reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Vergi Məcəlləsində nələr dəyişir? - Bu sahələrdən ƏDV-nin qaytarılması ləğv edilir - VİDEO

reklam

Vergi Məcəlləsində nələr dəyişir? - Bu sahələrdən ƏDV-nin qaytarılması ləğv edilir - VİDEO











Vergi Məcəlləsinə əlavə dəyər vergisi ilə bağlı bir sıra dəyişikliklər təklif olunur. Təkliflər təsdiq edilərsə, gələn ildən tibbi xidmətlərə görə ödənilən əlavə dəyər vergisini geri almaq mümkün olacaq. Təkliflərdən biri də bəzi məhsulların alışı zamanı əlavə dəyər vergisinin qaytarılması mexanizminin ləğv edilməsi ilə bağlıdır. Bura avtomobillər, alkoqollu içkilər və tütün məmulatları daxildir.Əlavə dəyər vergisinin qaytarılması mexanizmi tibbi xidmətlərə də aid ediləcək. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Milli məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramovun sözlərinə görə, təkliflər komitədə müzakirə edilib. Vüqar Bayramov bildirib ki, məqsəd vergidən yayınmaların qarşısını almaq, ödənişlərin leqallaşdırılması, eləcə də ödənişlərin bir hissəsininin vətəndaşlara qaytarılmasını təmin etməkdir.

Qeyd edək ki, mövcud qaydalara görə geri qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 %-ini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 %-ini təşkil edir.

Deputat əlavə edib ki, təkliflərdən biri də bəzi məhsulların alışı zamanı əlavə dəyər vergisinin geri qaytarılması mexanizminin ləğv edilməsi ilə bağlıdır.

Bundan başqa ölkə daxilində müalicə, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10 min manatadək olan hissəsi gəlir vergisindən azad edilməsi nəzərdə tutulub.




Paylaş:


Müəllif : Tarix:
4-11-2021, 10:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər