Əhalidə dollar qorxusunu banklar yaradır: - Mərkəzi Bankın göstərişi, yoxsa şəxsi təşəbbüs?
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunun mövcud durumunu qiymətləndirib.
“Fitch” Azərbaycanın bank sektorunun nisbətən zəif olduğunu və bunun agentliyin ölkənin bank sisteminin "b" səviyyəsində qiymətləndirməsində öz əksini tapdığını qeyd edir.
Agentliyə görə, cari ilin I rübündə cəmi depozit bazasının dollarlaşması 2019-cu ilin sonunda qeydə alınan 61%-dən 55%-ə ensə də,"BB+" səviyyəsində qiymətləndirilən ölkələrə xas olan 26%-lik səviyyədən (median göstərici) uzaq qalır. Bundan əlavə, bank sektorunun ümumi dollarlaşmasının yüksək qaldığı bildirilir.
Bu gün faktdır ki, ölkə əhalisi digər valyuta növlərindən daha çox məhz dollara üstünlük verirlər.
“Fitch”in məlumatlarını da nəzərə alsaq, mövcud vəziyyət insanların manata inamının azalmasındanmı irəli gəlir?
İqtisadçı-hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, əgər son dövrün dinamikasına baxsaq, dollarlaşma azalıb:
“Hətta banklardakı əmanətləri götürsək, son bir neçə ildə milli valyutada əmanətlər artıb, dollarda isə azalıb. Bu da milli valyutaya inamın artması ilə bağlı deyil, daha çox faiz dərəcələri ilə bağlıdır. Çünki bu dəqiqə dollar əmanətləri üzrə faizlər aşağıdır, hətta bəzi banklarda 1-2 faizdir. Milli valyutada isə 10-12 faiz arasıdır. Eyni zamanda, yaxında devalvasiya gözləntisi yoxdur, ona görə ki, neftin qiyməti qalxıb”.
Ekspert bildirib ki, bu baxımdan hazırda milli valyutada əmanətlər artan xətlə gedir, dollarda azalır:
“Ancaq bütövlükdə götürsək, dollarlaşma əvvəlki illərə nisbətən az olsa da, banklardakı əmanətlərin əksəriyyəti dollarladır. Bu da insanların milli valyutanın perspektivdə devalvasiya olması qorxusu ilə bağlıdır”.
Ekspertin fikrincə, insanların milli valyutanı yenə də dollara dəyişməsinin digər səbəbi də var:
“Banklar valyuta əməliyyatlarını yalnız günün birinci yarısında aparırlar. Bir nəfərə isə bir il ərzində 20 min ekvivalentindən çox dollar satmırlar. Banklardan soruşanda deyirlər, qeyri-rəsmi göstəriş gəlib. Mərkəzi Bank deyir ki, biz belə göstəriş verməmişik, bankların öz təşəbbüsüdür. Belə bir qeyri-müəyyənlik var. Bu da insanlara psixoloji cəhətdən çox mənfi təsir edir və qorxurlar, düşünürlər ki, görəsən nə gözlənilir, nə olacaq, niyə bizə çox dollar satmırlar? Hesab edirəm ki, burada dövlət orqanlarının da günahı var, qeyri-müəyyən şəraitin xeyli müddətdir davam etməsini aradan qaldırmırlar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-05-2021, 13:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-05-2021, 13:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
25-12-2024, 12:45