada” sloqanı ilə 4 filialı xidmətə başlayan şəbəkənin hazırda paytaxtda, iri şəhərlərdə və rayonlarda 145 supermarketi var, buralarda 6000-dən çox işçi çalışır.
“Araz” marketlər şəbəkəsi “Veysəloğlu” Şirkətlər Qrupuna daxildir. Onun təsisçisi 1965-ci il martın 13-də Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Siyaqut kəndində anadan olan Aydın Talıbovdur.
“Bravo” supermarketlər şəbəkəsi isə ilk dəfə 2018-ci il aprelin 8-də “Gənclik Mall”da fəaliyyətə başlayıb. “Azərbaycan Supermarketlər Şəbəkəsi” MMC-yə daxildir. “Wikipedia”da yerləşdirilən məlumata görə, qurumun təsisçisi qismində Almaniya vətəndaşı Wagner Holger göstərilir. O, 2014-2018-ci illərdə “PASHA Holding” MMC-də icraçı direktor vəzifəsində çalışıb. Hədəfinin Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satışı üzrə ən etibarlı brendə çevrilmək olduğunu bəyan edən şirkətin hazırda 30-dan artıq mağazası, 9200-dən çox işçisi var. Martın 11-də “Bravo”nun Bakıda, Səbail rayonu 20-ci sahədə və Şəmkir şəhərinin girişində iki böyük süpermarketinin açılışı olub. Şəmkirdəki açılışa minlərlə sakinlə yanaşı, rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov da qatılaraq nitq söyləyib.
“Araz” və Bravo” arasında rəqabətin diqqətçəkən elementlərindən biri təxminən eyni ünvanlarda market açmalarıdır. Məsələn, 20-ci sahədə tikilən “Bravo”nun 5 addımlığında illərdir 1000 kv. metrdən çox sahəsi olan “Araz” fəaliyyət göstərir. “Bravo”nun martın 11-də istifadəyə verdiyi ticarət mərkəzinin sahəsi ondan azı 3 dəfə böyükdür. Əsasən yoxsul təbəqənin yaşadığı 20-ci sahədə bu həcmdə investisiyanın yaxın illərdə özünü doğruldacağı şübhəlidir. Şəhərin bir çox yerində oxşar mənzərənin – iki supermarketin bir-birinin çox yaxınlığında yerləşməsinin şahidi olmaq mümkündür. Görünür, əsas hədəf yaxın müddətdə mənfəət götürmək deyil, alıcı kütləsini öz tərəfinə çəkməkdir.
Pərakəndə ticarətin tədricən iri şirkətlərin nəzarətinə keçməsi bir sıra problemlərə səbəb olur. Məsələn, “Bravo”nun 20-ci sahədə supermarket tikdiyi ərazidə ötən ilə qədər onlarla kiçik mağaza fəaliyyət göstərirdi. Ticarətçilər gündəlik tələbat malları, meyvə-tərəvəz, ət-süd sataraq qazanc əldə edirdilər. Günün birində mağazaların sahiblərinə yaxşı pul təklif olundu, onlar icarədarları mağazalardan çıxarıb, ərazini satdılar. Nəticədə yüzlərlə ailə gəlirdən məhrum oldu. Təkcə kiçik ticarət obyektləri deyil, nisbətən məhdud imkanlara malik digər supermarketlər də bu sərt rəqabətin qurbanına çevrilmək təhlükəsi ilə üzləşiblər.
Ümumiyyətlə, Azərbaycanda məşğul əhalinin əhəmiyyətli hissəsi xırda ticarətdən dolanır. Ən rentabelli ticarət isə ərzaq və gündəlik tələbat mallarının satışı hesab olunur. Bu sektorda ildə milyardlarla manat dövr edir. Yəni iri şirkətlərin rəqabəti bu milyardlar uğrundadır.
İqtisadçı alim Qubad İbadoğlu pərakəndə ticarət sektorunda qeyd olunan durumu “Press Klub”a şərh edərkən bildirdi ki, inhisarçıların burada bir neçə məqsədi var:
“Bazarda hökmran mövqeyə malik olmaqla həmin biznes seqmetində formalaşan gəlirlərin çox hissəsini əldə etmək başlıca hədəfdir. Eyni zamanda, əmtəə bazarında satış zəncirini nəzarətdə saxlamaq, qiymətləri diktə etmək, yeni mülkiyyətçilər sinifinin yaranmasını əngəlləmək də bura daxildir”.
Ekspert qeyd etdi ki, inhisarçı şirkətlər həmin sektorda biznesə malik olan rəqibləri sıxışdırıb bazardan çıxarmaq, bazara başqa şirkətlərin girməsinə qarşı baryerlər yaratmağı da qarşılarına məqsəd qoyublar: “Nəticədə şəffaflıq və hesabatlılıq azalır, gizli iqtisadiyyat genişlənir, rəqabət aradan qaldırılır və əhalinin ərzaq təminatında təhlükələr, risklər yaranır”. //PRESSKLUB.AZ//
Paylaş:
Müəllif : Yazar
Tarix:15-03-2021, 08:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-03-2021, 08:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09