Qərb Türkiyəyə qarşı iqtisadi müharibə aparırmı?
TL-nin Türkiyənin Qərb maliyyə sistemindən qopmaq yönündəki məqsədyönlü siyasəti nəticəsində ucuzlaşdığı barədə fikirlərin praktik əsası və təsdiqi yoxdurTürkiyə maliyyə bazarındakı çaxnaşma, lirənin beynəlxalq rezerv valyutalar qarşısında kəskin ucuzlaşması Azərbaycanda çox diqqətlə izlənilir. Hətta bu mövzu sosial şəbəkələrin azərbaycanlı istifadəçiləri arasında o dərəcədə populyardır ki, Soçidə keçiriləcək çox vacib Əliyev-Paşinyan görüşünə olan diqqəti də üstələyib.
Azərbaycanda Türkiyə problematikasına ifrat marağın səbəbləri yəqin ki, hər kəsə aydındır, bu, ilk növbədə xalqların qardaşlığı və dövlətlərin müttəfiqlik münasibətlərindən qaynaqlanır, “bir millət, iki dövlət” mottosu Azərbaycan ictimai rəyində birmənalı qəbul edilib, dəstəklənən bir yanaşmadır. Bu gerçəkliyə bağlı başqa bir səbəb ondan ibarətdir ki, Azərbaycanda rəqabətli siyasi mühit, siyasi dinamika və bunları əmələ gətirən seçkili demokratiya olmadığından, siyasətlə maraqlanan insanlarımız tamamilə Türkiyənin qaynar siyasi həyatına köklənib, orada olanları çox yaxından, gündəlik rejimdə izləyir – hətta o dərəcədə ki, özlərini az qala həmin siyasi prosesin subyekti kimi görərək Türkiyə siyasi partiyalarının tərəfdarı və ya əleyhdarı qismində çıxış edirlər. Azərbaycanda xalqın konstitusion hüquq və azadlıqları, o cümlədən seçmə-seçilmə haqqı kağız üzərində deyil, praktikada təmin edilsə və bunun nəticəsi olaraq siyasi dinamika yaransa, qapalı sistem açılsa, siyasi içtirakçılıq genişlənsə, vətəndaşın səsi ilə hakimiyyətin dəyişməsi ənənəsi yaransa, bu, o demək deyil ki, insanlar Türkiyəni dərhal unudacaq, amma yəqin ki, Türkiyə siyasi həyatını bu dərəcədə yaxından, fasiləsiz izəyib, müzakirə edənlər daha çox siyasi ekspert ictimaiyyəti olacaq.
İndi keçək əsas mövzuya: Türkiyədə nə baş verir və milli valyuta niyə bu dərəcədə devalvasiyaya məruz qaldı?
Bəri başdan qeyd etməyi zəruri sayıram ki, bu yazının müəllifi iqtisadçı ekspert deyil. Amma iqtisadi prosesləri anlamaq və onlar haqqında ümumi qiymətləndirmə etmək üçün iqtisadçı olmağa gərək yoxdur, özü də o halda ki, həmin iqtisadi prseslərin siyasətlə bilavasitə bağlılığı var – Türkiyədə olduğu kimi. Türk lirəsinin (TL) ucuzlaşması yeni hadisə deyil, son illərin trendidir və bu mövzuda biz daha əvvəl – 2020-ci ilin mayında və avqustunda “pressklub.az”da yazılarla çıxış etmişik. Qeyd etdiyim kimi, bu məqalədə məqsəd iqtisadi analiz təqdim etmək deyil, sosial medianın Azərbaycan seqmentində mövzuya dair yayılan populyar tezislərin nə dərəcədə həqiqəti əks etdirməsinə dair qısaca araşdırma aparmaqdır.
