Azərbaycan kriptovalyutanı qadağan edəcək? - "Onu pula çevirəcək mexanizm hələ yoxdur”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 81 bölgədən universitetə daxil olan gənclər ilə görüşündə bir sıra açıqlamalar verib.
İştirakçılardan biri Rəqəmsal Türk Lirəsi Əməkdaşlıq Platformasının yaradıldığını xatırladaraq, Mərkəzi Bankın kriptovalyutalar ilə bağlı işlərini və özünün kriptovalyuta mövzusundakı fikirlərini soruşub. Ərdoğan kriptovalyutalara keçmək kimi bir dərdlərinin olmadığını, tam əksinə onlara qarşı ayrı bir savaş və mübarizələri olduğunu deyib. "Kriptovalyutalara imkan vermərik, verməyəcəyik də. Çünki biz pulumuzla yola davam edəcəyik",- o, qeyd edib.
Bir çox ölkələr kriptovalyutaları qanuni elan etdiyi halda Türkiyə Prezidentinin bu açıqlaması təəccüblə qarşılandı. Bəs Türkiyənin kriptovalyutalarla bağlı belə siyasət yürütməsinə səbəb nədir? Azərbaycanda bununla bağlı hansı addımlar atıla bilər?
Mövzu ilə bağlı “Cümhuriyət” qəzetinə açıqlama verən iqtisadçı-alim Fuad İbrahimov bildirib ki, iqtisadi cəhətdən inkişaf edən ölkələr kibermüdaxilələrdən qorunmaq üçün kriptovalyutaları azad buraxmır:
“Əslində, kriptovalyuta bazarında hər hansısa çərçivəli, dayanıqlı sistem və nominal vahid yoxdur. Təbii ki, bu da öz növbəsində daha çox arzuolunmaz vəziyyətlərin yaranmasına gətirib çıxarır. Həmçinin, iqtisadi inkişafda olan ölkələrin heç biri kriptovalyutaları rəsmi olaraq ödəniş vasitəsi kimi qəbul etməyib, amma qadağan da olunmayıb. Yəni bazarda kimsə alış-verişdə və ya istənilən biznes əməliyyatı zamanı kriptovalyutadan istifadə edirsə, ona göz yumulur. Lakin Türkiyə Prezidenti bu addımı ilə kriptovalyutanı qadağan etdi. Hesab edirəm ki, buna hər hansısa irad tutmaq düzgün deyil. Çünki elektron valyuta bazarının dünyada dayanaqlılığı, beynəlxalq hüquq və normaları hansısa aktlarla tənzimlənmir. Buna baxmayaraq, bir şeyi də nəzərə almalıyıq ki, kriptovalyuta dünya ticarətinin və iqtisadiyyatının gələcəyidir. Lakin o gələcəyə nə zaman çatacağımız isə məlum deyil”.
F.İbrahimov hesab edir ki, gələcəkdə Azərbaycan da Türkiyənin kriptovalyuta ilə bağlı siyasətini yürüdə bilər:
“Lakin düşünürəm ki, ölkəmizdə bununla əlaqədar radikal qərarlar olmayacaq və sərbəstlik veriləcək. Hazırda Azərbaycan ərazisində çox rahatlıqla elektron ticarət platformaları vasitəsilə istənilən kriptovalyutanı almaq və satmaq mümkündür. Hətta bir çox vətəndaşlarımız da bunu edir. Sadəcə olaraq, dövlət səviyyəsində kriptovalyutaları pula çevirəcək mexanizm hələ yoxdur. Yəni Azərbaycanda mövcud vəziyyətdə kriptovalyutalar qadağan deyil, amma rəsmiyyətə də salınmayıb”.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-09-2021, 11:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-09-2021, 11:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36