Tarif Şurasının qiymət müəyyənləşdirdiyi məhsulların SİYAHIsına yenidən baxılacaq? - AKTUAL
İqtisadiyyatın liberallaşma səviyyəsini göstərən əsas əlamətlərdən biri də qiymətlərin bazar münasibətləri şəraitində formalaşmasıdır. Liberal düşüncəyə görə, nə qədər çox mal və xidmətin dəyərini bazar formalaşdırırsa, bu, bir o qədər ədalətli rəqabətə şərait yaradır.
Sfera.az bildirir ki, Azərbaycan da bazar iqtisadiyyatı yolunu seçdiyindən liberal dəyərlərin güclənməsində maraqlıdır. Hazırda ölkəmizdə əmtəə və xidmətlərin böyük əksəriyyətinin dəyəri bazarda müəyyənləşir. Lakin hələ də çox sayda mal və xidmət var ki, onların qiymətini dövlət, konkret olaraq Tarif (Qiymət) Şurası müəyyən edir.
Nazirlər Kabinetinin təsdiq etdiyi "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların, işlərin, xidmətlərin Siyahısı"na əsasən, hazırda 39 adda mal, iş və xidmətin dəyərini Tarif Şurası müəyyən edir. Bu siyahıya təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aid olan mal və xidmətlər (elektrik enerjisi, xam neft və neftdən emal olunan əsas məhsullar, təbii qaz, maye qaz (topdansatış), içməli və texniki su, istilik enerjisi, isti su və istilik təchizatı xidmətləri və s.), dövlət əmlakının istifadəsi haqları, dövlətə məxsus təhsil sahəsində xidmətlər, bankların və digər kredit təşkilatlarının DGK-nın reyestrinə salınması, DYPİ-nin xidmətləri, tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlər, dərman preparatlarının sınağının keçirilməsi xidmətləri, dövlət yollarının salınması və saxlanılması xidmətləri, ovçuluq sahəsində (su və meşə heyvanlarının ovlanması, ovçuluq biletinin qiyməti) xidmətlər, dövlətə məxsus protez-ortopedik bərpa mərkəzinin xidmətləri, küçə reklamlarının yerləşdirilməsi, yayımı və reklam tarifi və s. daxildir.
Qiymətləri müəyyənləşdirilən məhsulların əhatə dairəsi
Bu siyahının əhatə dairəsi olduqca böyükdür və onun yenidən işlənilməsi vacibdir. Liberal iqtisadiyyat güclü olan ölkələrdə dövlət tərəfindən tənzimlənən qiymətlər az olur. Azərbaycanda isə dövlət tərəfindən qiyməti tənzimlənən mal və xidmətlərin dairəsi daha genişdir. Xidmət sahələrinin əksəriyyətinin qiymətləri dövlət tərəfindən tənzimlənir.
Bu hal Azərbaycanda mərkəzləşmənin güclü olduğunu göstərir. Halbuki, liberal dəyərlər əks mərkəzləşmənin, yəni səlahiyyətlərin bir çoxunun yerli hakimiyyətlərə və özəl strukturlara ötürülməsini tövsiyə edir. Qabaqcıl təcrübədə səlahiyyətlərin əksəriyyətinin yerli özünüidarəetmə strukturları olan bələdiyyələrə də ötürülüb. Xaricdə işıq, su və başqa kommunal haqlar lokal hakimiyyət sayılan bələdiyyənin iştirakı ilə müəyyən edilir. Onlar özəl şirkətləri bu sahələrə cəlb edərək birgə işləyir.
Azərbaycanda qiyməti tənzimlənən məhsulların və xidmətlərin böyük əksəriyyəti strateji əhəmiyyət daşıyır. Bu mal və xidmətlərdə baş verən qiymət dəyişiklikləri insanların sosial vəziyyətinə birbaşa təsir göstərir. Buna görə də hökumət çalışır ki, bu məhsulların qiymətlərini özü tənzimləsin.
Lakin qiymətləri tənzimləmək üçün hökumətin inzibati üsullardan istifadə etməsi zəruri deyil. Hökumət bunun üçün əlində olan digər vasitələrdən istifadə edə bilər. Məsələn, dövlət vergi güzəştləri tətbiq etməklə qiymətləri tənzimləmək gücünə malikdir. Bunu buğdanın timsalında gördük. Bir müddət əvvəl idxala tətbiq olunan ƏDV götürüldü və idxalın ucuzlaşması qiymətlərin yüksəlməsinin qarşısını aldı.
