Qapanma arxa plana keçir: - Azərbaycan iqtisadiyyatı nə vaxt toparlanacaq?
Rusiya iqtisadiyyatı iyun ayında koronavirus pandemiyasının səbəb olduğu böhrandan çıxıb və ölkənin ümumi daxili məhsulu pandemiyadan əvvəlki səviyyəyə çatıb.
Bu barədə Moskva Maliyyə Forumunun plenar iclasında Rusiyanın Baş naziri Mixail Mişustin məlumat verib:
"İqtisadiyyatımız iyundan artıq canlanıb, ümumi daxili məhsulun (ÜDM) həcmi pandemiyadan əvvəlki səviyyəyə çatıb",- Mişustin bildirib.
Baş nazir bəyan edib ki, son vaxtlar səlahiyyətlilərin gördüyü tədbirlər sayəsində büdcəyə gəlir axını xeyli artmışdır.
O, həmçinin ilin birinci yarısında ÜDM-in 4,8% artdığını bildirən Rusiya Federal Dövlət Statistika Xidmətinin ("Rosstat") ilkin qiymətləndirməsinə istinad edib.
"Bu nisbət, bir il əvvəl milli planda qarşıya qoyduğumuz səviyyədən xeyli yüksəkdir və pandemiyadan əvvəlki səviyyələri inamla aşır" , - Baş nazir deyib.
Ümumiyyətlə, artıq dünya ölkələri pandemiya ilə bağlı məhdudiyyətlər tətbiq etməyə yanaşmır. Son aylarda bütün dünyada koronavirusa yoluxma və ölüm statistikası xeyli artmasına rəğmən dövlətlər ciddi qapanmalara getmədi.
Görünən odur ki, dünya iqtisadiyyatını növbəti dəfə böhrana salmamaq üçün, ölkələr tərəfindən belə addım atılır. Belə olan halda isə bu virusla qapnamalar olmadan yaşamağa öyrəşməliyik.
Həmçinin, Azərbaycanda da son aylarda yoluxma sayında kəskin artım baş verməsinə rəğmən heç bir qapanmaya gedilmədi. Görünür, pandemiya dövründə iqtisadiyyatımızda ciddi şəkildə geriləmə yaşandığı üçün dövlət artıq sərt karantin tətbiq etməyəcək. Bu isə öz növbəsində iqtisadiyyatımızın yenidən dirçəlməsinə səbəb olacaq.
Göründüyü kimi, Rusiya iqtisadiyyatı artıq pandemiyadan əvvəlki səviyyəyə çatıb. Bəs Azərbaycanda iqtisadiyyatının bənzər statistikaya çatmasına nə qədər vaxt lazım olacaq?
Bununla bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, qapanmalara getməmək Rusiya iqtisadiyyatının yenidən dirçəlməsinə səbəb oldu:
“2014-2016-cı illərdə həm neft qiymətləri, həm də sanksiyaların tətbiqi ilə bağlı Rusiya iqtisadiyyatında ciddi zəifləmə olduğu üçün və ümumi daxili məhsulda və iqtisadi aktivlikdə zəifləmə mövcud idi. Lakin 2018-2019-cu illərdə Rusiyanın ümumi daxili məhsulunda təxminən 3 faizə yaxın artım müşahidə olunurdu. 2021-ci ildə isə Rusiya iqtisadiyyatı yenidən bu səviyyələrə yaxınlaşıb. Həm ticarət dövriyyəsində, həm də ümumi daxili məhsulda insanlar gəlir səviyyəsi pandemiyadan əvvəlki dövrə çatıb. Əlbəttə ki, burada neft və qaz qiymətlərinin də kəskin artmasının rolu oldu. Çünki cari ilin əvvəlindən xüsusilə, qaz qiymətləri çox kəskin artıb.
Rusiyanın da ən böyük gəlir mənbəyindən biri məhz təbii qaz satışından əldə olunan gəlirlərdir. Bu isə öz növbəsində ümumi daxilə məhsula və iqtisadi göstəricilərə müsbət təsir göstərdi. Görünən odur ki, dünya ölkələri koronavirusla bağlı qapanmalara getmək istəmir. Pandemiya başlayandan Rusiyada ən pik yoluxma və ölüm statistikası son 2-3 ayda qeydə alınsa da, qapanmalara gedilmədi.Ölkəmizdə də yoluxma sayı 4 mini keçsə belə, Azərbaycan hökuməti qapanmalara getmək istəmir. Çünki iqtisadiyyatımızda dirçəlmələr müşahidə olunur. Növbəti qapanma dalğası isə iqtisadiyyata daha böyük zərbə vuracaq”.
Ekspert qeyd edib ki, Azərbaycanda 2020-ci ildə ümumi daxili məhulda 4.3 faiz azalma qeyd olunmuşdu:
“Pandemiya səbəbindən ortaya çıxan bu statistika son illərin ən pis göstəricisi idi. Bu ilin birinci rübünü isə sabitləşmə dövrü kimi qeyd etmək olar. Böyük bir artım sayılmasa da, ümumi daxili məhsulda 0.8 faiz artım oldu. Buna görə ölkəmizdə də mart ayından sonra artım müşahidə olunur və ümumi daxili məhsulun artım tempi 3 faizə yaxınlaşır. Ümumi göstəricilərə əsasən pis nəticə deyil. Lakin bizdə də əsas faktor neft qiymətlərindəki artımdır.
Çünki neftin qiymətinin bahalaşması valyuta gəlirlərinin, iqtisadi aktivliyin və ümumi daxili məhsulun artmasına ciddi təsir göstərən amillərdən biridir. Amma neft qiymətləri 40-50 dollar və ya daha aşağı qiymətə olsaydı Rusiya və Azərbaycanda belə iqtisadi sabitləşmə olmayacaqdı. Çünki hər iki ölkədə enerji sektoruna bağlılıq var və neftin qiyməti bahalaşdığı üçün ölkəmizdə də iqtisadi cəhətdən müəyyən sabitlik var”.
N.Cəfərli onu da əlavə edib ki, 2022-ci ilin birinci və ya ikinci rübündə Azərbaycan iqtisadiyyatı pandemiyadan əvvəlki vəziyyətə qayıdacaq:
“Çox güman ki, Azərbaycan bu ili təxminən 3.5 faiz ümumi daxili məhsulun artım tempi ilə tamamlayacaq. Əgər gələn il virusla bağlı çox kəskin və neqativ hadisələr baş verməsə, məcburi qapanmalar olmasa, ümumi daxili məhsulun artımı ilə bağlı daha çox sabitlik yaranar. Bu halda isə iqtisadiyyatda dirçəlmə yaranar və pandemiyadan əvvəlki göstəricilərə tam qayıtmış olarıq.Bunun üçün hökumət gələn ilin büdcəsində həm sosial xərclərlə bağlı artımlara getməli, həm də təqaüd və maaşları qaldırmalıdır ki, vətəndaşın əlində pul olsun. Çünki insanlarda müəyyən vəsait olanda vətəndaş daha çox xərcləyir və iqtisadiyyat daha çox inkişaf edir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-09-2021, 16:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-09-2021, 16:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07