Əsas ərzaq məhsullarının qiymətlərini dövlət tənzimləməlidir - Qorxulu tendensiya
Ölkədə ərzaq qiymətləri qorxulu bir sürətlə artır. Bir malın dünən maya dəyəri bir qiymət idi, bu gün başqa bir qiymət. Eyni zamanda həm idxal olunan, həm də yerli malların qiymətləri artır. İnsanların aldıqları maaş və təqaüdləri normal qidalanmağa çətinliklə çatır və bu qəbildən olanların sayə getdikcə artır.
Vətəndaşlar baş verənlərdən qəzəblənirlər və nəhayət, xalqın xidmətçiləri də bu problemdən narahatlıqlarını dilə gətirdilər. Düzdür, bu narahatlığın istehlakçılar üçün hər hansı bir müsbət nəticəyə gətirib-gətirməyəcəyi hələ dəqiq deyil.
Belə ki, Milli Məclisin son iclasında millət vəkili Vahid Əhmədov ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin maksimum dərəcədə artdığını və bununla əlaqədar dövlətin xüsusi tədbirlər hazırlamalı olduğunu söylədi.
Deputat Tahir Kərimli də öz növbəsində bahalaşmanın bütün sosial tədbirlərin effektini aradan qaldırdığını vurğuladı.
Baş nazir Əli Əsədov hökumətin süni qiymət artımlarına qarşı müvafiq tədbirlər görəcəyini söylədi. Amma hansı tədbirlərin görüləcəyini konkretləşdirmədi.
Əli Əsədov hər şeyin hökumətdən asılı olmadığını və idxal məhsullarının qiyməti istehsal olunduğu ölkədə artdıqda Azərbaycan üçün də baha başa gəldiyini söylədi.
Yerli ekspertlər ərzaq məhsullarının qitmətlərinin dövlət tərəfindən tənzimlənməsinin mümkünlüyünü AYNA-ya şərh ediblər.
İqtisad elmləri doktoru, UNEC professoru Elşad Məmmədov hesab edir ki, ən vacib qida məhsullarının qiymətlərinin dövlət tənzimlənməsi realdır, tətbiq oluna bilər və bundan qorxmağa ehtiyac yoxdur: “Bunun yalnız effektiv şəkildə aparılması lazımdır. Dünya praktikası və mövcud iqtisad elmi göstərdiyi kimi, düzgün yanaşma ilə müsbət nəticələr əldə edilə bilər”.
“Dövlət həm də əsas qida məhsullarının istehsalı ilə əlaqəli olan iqtisadiyyatın müəyyən sahələrini dotasiya edə bilər. Dövlət vergi güzəştləri, kredit dəstəyi və qida istehsalı sahəsindəki perspektivli bir formatda investisiyaların artırılması ilə bağlı rıçaqlara sahibdir. Dövlətin addımları həm iqtisadiyyatın real sektoruna və istehlakçılara, həm də ümumilikdə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin dəstəklənməsinə yönəldilməlidir”, - ekspert bildirib.
Onun sözlərinə görə, ölkəmizdəki ticarət sektoru, təəssüf ki, tez-tez real istehsal sektorundan daha çox mənfəət əldə edir: “Biz istehsalçıların məhsullarını 30-40 qəpiyə satdığının tez-tez şahidi oluruq, ancaq ticarət seqmentindəki inhisar səbəbiylə pərakəndə bazara mallar daha baha qiymətə gəlib çatır. Bu problemlər həll edilməlidir”.
“Eyni zamanda, dünya iqtisadiyyatında aparıcı aktivlərin qiymət artımının şahidi oluruq. Bu, ilk növbədə ehtiyat valyuta emitentlərinin aparıcı mərkəzi banklarının kəskin pul basqısı ilə əlaqədardır və burada inflyasiya idxalı var. Ölkənin istehlak bazarında idxaldan asılılıq hələ də kritikdir və xarici bazarlarda qiymət artımı Azərbaycan bazarındakı bahalaşmaya təsir göstərir”, - deyə Məmmədov vurğulayıb.