Konkret mal və xidmətlərə gəlincə, benzinin pərakəndə satış qiymətinin bazar tərəfindən müəyyənləşdirilməsi mümkündür.
Azərbaycanda benzinin qiyməti tənzimlənsə də, xarici ölkələrdə benzinin qiymətini bazar müəyyənləşdirir. O cümlədən, qonşu Rusiyada benzinin qiymətləri dünya bazarında neftin qiymətinin dəyişməsinə və başqa iqtisadi səbəblərlə bağlı olaraq olaraq dəyişir.
Eynilə, tullantıların (zibil) daşınma tarifləri - Avropada, ABŞ-da və inkişaf etmiş digər ölkələrdə bu cür kommunal xidmətlərin tarifləri özəl şirkətlər tərəfindən tənzimlənir, dövlət kommunal xidmətlərin qiymətinin müəyyənləşdirilməsinə müdaxilə etmir.
Digər bir nümunə - küçə reklamlarının yayım qiymətinin dövlət tərəfindən tənzimlənməsidir. Yaxşı olardı ki, bələdiyyə tərəfindən yığılan reklam haqlarının dəyərini bələdiyyələr müəyyənləşdirsin.
Qiymətləri tənzimlənən məhsulların siyahısına yenidən baxılmalıdırmı?
Beləliklə, tənzimlənən qiymətlərə yenidən baxılması və onların siyahısının azaldılması vacibdir. Dövlət öz sərəncamında olan, özü tərəfindən istehsal edilən mal və xidmətlərin qiymətini tənzimləyə bilər. Amma qiymət tənzimlənməsini bütün şirkətlərə və bələdiyyələrə tətbiq etmək düzgün deyil. Dövlət qiyməti təyin etməklə qiymət şişirtmələrinin və bu yolla maliyyə yeyintilərinin qarşısını alır. Bu hallara qarşı dövlətin özü üçün vahid tarif müəyyən etməsi mümkündür. Ancaq istənilən halda bazarın qiymətləri təyin etməsi daha münasib olardı. Axı, Azərbaycan bazar iqtisadiyyatı yolunu gedir.
Əlavə edək ki, "Tənzimlənən qiymətlər haqqında Azərbaycan Respublikası Qanunu”nda dövlətin hansı səbəbdən qiymətləri tənzimlədiyinə izahat verilir. Qanunda yazılır ki, tənzimlənən qiymətlər təbii inhisar, dövlət inhisarı və inhisarçı qiymətin əmələ gəlməsi subyektlərinin məhsullarına habelə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qiymətləri dövlət tənzimlənməsinə aid edilmiş digər məhsullara tətbiq edilir. Qiymətin müəyyənləşdirilməsi zamanı dövlət əsas prinsiplərə əməl etdiyini də bildirir. Belə ki, bu zaman bazar münasibətləri və iqtisadiyyatın dinamik inkişafı nəzərə alınır. Həmçinin, iqtisadiyyatın prioritet sahələrinin intensiv inkişafına investisiya qoyuluşunun stimullaşdırılması, inhisarçılıq hallarının məhdudlaşdırılması və qarşısının alınması, istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması, təbii inhisar subyektlərinin qiymətlərinin tənzimlənməsində ölkənin sosial iqtisadi inkişafına səmərəli təsirinin təmin olunması gözlənililir.
Qiymətlər müəyyən edilərkən məhsulun (malın, işin, xidmətin) daxili və dünya bazar qiymətləri nəzərə alınır. Dövlət tarifləri elə səviyyədə təyin edir ki, bu, inflyasiyaya səbəb olmasın, yarana bilən iqtisadi və sosial böhranlara yol verməsin.
Eyni zamanda dövlət tarifləri müəyyən etməklə qiymətləri tənzimlənən məhsulları istehsal edən təsərrüfat subyektlərinin texniki və texnoloji inkişafı üçün əlverişli iqtisadi şərait yaratmağa, qiymət amilinin istiqamətləndirici, həvəsləndirici və məhdudlaşdırıcı təsirindən istifadə etməyə çalışır.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-08-2021, 11:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-08-2021, 11:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:52
Pekin ilk növbədə Suriyadakı Türküstan İslam Partiyası üzvlərinin tərksilah olunmasını istəyəcək
Dünən, 19:00
Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ - 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmasın
Dünən, 10:45
Miqrasiya Xidmətində ŞOK HƏBSLƏR: Həsənovlara da sıra çatdı... - Kərəm Həsənov müdaxilə edirsə...
Dünən, 08:54