Hökumətin 2022-ci il prioritetləri realdırmı? - TƏHLİL
2022-ci ilin dövlət büdəsinin 3,9% və ya 980 milyon manat artırılması nəzərdə tutulur. Pandemiyanın neqativ təsirlərinin hələ aradan qaldırılmadığı, əsas gəlir mənbəyi olan neft hasilatının azaldığı dövrdə büdcə gəlirlərinin artması realdırmı? Maliyyə Nazirliyinin hazırladığı layihədən məlum olur ki, Neft Fondunun transfertlərindən ötənilkindən fərqli artım yoxdur, hökumət artımları əsasən vergi yığımları və gömrük rüsumları hesabına təmin etmək istəyir. Bundan başqa, cari ilin büdcəsinin icra vəziyyəti də müəyyən suallar yaradır.
İqtisadçı ekspert Nemət Əliyev “Press Klub”a şərhində xatırlatdı ki, 2021-ci il büdcəsinin 6 aylıq proqnoz gəlirləri 96,5% icra olunub. Onun sözlərinə görə, yarım illik büdcə gəlirləri 422 milyon manat və ya 3,5% kəsirlə yerinə yetirilib. “Kiçik büdcə bu şəkildə icra olunursa, daha böyük büdcənin yerinə yetirilməsində problemlərin yaşanmayacağını iddia etmək, əlbəttə, mümkün deyil”, – deyə iqtisadçı vurğuladı.
N. Əliyev qeyd etdi ki, büdcə gəlirlərinin formalaşmasında 48% payı olan Neft Fondunun 6 aylıq dövrdəki fəaliyyətsizliyi dərhal diqqəti cəlb edir:
“Fond dövlət büdcəsi qarşısında üzərinə düşən öhdəliyi 77% icra edərək 23% və ya 1,4 milyard manat kəsir yaradıb. Dövlət büdcəsinə 6 ayda 6,1 milyard vəsait ödəməli olan Neft Fondu bu müddətdə cəmi 4,7 milyard ödəniş həyata keçirib. Büdcənin əsas donorlarından birinin bu vəziyyətə gətirilməsi, ilkin təəssürat kimi, gələn ilin büdcə gəlirlərinin yerinə yetirilməsi ilə bağlı daha çox pessimist ovqat aşılayır”.
Ekspert büdcənin formalaşmasında Gömrük Komitəsinin də böyük payı olduğunu söylədi. Onun sözlərinə görə, yüksək bahalaşmaya məcbur etmədən və vergi yükünü artırmadan bu Komitənin büdcə qarşısındakı öhdəliklərini yerinə yetirməsi, demək olar ki, mümkünsüz hala gəlib:
“Təsəvvür edin, Komitənin idxaldan topladığı vergilərin yükü (ƏDV, gömrük rüsumu, aksiz, yol vergisi) 2020-ci ildə 39%, 2021-ci ilin 1-ci yarımilində isə daha 16% artıb ki, bu da həm idxal sahibkarlığına, həm də yerli sahibkarlığa olduqca mənfi təsir göstərib. Bu cür ağır şərtlər altında fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin Gömrük Komitəsinin yükünü çəkməyə taqətlərinin qalmadığı gün kimi aydındır. Ölkə iqtisadiyyatının korrupsiya, monopoliya, haqsız rəqabət, rüşvətxorluq, özbaşınalıq, qanunsuzluq kimi hallarla yetərincə “yüklənməsi” də nəzərə alınmalıdır. Bu halların hər biri iqtisadi fəaliyyətə mənfi təsir göstərir”.
Nemət Əliyev bildirdi ki, cari ilin 7 ayında əsas kapitala yatırımlar 12%, o cümlədən büdcə vəsaitləri hesabına yatırımlar 18% düşüb. Bu il iri sahibkarlıq müəssisələrinin 80-ə yaxını, orta sahibkarlıq müəssisələrinin 260-a qədəri, kiçik sahibkarlıq qurumlarının isə 458-i iflas edərək öz fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalıb.
