Ermənistan təlaşda: Azərbaycan daha 2 milyardlıq silah alır - GƏLİŞMƏ
Azərbaycan İsraildən daha 2 milyard dollarlıq silah alacaq. Bu barədə İsrailin “İsrael Hayom” (“İsrael Today”) qəzeti məlumat yayıb. Nəşr bu yöndə danışıqlar getdiyini qeyd edib, Azərbaycan Müdafiə Nazirliyinin təyyarələrinin xüsusən son günlər İsrail aeroportlarına tez-tez endiyini, onların müxtəlif tipli döyüş sursatları, o cümlədən ballistik raketlər daşıdığını yazıb.
O da bildirilir ki, Azərbaycanda İsrailin hərbi sənaye şirkətləri öz mərkəzlərini açıblar. Bundan başqa İsrail şirkətləri təhlükəsizlikdən tutmuş, kənd təsərrüfatına qədər bütün sferalarda təmsil olunublar, azad edilmiş ərazilərdə tikinti işlərində iştirak edirlər.
2 milyard dollar, şübhəsiz ki, kifayət qədər iri məbləğdir və haradasa Ermənistanın illik büdcəsinin 2/3-sini təşkil edir. Ümumiyyətlə, bizim əsas silah tədarükçülərimizin sırasında dəyişiklik varmı? İsraildən əsasən hansı növ silahlar alırıq və almağı düşünürük? Birgə silah istehsalı nə yerdədir? Pandemiya, Qarabağda bərpa-inşa layihələrinin ordumuzun silahlanmasına hansısa mənfi təsirləri varmı?
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov bunun Qarabağdakı bərpa işlərinə heç bir mənfi təsirlərinin olmayacağını düşünür: “İsrail Azərbaycanın dostudur. Birmənalı şəkildə bu gün Azərbaycanda hər bir vətəndaş bunun altından imza atar. 44 günlük Vətən müharibəsində biz bu dostluğu bariz şəkildə gördük. İsrail heç kimə satmadığı, vermədiyi silahlarını bizə verib. Bu müharibədə söz deməyimizə, qələbəmizə öz bəhrəsini verdi. Bu dost ölkənin addımları idi. Dəfələrlə İsrail dövlətinin başında dayananlar bunu açıq şəkildə bəyan ediblər.
Bu dostluq əlaqələrinin kökləri var. Heç nədən yaranmayıb. Azərbaycanda uzun illərdir ki, yəhudi əsilli yaşayan insanlar dünyanın heç bir yerində olmadığı qədər azad, sərbəst, toxunulmaz şəkildə yaşayıblar. Öz milli ənənələrini, dinlərini yüksək səviyyədə qorumaq, saxlamaq yolunda dövlətin belə dəstəyini alırlar. Bu da təbii ki, İsrail dövlətinin diqqətindən qaçacaq məsələ deyil. İsraildə hər kəs bilir ki, ölkəmizdə yəhudi icmasına qarşı münasibət necədir. Təbii ki, bunlar fikir formalaşmasında mühüm rol oynayan amillərdəndir. Bu dostluq tarixi dostluqdur. İndi də İsraildən 2 milyard həcmində silahların alınması reallaşarsa, bu normaldır. Silah istehsalında dünyanın qabaqcıl ölkələrindən sayılan İsraildən silah almağımız gücümüzə güc qatmaq deməkdir. Qarşımızda eybəcər, heç bir oyun qaydalarına əməl etməyən yaramaz bir düşmən var. Onun havadarları da göz önündədir. Düşməndən betər havadarlardır. Belə bir şəraitdə İsrail kimi güclü, qüdrətli bir dövlətlə əməkdaşlıq etməyimiz olduqca önəmlidir. Hesab edirəm ki, bu əməkdaşlığı daha da dərinləşdirməliyik. Bizim hərbi sənayemiz müasir texnologiya üzərində qurulub. İsrailin bu sahədəki uğurlarından istifadə edib sənayemizi daha da təkminləşdirməliyik. Düşmən dünənin deyil. Bundan sonra da düşmənçilik münasibətlərinin nə qədər davam edəcəyini bilmirik. Bunun üçün də bu sahədəki işlərimizi dayandırmamalıyıq. Prezident də bu məsələlərə çox böyük önəm verir. İsrail şirkətlərinin Qarabağın azad edilmiş torpaqlarında bərpa işlərində iştirak etməsinə bu şirkətlərin mənəvi haqqı var. Həm dostluq, həm də bu müharibədə bizə verdiyi dəstəkdən dolayı İsrail bunu haqq edir. Hesab etmirəm ki, pandemiya Qarabağdakı bərpa işlərinə hər hansı bir mənfi təsir göstərsin".
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bu xəbərin önəmini olduqca yüksək dəyərləndirdi: “Azərbaycan dünyanın ən müasir silahlar istehsal edən ölkələri ilə əməkdaşlıq edir. İsrail, qardaş Türkiyə, Rusiya, Belarus, Pakistan, Çin və bir sıra başqa ölkələrin də adlarını sadalaya bilərik. Azərbaycan dövləti ordu quruculuğuna, xüsusilə ordunun silahlanmasına və saxlanmasına xüsusi diqqət ayırır. Bu, hər bir ölkənin suverenliyi və müstəqilliyi üçün çox vacibdir. Ən müasir silahlar alınır. Bu əməkdaşlıq da get-gedə genişlənir. Azərbaycanın milli və dövlət maraqlarına bunlar tam uyğundur. Qarabağın bərpasında dünyanın ən mütərəqqi, dost dövlətləri bu proseslərdə yaxından iştirak edirlər. Qardaş Türkiyədən sonra bu sahədə İsrailin xüsusi yeri var. Türkiyə və Pakistandan sonra Gürcüstan, Ukrayna və İtaliya kimi ölkələr də bu proseslərdə bizi dəstəkləyirlər.
Pandemiya bütün insanlar, dövlətlər üçün böyük çətinliklər yaradıb. Təbii ki, bu Azərbaycandan da yan ötməyib. Amma hər an ordu quruculuğuna böyük önəm verilir. 2020-ci ildə hərbi büdcəmiz 1.9 milyard ABŞ dolları idisə, bu il 2.7 milyard ABŞ dollarına çatıb. 2 milyardlıq silah alınacağı yönündə xəbərlərə gəlincə deyə bilərəm ki, bu barədə hələ dəqiq bir rəqəm yoxdur. Sadəcə onu bilirəm ki, İsraillə bu əməkdaşlıq var. Ən müasir silahlar alınır. Vətən müharibəsində “Bayrakdar”larla yanaşı, İsraildən alınan “Harop”lar və digər silahlar sınaqdan uğurla keçdi. Bunu hər bir kəs gördü. Həmin dövlətlərin də silah sənayesi üçün bu vacibdir. Azərbaycan gələcəkdə Türkiyə və İsraillə, o cümlədən Pakistanla birgə silah istehsalı yönündə danışıqlar hər zaman aparıb. Daim müdafiə sənayesini gücləndirməyə böyük önəm ayırmışıq. Qabaqcıl texnologiya Azərbaycanın özündə var. Bu yeniliklərdən istifadə edərək özümüzə lazım olan silahlar öncəliklə istehsal edilməlidir, sonra da dünya bazarında satış üçün silahlar istehsal olunmalıdır. Bu da Azərbaycan ordusunun, iqtisadiyyatının güclənməsinə, ölkədən dollar çıxarılmasının qarşısının alınmasına, eyni zamanda, hansısa bir ölkədən silah məsələsində asılılığın olmamasına gətirib çıxaracaq. Azərbaycan siyasi və iqtisadi yönlərdə bir çox ölkələrlə əməkdaşlıq etdiyi kimi hərbi sahədə də bir çox dövlətlərlə əməkdaşlıq edir. Dünyanın bir qisim ölkələri var ki, ancaq bir ölkədən asılılıqları var. Azərbaycanda isə bu məsələ şaxələnib. Bu da müstəqillik, müstəqil siyasət baxımından çox önəmlidir".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:14-08-2021, 09:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-08-2021, 09:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24