“Problemli kreditlərin restrukturizasiyası niyə yubanır? – İqtisadçı səbəbi açıqladı
Problemli kreditlərdə kompensasiyaların verilməsini prosesi başa çatdıqdan sonra bank sektorunda stabillik təmin olunacaqmı?...
İqtisadçı ekspert: “Azərbaycanda iqtisadi artım rəsmi rəqəmlərə görə cəmi 1.5-2 faiz civarındadırsa, bu dolayısı ilə onu sübut edir ki, bank sektorunda hələ tam sağlamlaşdırılma başa çatmayıb”.
“Problemli kreditlərin restrukturizasiyasının yubanması maliyyə mənbələri ilə bağlı məsələdir.Çünki banklar ya öz hesabına restrukturizasiyanı həyata keçirib vaxtı uzada və faizləri aşağı sala bilərlər. Banklar da bunu öz gücünə etmək istəmir”.
Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli bank sektorunun indiki vəziyyətini və problemli kreditlərin restrukturizasiyasının yubanma səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.
Məlumdur ki, Azərbaycanda “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” hazırlanıb.
Qaydaya əsasən, fiziki şəxsin 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə bütün kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır.
Bankın müştərisi olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi həmin kompensasiya hesablanmış kreditin verildiyi müvafiq bank vasitəsilə həyata keçirilir.
Banklar və poçt rabitəsinin milli operatoru 500 manatdan yuxarı məbləğdə kompensasiyanın verilməsini onlar tərəfindən emissiya edilmiş və kompensasiya veriləcək şəxsin adına olan ödəniş kartlarına köçürməklə həyata keçirirlər.
Qeyd edək ki, problemli kreditlərdə kompensasiyaların verilməsini prosesi bu ayın sonu yekunlaşır. Bu proses başa çatdıqdan sonra Azərbaycanın bank sektorundakı vəziyyət necə olacaq və bank sektorunda stabillik təmin olunacaqmı? Həmçinin problemli kreditlərdə kompensasiyalar verilsə də, amma problemli kreditlərin restrukturizasiyası hələ də yubanır. Yubanmanın səbəbləri nədir?
Bu mövzuları PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.
Natiq Cəfərli: “Azərbaycanda bank sektoru iqtisadiyyatın aparıcı sektoruna çevrilə bilmir”.
Dünyada bankların özlərinin investisiya şirkətlərinə, investisiya fondlarına çevrilirdiklərini xatırladan iqtisadçı ekspert müqayisə üçün bildirib ki, Azərbayacanda banklar ancaq depozit qəbul edib kredit verən bir təşkilata çevrilirlər. Banklar yatırım şirkətlərə, yatırım fondlara çevrilə bilmirlər:
“Bank sektorunda 2015-2016-2017-ci ilərdə çox böyük təlatümlər yaşandı. Məzənnə dəyişikliyindən, devalvasiyalardan sonra ən çox ziyan çəkən sektorlardan biri bank sektoru oldu. Demək olar ki, əhalinin bank sektoruna olan güvəni də çox aşağı düşdü. 2018-ci ildən başlayaraq az da olsa, bu güvənin bərpa olunmasının şahidi oluruq.
Prezidentin problemli kreditlərlə bağlı qərarı ən çox bank sektoruna yaradı. Bu fərman vasitəsi ilə təqribən 1 milyard 100 milyon manata yaxın vəsait mərhələli şəkildə banklara daxil olacaq. Çünki bir çox hallarda kompensasiyaların verilməsi kağız üzərində qalır. Yəni borclar silinir və vətəndaş borcdan azad olunur, amma həmin vəsait banklarda qalır. Buna görə də Prezidentin fərmanı banklara çox böyük dəstəkdir.