“Kreditləşmənin bərbad durumu, ölkənin maliyyə bazarının həddən ziyadə zəif olması əlverişli şərtlərlə maliyyə resurslarına çıxış imkanlarını da aşağı səviyyədə tutur. Ölkədə böyük bahalaşma yaşanmasını diqqətdən heç qaçırmaq olmaz. Bu neqativ proses bir yandan gəlirlərə artırıcı təsir göstərsə də, digər tərəfdən alıcılıq qabiliyyətinı kəskin aşağı salır və sahibkarların nikbin gözləntilərinə böyük zərbələr vurur. Odur ki, iqtisadiyyata stimul vermək imkanları xeyli zəifləyib. Bu səbəblərdən gələn ilin büdcəsini təmin etməli olan ümumi iqtisadi şərait çox da güvənli deyil”.
Ekspert qeyd etdi ki, 2022-ci ilin büdcəsində dövlət investisiya xərclərinin 32%-ə yaxın və ya 895 milyon manat azaldılması nəzərdə tutulub. O, bu azalmanı böyük itki sayır:
“Dövlət investisiyaları 2019-cu ilin büdcəsində 6,4 milyard, 2020-ci ilin büdcəsində 4,9 milyard, 2021-ci ilin büdcəsində isə 2,8 milyard manat nəzərdə tutulduğu halda, hökumət gələn ilin büdcəsində bu göstəricini 1,9 milyard manata düşürəcək. Təsəvvür edirsinizmi, 2 ilə dövlət investisiyaları 3,4 dəfə azaldılır. İqtisadiyyat Nazirliyi gələn il iqtisadiyyatın 4,6% böyüməsinə dair proqnoz verib. Bəs, bu yolla hökumət əlavə dəyər istehsalıni necə artıracaq, ÜDM artımını necə təmin edəcək? Dövlət investisiyalarının azaldılması, heç şübhəsiz ki, iqtisadiyyatın gələn il böyüməsinə dair nikbin proqnozları sual altına alır. Büdcə zərfində itkilərin yerinin qeyri-dövlət investisiyaları hesabına bərpa olunacağı iddia edilsə də, bu, o qədər də inandırıcı deyil”.
N.Əliyev gələn ilin büdcəsindən sosial müdafiə və sosial təminata ayrılan xərclərin 108 milyon manatdan çox və ya 3%-ə yaxın azaldılacağını da xatılatdı:
“Baxın, ölkədə işsizliyin artması və kəskin bahalaşma fonunda sosial müdafiəyə ehtiyacı olanların sayı əhəmiyyətli dərəcədə çoxalıb. Bu gerçək vəziyyət sosial müdafiəyə ayrılan xərclərin artırılmasını zəruri edir. Lakin hökumət əlinə düşən fürsəti bu istiqamətə deyil, məhkəmə, hüquq-mühafizə və prokurorluq orqanlarının maliyyələşməsinə yönəldəcək. Bu qurumlara ayrılan vəsaitlər gələn ilin büdcəsində 336 milyon manata yaxın və ya 16% artırılacaq. 2022-ci ilin büdcəsində müdafiə və milli təhlükəsizliyə ayrılan xərclərin 2%-ə yaxın və ya 87 milyon manat azaldılması da narahatlıq yaradır. Dağlıq Qarabağda gərginliyin diri saxlanılması bu yöndəki xərclərin azaldılmasını deyil, artırılmasını zəruri edir”.
İqtisadçı vurğuladı ki, gələn ilin büdcəsində hökumət ümumdövlət xidmət xərclərini 100 milyon manat artırmağı planlaşdırıb:
“Halbuki, bu yöndəki xərclərin ixtisar edilməsi hava-su qədər vacibdir. Dövlət idarəetmə aparatının lüzumsuz yerə şişməsi faktı nəzərə alınmalıdır. Dövlət büdcə xərclərinin bu qaydada bölüşdürülməsi bir daha onu göstərir ki, hökumətin prioritetləri düzgün seçmək problemi hələ də qalmaqdadır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-09-2021, 08:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-09-2021, 08:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50