reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Müharibədən zərər çəkən sahibkarlara 4,3 milyon manat ödənildi

reklam

Müharibədən zərər çəkən sahibkarlara 4,3 milyon manat ödənildi



44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən döyüş bölgəsindən kənarda yerləşən dinc şəhər və kəndlərimiz raket zərbələri ilə atəşə tutulub. Nəticədə mülki əhaliyə və həmin rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ciddi zərər dəyib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Araşdırmalarla 294 sahibkarlıq subyektinin əmlakına ziyan vurulduğu müəyyənləşdirilib və dəymiş ziyanın həcmi qiymətləndirilib. Müəyyən olunub ki, Vətən müharibəsi dövründə 294 sahibkarlıq subyektinin əmlakına dəyən ziyanın ümumi məbləği 4 741 647 manat təşkil edir.

Daşınmaz əmlakı dağıdılmış və qəzalı vəziyyətə salınmış sahibkarlıq subyektlərinin dövriyyə vəsaitlərinə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan vasitələrinə dəymiş ziyanın aradan qaldırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilib və zərərçəkmiş sahibkarlara vəsaitlərin ödənilməsinə başlanılıb.

Avqust ayının sonuna artıq 245 sahibkarlıq subyektinin müvafiq bank hesabına 4 261 941 manat vəsaitin ödənişi təmin olunub.

Proses davam edir.


Paylaş:


Müəllif : Tarix:
1-09-2021, 17:59
Sikayət   


loading...
Загрузка...