Amma problem ondan ibarətdir ki, Azərbaycanda bank sektorunda rəqabətli mühit olmadığına görə və bank sektoru özü çox primitiv şəkildə fəaliyyət göstəridiyinə görə, bu sahədə ciddi irəliləyişlərin olacağını indidən söyləmək çətindir. Çünki artıq dünyada bank xidmətləri kifayət qədər çox çeşidli vəziyyətə gəlib çatıb. Təəssüflər olsun ki, Azərbayacanda banklar ancaq depozit qəbul edib kredit verən bir təşkilata çevrilirlər. Banklar yatırım şirkətlərə, yatırım fondlara çevrilə bilmirlər.
Natiq Cəfərli: “Azərbaycanda bank sektorunda rəqabətli mühit olmadığına görə və bank sektoru özü çox primitiv şəkildə fəaliyyət göstəridiyinə görə bu sahədə ciddi irəliləyişlərin olacağını indidən söyləmək çətindir”.
Dünyada başqa trendlər var. Banklar özləri investisiya şirkətlərinə, investisiya fondlarına çevrilirlər. Azərbaycanda bu olmadığına görə də iqtisadiyyatda bank sektorunun rolunu kifayət qədər azdır. Azərbaycanda bank, kredit faizləri kifayət qədər yüksəkdir. Bu da bank sektorunun effektiv işləməsinə, əhalinin daha çox biznesə yönəlməsinə mane olan faktorlardan biridir.
Qeyd edim ki, bank sektorunda oyun qaydaları eynidir. Bütün banklar aparıcı bir necə banka baxaraq həm kredit siyasətini, həm də depozit siyasətini həyata keçirir. Bunun qarşısının alınmasının iqtisadi yolu da rəqabət mühitinin artırılmasıdır. Rəqabətli mühitin yaradılması isə ölkəyə xarici sərmayənin banklara birbaşa girməsini təmin etməkdən keçir.
Ərazisi və əhalisi Azərbaycandan az qala iki dəfə az olan Gürcüstanda bir neçə ölkənin bankları birbaşa fəaliyyət göstərir. Yəni Gürcüstanda Fransa, İngiltərə, ABŞ, hətta Rusiya bankları belə birbaşa faəliyyət göstərir. Bu da Gücüstanda rəqabəti artırdı və biznesə bank sektorunun dəstəyini yüksəltdi. Gücüstanda banklar artıq yatırım şirkətlərə, yatırım fondlara çevrildilər.
Natiq Cəfərli: “Azərbaycanda əhalinin güvəninin bərpa edilməsi hələ də bank sektorunun normal çalışması demək deyil”.
Azərbaycanda isə əhalinin güvəninin bərpa edilməsi hələ də bank sektorunun normal çalışması demək deyil. Ölkədə bank sektoru iqtisadiyyatın aparıcı sektoruna çevrilə bilmir. Bank sektoru nə qədər yaxşı işləsə, iqtisadi artımda bir o qədər çox artım olar. Azərbaycanda iqtisadi artım rəsmi rəqəmlərə görə cəmi 1.5-2 faiz civarındadırsa, bu dolayısı ilə onu sübut edir ki, bank sektoru hələ tam sağlamlaşdırılma ilə başa çatmayıb.
Problemli kreditlərin restrukturizasiyasının yubanması maliyyə mənbələri ilə bağlı məsələdir.Çünki banklar ya öz hesabına restrukturizasiyanı həyata keçirib sürələri uzada bilərlər və faizləri aşağı sala bilərlər. Banklar da bunu öz gücünə etmək istəmir. Çünki gözləyirlər ki, günün birində dövlət yenə bu işə əl atacaq və dövlətdən müəyyən yardım alacaqlar. Bunun nəticəsində də borcların yenidən yapılandırılmasına gedəcəklər. Bununla bağlı da qərarlar verəcəklər. Buna görə də banklar öz vəsaitlərini bu yöndə xərcləmək istəmirlər”.
