Şəki, Xırdalan və Lənkərana 30 min avro ayrıldı
Noyabrın 12-də, saat 11:00-da Bakıda EU4Culture-da Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə Mədəni İnkişaf Strategiyalarının hazırlanması üçün 30 000 Avro qrant alacaq üç seçilmiş şəhərin elan edilməsi məqsədilə mükafatlandırma mərasimi təşkil olunacaq.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, 2021-ci ilin may ayında başlayan qrant müraciətləri üçün müsabiqə Avropa Mədəniyyət Paytaxtlarının yanaşmasına uyğun olaraq, qeyri-paytaxt şəhər və rayonlara Mədəni İnkişaf Strategiyalarını hazırlamaq və həyata keçirmək üçün dəstək olmaq məqsədi daşıyır. Ümumilikdə, müsabiqədə Şərq Tərəfdaşlığının 5 ölkəsindən 70 şəhər iştirak edib. Təqdim olunan müraciətlər qiymətləndirildikdən sonra Azərbaycandan aşağıdakı 3 şəhər seçilib: Şəki, Xırdalan, Lənkəran.
Seçilmiş şəhərlər Mədəni İnkişaf Strategiyalarını hazırlamaq üçün 30 000 Avroya qədər qrant alacaqlar. Müsabiqənin yekun mərhələsində bu 3 şəhərdən biri öz strategiyasını həyata keçirmək üçün 300.000 Avroya qədər qrant alacaq.Tədbirdə Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyinin Səfiri, Mədəniyyət Nazirliyinin şöbə müdiri, Dövlət Turizm Agentliyinin nümayəndələri, üç qalib şəhərin icra başçıları, EU4Culture layihəsinin nümayəndələri iştirak edəcəklər. Tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin səfiri Peter Mixalko seçilmiş şəhərlərin İcra Başçılarına rəsmi olaraq qrant sertifikatlarını təqdim edəcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-11-2021, 17:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər