Deputat ƏDV ilə bağlı yeniliyi izah etdi
“Sahibkarlığın inkişafı üçün vacib olan daha bir məsələ öz həllini tapır. Uzun müddət idi ki, sahibkarların artıq ödədiyi Əlavə Dəyər Vergisini (ƏDV) geri almaqda çətinlikləri vardı. Əvəllər artıq ödənilmiş vəsaitin geri alınması ya mümkün olmurdu, ya da uzun müddət tələb edirdi. Əksər hallarda sahibkarlar əvəzləşməyə getmək məcburiyyətində qalırdılar”.
Bu sözləri Milli Məclis deputatı Vüqar Bayramov bildirib.
Millət vəkili diqqətə çatdırıb ki, artıq “Vahid elektron lövhə” tətbiqi bu problemi həll edəcək:
“Bu bütövlükdə vergi sisteminin elektronlaşdırılması, xidmətlərə əlçatanlığın genişləndirilməsi və xüsusən, dövlət büdcəsi ilə qarşılıqlı hesabalaşmalarda müasir praktikaya uyğun, dünya təcrübəsində tətbiq edilən nümunələrdən istifadə edilməsi baxımdan vacib idi.
Bu paltaformanın mahiyyəti ilə bağlı bizə olan müraciətləri nəzərə alaraq, qeyd etmək istərdim ki, “vahid elektron lövhə” dünya təcrübəsində “electronic VAT refund service” prinsipinə uyğun olaraq ƏDV-nin geri qaytarılması üçün elektron müraciət və addımları nəzərdə tutur.
Dövlət Vergi Xidmətinin tətbiq etdiyi bu platforma vergi ödəyəcilərinə imkan verəcək ki, ƏDV üzrə artıq vergi ödədikləri halda, həmin vəsaitin büdcədən geri qaytarılmasını təmin edə bilsinlər.
Sahibkarları, vergi ödəyicilərini uzun müddət idi ki, ən çox narahat edən məsələlər sırasına ƏDV üzrə ödənişlər zamanı artıq ödəmələrin geri qaytarılmasındakı çətinliklər daxil idi. Belə ki, vəsaitlərin geri qaytarılması ilə bağlı prosedurun mürəkkəbliyi zaman baxımından xeyli müddət tələb edirdi. Ancaq yeni mexanizm imkan verəcək ki, vergi ödəyicisi artıq ödəməsi olduğu halda, elektron müraciət edərək daha qısa zamanda artıq ödəməni geri ala bilsin”.
İqtisadçi-alim diqqətə çatdırıb ki, bütün bunlar prosedurun sadələşdirilməsi ilə vəsaitə və zamana qənaət edilməsi anlamına gəlir:
“Digər tərəfdən yeni mexanizm imkan verəcək ki, vergiödəyicisi müraciətini elektron izləyə bilsin. Burada, əslində, dünya praktikasında tətbiq edilən “tracking” metodundan istifadə olunacaq ki, bu da vergi ödəyicisinə müraciətin bütün mərhələlərini izləmə imkanı yaradacaq.
Bu islahatın tətbiq olunmasının Azərbaycanın beynəlxalq hesabatlarda və xüsusən də Dünya Bankının “Doing Business” hesabatında sözügedən istiqamət üzrə yerinə birbaşa təsir göstərəcəyi gözlənilir. Çünki məhz beynəlxalq hesabatlarda da sözügedən “Vahid elektron lövhə”nin tətbiq edilməsi irəli sürülən təkliflərdən biri idi. Azərbaycanda bu praktikadan istifadə edilməsi beynəlxalq hesabatlardakı mövqeyimizə müsbət təsir göstərəcək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-08-2021, 13:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-08-2021, 13:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32