Etiket: Probelmli kreditlər Kompensasiya Restrukturizasiya (pia.az)
Paylaş:
Müəllif : Redaktor
Tarix:30-05-2019, 11:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Problemli kreditlərdə kompensasiyaların verilməsini prosesi başa çatdıqdan sonra bank sektorunda stabillik təmin olunacaqmı?...
İqtisadçı ekspert: “Azərbaycanda iqtisadi artım rəsmi rəqəmlərə görə cəmi 1.5-2 faiz civarındadırsa, bu dolayısı ilə onu sübut edir ki, bank sektorunda hələ tam sağlamlaşdırılma başa çatmayıb”.“Problemli kreditlərin restrukturizasiyasının yubanması maliyyə mənbələri ilə bağlı məsələdir.Çünki banklar ya öz hesabına restrukturizasiyanı həyata keçirib vaxtı uzada və faizləri aşağı sala bilərlər. Banklar da bunu öz gücünə etmək istəmir”.
Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli bank sektorunun indiki vəziyyətini və problemli kreditlərin restrukturizasiyasının yubanma səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.
Məlumdur ki, Azərbaycanda “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” hazırlanıb.
Qaydaya əsasən, fiziki şəxsin 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə bütün kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır.
Bankın müştərisi olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi həmin kompensasiya hesablanmış kreditin verildiyi müvafiq bank vasitəsilə həyata keçirilir.
Banklar və poçt rabitəsinin milli operatoru 500 manatdan yuxarı məbləğdə kompensasiyanın verilməsini onlar tərəfindən emissiya edilmiş və kompensasiya veriləcək şəxsin adına olan ödəniş kartlarına köçürməklə həyata keçirirlər.
Qeyd edək ki, problemli kreditlərdə kompensasiyaların verilməsini prosesi bu ayın sonu yekunlaşır. Bu proses başa çatdıqdan sonra Azərbaycanın bank sektorundakı vəziyyət necə olacaq və bank sektorunda stabillik təmin olunacaqmı? Həmçinin problemli kreditlərdə kompensasiyalar verilsə də, amma problemli kreditlərin restrukturizasiyası hələ də yubanır. Yubanmanın səbəbləri nədir?
Bu mövzuları PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.
Natiq Cəfərli: “Azərbaycanda bank sektoru iqtisadiyyatın aparıcı sektoruna çevrilə bilmir”.Dünyada bankların özlərinin investisiya şirkətlərinə, investisiya fondlarına çevrilirdiklərini xatırladan iqtisadçı ekspert müqayisə üçün bildirib ki, Azərbayacanda banklar ancaq depozit qəbul edib kredit verən bir təşkilata çevrilirlər. Banklar yatırım şirkətlərə, yatırım fondlara çevrilə bilmirlər:
“Bank sektorunda 2015-2016-2017-ci ilərdə çox böyük təlatümlər yaşandı. Məzənnə dəyişikliyindən, devalvasiyalardan sonra ən çox ziyan çəkən sektorlardan biri bank sektoru oldu. Demək olar ki, əhalinin bank sektoruna olan güvəni də çox aşağı düşdü. 2018-ci ildən başlayaraq az da olsa, bu güvənin bərpa olunmasının şahidi oluruq.
Prezidentin problemli kreditlərlə bağlı qərarı ən çox bank sektoruna yaradı. Bu fərman vasitəsi ilə təqribən 1 milyard 100 milyon manata yaxın vəsait mərhələli şəkildə banklara daxil olacaq. Çünki bir çox hallarda kompensasiyaların verilməsi kağız üzərində qalır. Yəni borclar silinir və vətəndaş borcdan azad olunur, amma həmin vəsait banklarda qalır. Buna görə də Prezidentin fərmanı banklara çox böyük dəstəkdir.
