Azərbaycanda kreditlər yenə artır: - Toy və isti hava pula ehtiyacı artırıb
İyun ayında Azərbaycanda istehlak kreditlərinin artması sürətlənib.
Mərkəzi Bank xəbər verir ki, 2021-ci ilin may ayı ilə müqayisədə iyun ayında bank sektorunda istehlak kreditləri 92,6 milyon manat artaraq 3 milyard 939.9 milyon manata, biznes kreditləri 48 milyon manat artaraq 8 milyard 729.4 milyon manata, ipoteka kreditləri isə 24,9 milyon manat artaraq 2 milyard 187.6 milyon manata çatıb. İyun ayında bank sektorunun cəmi kredit portfeli 165,5 milyon manat artaraq 14 milyard 856.9 milyon manata yüksəlib.
Qeyd edək ki, 2021-ci ilin aprel ayı ilə müqayisədə may ayında istehlak kreditləri 69,5 milyon manat, ipoteka kreditləri 16,7 milyon manat artıb, biznes kreditləri isə 6,6 milyon manat azalmışdı.
May ayında bank sektorunun cəmi kredit portfeli 79,6 milyon manat artmışdı.
İstehlak kreditlərinin artmasının səbəbi nədir və banklar hansı kredit növünə üstünlük verirlər?
İqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bildirdi ki, istehlak kreditlərinin artmasında iki əsas faktor rol oynayıb:
“İyun ayında iqtisadiyyatda müəyyən sahələrdə açılmalar getdi. Xüsusilə də iyul ayında kütləvi tədbirlərin keçirilməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması toy mövsümünün başlsmasına gətirib çıxardı ki, bu da məişət əşyalarına kəskin şəkildə tələbi artırdı.
Yəni yeni ailələrin qurulması iqtisadiyyatın digər sahələrini hərəkətə gətirib. Bu, xüsusilə də məişət əşyaları, hansı ki, kreditlə satışı mümkündür, o bazarda ciddi tələb formalaşdırır. İkinci faktor isə odur ki, istilərin düşməsi ilə əlaqədar soyuducu avadanlıqlara, xüsusilə kondisionerlərə kəskin tələb formalaşdı. Onların da qiyməti o həddədir ki, ölkə üzrə orta aylıq əməkhaqqının bir, bəzəni iki səviyyəsindədir. Adətən ailə məhz bu avadanlıqları kreditlərlə istehlak edir. Mövcud iki faktor kreditlərin artmasını şərtləndirən əsas faktorlardır”.
Banklar üçün kreditlərin fərqinə gəldikdə, iqtisadçı deyir ki, istehlak kreditlərində faiz biznes kreditləri ilə müqayisədə nisbətən daha yüksəkdir:
“Ona görə də banklar sağlam təminata üstünlük vermək şərtilə öz vəsaitlərinin portfelinin əhəmiyyətli hissəsini daha çox istehlak kreditlərində yerləşdirməyə üstünlük verirlər. Çünki oradan əldə etdikləri gəlirlər daha çoxdur. Bəzi hallarda istehlak kreditlərində faizlər 25-30 faizə qədər qalxır, biznes kreditlərində isə 14-21 faiz arasında dəyişir. İstehlak kreditləri qısamüddətli dövrdə bərpa olunur, biznes kreditləri isə daha uzunmüddətli dövr üçün verildiyinə görə, banklar istehlak kreditlərində maraqlı olur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-07-2021, 13:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-07-2021, 13:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36