Dollar kreditləri ilə bağlı daha bir - Kalkulyator
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi problemli kreditlərin həlli üzrə kommunikasiyanı gücləndirmək məqsədilə yeni elektron resurs (http://iqtisadiislahat.org/pk/) hazırlayıb.
Elektron resursun ilk bölümündə qanunvericilik bazası yer alıb. Hazırda həmin bölümdə Azərbaycan Prezidenti İlham Əliyev fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək məqsədilə imzaladığı Fərman yerləşdirilib.
İkinci bölümdə dövlət büdcəsinin hesabına xarici valyutada mövcud olan əsas kredit borcuna görə ödənişin hesablanması üzrə tərtib olunan Kalkulyator yer alıb.
Qeyd edək ki, bu kalkulyator vasitəsilə həm 21 fevral 2015-ci il, həm də 21 dekabr 2015-ci il tarixinə xarici valyutada mövcud olan əsas kredit borcunu daxil etməklə kompensasiya məbləğini hesablamaq mümkündür. Kalkulyatorla həm scroll-bar, həm də xanada əsas kredit borcunu göstərməklə kompensasiyanı hesablamaq mümkündür.
Yeni elektron resursun digər bölümü Fərmanın vizual təqdimatı izahını təqdim edir. Bu bölümdə fiziki şəxslərin problemli kreditlərin həlli üzrə Fərmanın əsas məqamlarını vizual olaraq izah edən inoqrafika və videoçarxlar yerləşdirlib.
Sonuncu bölüm tez-tez soruşulan suallara aid edilib. Bu bölümdə Fərmanla bağlı ən aktual məsələlər eləcə də problemlərə dair suallar cavablandırılıb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:9-03-2019, 14:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:9-03-2019, 14:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:32
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
Bu gün, 10:54
Məzahir Pənahovun nəzərinə - Bakının iki bələdiyyə sədrindən inanılmaz seçki oyunu: Qohumbazlıq, tayfabazlıq ... -- FOTOLAR/İDDİA
Dünən, 10:34
Xırdalan şəhər 1 nömrəli məktəbdə BSQ testləri üçün pul yığılır iddiası: Təhsil Nazirliyi araşdırma aparmalıdır
20-01-2025, 13:36