Amma problem ondan ibarətdir ki, Azərbaycanda bank sektorunda rəqabətli mühit olmadığına görə və bank sektoru özü çox primitiv şəkildə fəaliyyət göstəridiyinə görə, bu sahədə ciddi irəliləyişlərin olacağını indidən söyləmək çətindir. Çünki artıq dünyada bank xidmətləri kifayət qədər çox çeşidli vəziyyətə gəlib çatıb. Təəssüflər olsun ki, Azərbayacanda banklar ancaq depozit qəbul edib kredit verən bir təşkilata çevrilirlər. Banklar yatırım şirkətlərə, yatırım fondlara çevrilə bilmirlər.
Natiq Cəfərli: “Azərbaycanda bank sektorunda rəqabətli mühit olmadığına görə və bank sektoru özü çox primitiv şəkildə fəaliyyət göstəridiyinə görə bu sahədə ciddi irəliləyişlərin olacağını indidən söyləmək çətindir”.Dünyada başqa trendlər var. Banklar özləri investisiya şirkətlərinə, investisiya fondlarına çevrilirlər. Azərbaycanda bu olmadığına görə də iqtisadiyyatda bank sektorunun rolunu kifayət qədər azdır. Azərbaycanda bank, kredit faizləri kifayət qədər yüksəkdir. Bu da bank sektorunun effektiv işləməsinə, əhalinin daha çox biznesə yönəlməsinə mane olan faktorlardan biridir.
Qeyd edim ki, bank sektorunda oyun qaydaları eynidir. Bütün banklar aparıcı bir necə banka baxaraq həm kredit siyasətini, həm də depozit siyasətini həyata keçirir. Bunun qarşısının alınmasının iqtisadi yolu da rəqabət mühitinin artırılmasıdır. Rəqabətli mühitin yaradılması isə ölkəyə xarici sərmayənin banklara birbaşa girməsini təmin etməkdən keçir.
Ərazisi və əhalisi Azərbaycandan az qala iki dəfə az olan Gürcüstanda bir neçə ölkənin bankları birbaşa fəaliyyət göstərir. Yəni Gürcüstanda Fransa, İngiltərə, ABŞ, hətta Rusiya bankları belə birbaşa faəliyyət göstərir. Bu da Gücüstanda rəqabəti artırdı və biznesə bank sektorunun dəstəyini yüksəltdi. Gücüstanda banklar artıq yatırım şirkətlərə, yatırım fondlara çevrildilər.
Natiq Cəfərli: “Azərbaycanda əhalinin güvəninin bərpa edilməsi hələ də bank sektorunun normal çalışması demək deyil”.Azərbaycanda isə əhalinin güvəninin bərpa edilməsi hələ də bank sektorunun normal çalışması demək deyil. Ölkədə bank sektoru iqtisadiyyatın aparıcı sektoruna çevrilə bilmir. Bank sektoru nə qədər yaxşı işləsə, iqtisadi artımda bir o qədər çox artım olar. Azərbaycanda iqtisadi artım rəsmi rəqəmlərə görə cəmi 1.5-2 faiz civarındadırsa, bu dolayısı ilə onu sübut edir ki, bank sektoru hələ tam sağlamlaşdırılma ilə başa çatmayıb.
Problemli kreditlərin restrukturizasiyasının yubanması maliyyə mənbələri ilə bağlı məsələdir.Çünki banklar ya öz hesabına restrukturizasiyanı həyata keçirib sürələri uzada bilərlər və faizləri aşağı sala bilərlər. Banklar da bunu öz gücünə etmək istəmir. Çünki gözləyirlər ki, günün birində dövlət yenə bu işə əl atacaq və dövlətdən müəyyən yardım alacaqlar. Bunun nəticəsində də borcların yenidən yapılandırılmasına gedəcəklər. Bununla bağlı da qərarlar verəcəklər. Buna görə də banklar öz vəsaitlərini bu yöndə xərcləmək istəmirlər”.
Etiket: Probelmli kreditlər Kompensasiya Restrukturizasiya (pia.az)
Paylaş:
Müəllif :
Redaktor
Tarix:30-05-2019, 11:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24