Professor əlavə edib ki, idxal əvəzetmə prosesini artırmaq, təbii inhisar xidmətləri üçün tarifləri cilovlamaq lazımdır: “Çünki bu da istehlak bazarındakı qiymətlərə və milli valyutanın sabit məzənnəsinin qorumasına təsir göstərir. Bu tədbirləri həyata keçirməklə milli iqtisadiyyatdakı sistem zəifliklərini əhəmiyyətli bir formatda aradan qaldırmaq və beləliklə istehlak bazarındakı qiymət artımlarına qarşı mübarizə aparmaq mümkündür”.
İqtisadçı-ekspert Fuad Əlizadə də öz növbəsində ölkədəki süni artımlarına qarşı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mübarizə aparmalı olduğunu deyib: “Bu qurum qiymətləri izləyir və süni şəkildə qiymət qaldıran sahibkarlara qarşı tədbir görür. Qiymət artımı əsasən idxal olunan mallarda müşahidə olunur. Bu bahalaşmanı azaltmaq üçün dövlət bir sıra tədbirlər görüb, xüsusən idxal olunan buğdanı bir il müddətinə vergilərdən azad edib. Dövlət bazar mexanizmləri çərçivəsində addımlar atır, maya dəyərindən aşağı qiymətlər təyin edə bilməz”.
Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayevin fikrincə, ölkənin bazar iqtisadiyyatına keçib-keçmədiyinə qərar vermək vacibdir: “Sadəcə qiymət artımını məhdudlaşdırsanız, belə bir tədbir müvəqqəti olacaq, bir müddətdən sonra yenidən bahalaşma başlayacaq. Aşağı qiymətlər üçün məhsul bolluğunun olması çox vacibdir”.
“Keyfiyyəti yerli məhsuldan aşağı olan məhsulların idxalını məhdudlaşdırmaq lazımdır. Özümüzdə yetərincədirsə, deyək ki, idxal olunan almalara nəyə ehtiyacımız var? İnhisarçılıqla mübarizə aparmaq vacibdir. Bir istehsalçının bazara çıxış prosesi bir çox çətinliklərlə müşayiət olunur. Məhsulu yetişdirən fermer satışdan ən az qazanan tərəfdir. Bundan əlavə, gömrükdə işləri qaydasına salmaq lazımdır. Bu yaxınlarda idxalla məşğul olan sahibkarların Dövlət Gömrük Komitəsinin qarşısında mitinq təşkil etməsi səbəbsiz deyildi”, - deyə mütəxəssis diqqətə çatdırıb.
Qonşu Rusiyada da son vaxtlar qeyri-ərzaq malları və xidmətlər daxil olmaqla qiymətlərə nəzarət edilməsinin vacibliyi məsələsi qaldırıldı. Söhbət bəzi qida növlərindən, xüsusən də şəkər, çörək, yumurta, sənaye və ticarətə aid 13 maddəlik siyahıda olan məhsullar, həmçinin paltar və tikinti materiallarından gedir. Dərman qiymətləri, tibbi və sanatoriya xidmətlərinin, məktəbəqədər təhsil xidmətləri, ümumi və orta peşə təhsili və ali təhsil xidmətlərinin qiyməti də bundan sonra nəzarətdə olacaq.
Bununla əlaqədar olaraq, müəyyən mal və xidmət kateqoriyalarının maya dəyərinin daimi bir monitorinqi təşkil edilib. Yeni bir vasitənin tətbiqi sayəsində müəyyən məhsullar üçün qiymət artımı riskləri ilə bağlı proqnozlar hazırlamaq və qiymətləri cilovlamaq üçün vaxtında tədbirlər görmək planlaşdırılır. Süni qiymət artımlarının qarşısını almaq üçün mexanizmlər yaratmağa qərar verərkən, bu məsələdə daxili sosial-iqtisadi model nəzərə alınmaqla, fərqli ölkələrin təcrübələrini öyrənmək yerinə düşərdi.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-03-2021, 15:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-03-2021, 15:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07