Məlumdur ki, ötən il baş verən və Azərbaycanın qələbəsi ilə yekunlaşan Qarabağ savaşından sonra ölkəmizdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana simpatiya xeyli artıb (cənab Ərdoğan azərbaycanlılar arasında əvvəl də populyar idi), hətta “Rəis”ə ümumxalq sevgisi yarandığını desək, mübaliğəyə yol vermiş olmarıq. Düzdür, ona tənqidi münasibətdə olanlar da var, lakin bunlar azlıqdır. Ərdoğana sevgi bəsləyən azərbaycanlılar onun idarəçiliyi nəticəsində Türkiyənin böhrana daxil olması gerçəyini heç cür qəbul etmirlər, çünki bu, onların təsəvvüründəki “Yeni Türkiyə” obrazını zədələyir. Onların düşüncəsinə görə, “Yeni Türkiyə” qlobal güc mərkəzinə çevrilib, onun qurucu lideri Rəcəb Tayyib Ərdoğan isə hegemonlara meydan oxuyan qüdrətli şəxsiyyətdir, belə bir durumda Türkiyədə hansısa problem yaranırsa, deməli, bu, yalnız Ərdoğanın xarici və daxili düşmənlərinin işi ola bilər. Yəni Türkiyədəki məşhur deyimlə ifadə etsək, hər şeyi “dış güclər” edir, çünki “Türkiyə əvvəlki kimi Qərbin müti tərəfdaşı deyil, tam əksinə, onların planlarına əngəl törədən, tam müstəqil xarici siyasət aparan bir dövlətə çevrilib”. Ərdoğandan əvvəlki Türkiyənin Qərbin sözü ilə oturub-duran müti, zəif və aciz dövlət olub-olmadığı məsələsinə biz noyabrın əvvəlində “pressklub.az”da toxunmuşuq, mövzu ilə maraqlananlar həmin yazıya baxa bilər. Uzun sözün qısası, populyar tezislərdən biri budur ki, ABŞ-ın liderliyi ilə Qərb Türkiyəyə qarşı iqtisadi müharibə aparır və TL-nin durumu da, iqtisadi problemlər də məhz buradan qaynaqlanır.
İqtisadi müharibə nədir? Əvvəlcə bunu aydınlaşdırmaq lazımdır.
İqtisadi müharibə bir ölkənin iqtisadiyyatını çökdürməyə, bununla onun hansısa sahədə siyasətini əngəlləməyə, yaxud dəyişdirməyə yönəlmiş sistemli və məqsədyönlü basqı siyasətidir. Bu siyasət adətən həmin ölkəyə tətbiq olunan embarqolar və onun iqtisadiyyatının əsas sektorlarına qarşı sanksiyalarla müşayiət olunur. Dövrümüzdə buna ən bariz misal kimi ABŞ-ın İrana qarşı uzun illərdir apardığı, hətta BMT səviyyəsində digər dövlətləri də cəlb etdiyi ardıcıl təzyiq siyasətini göstərmək olar. (Obama dövründə imzalanan nüvə sazişi ilə bu siyasət bir qədər zəifləmişdi.) Venesuela problemini də iqtisadi savaşa nümunə kimi qeyd etmək olar, çünki ABŞ bu ölkənin əsas, hətta yeganə leqal gəlir mənbəyi olan neft ixracına sanksiya tətbiq edib. (Amma Çin Venesueladan neft almağa davam edir.) Rusiya əleyhinə sanksiya siyasətini də iqtisadi müharibə kimi qiymətləndirənlər var. Həqiqətən Ukrayna böhranının başladığı 2014-cü ildən bəri ABŞ və Avropa Birliyi Rusiyaya qarşı saysız-hesabsız sanksiyalar tətbiq ediblər. Bu sanksiyaların (iqtisadi və fərdi) siyahısını hazırlayası olsaq, kitab həcmində yazı alınar. Lakin kəmiyyət aldadıcıdır, çünki həmin sanksiyaların nə dərəcədə kəsərli olduğu və iqtisadi müharibə meyarlarına uyğun gəlib-gəlmədiyi mübahisəli məsələdir. Rusiya çox rahat şəkildə neft-qaz ixracını davam etdirir, hazırda qlobal enerji bazarındakı bahalaşma şəraitində isə “qaz vurub, qazan doldurur”. Hətta Rusiya neftinin alıcıları arasında ABŞ da var. Bu, necə iqtisadi müharibədir?
Bəs, Türkiyəyə qarşı Qərb tərəfindən indiyədək hansısa iqtisadi sanksiya tətbiq olunubmu?
Cavab üçün xüsusi araşdırma aparmağa ehtiyac yoxdur, Türkiyəyə qarşı iqtisadi sanksiya siyasəti aparılmır. Sual yarana bilər ki, bəlkə İstanbul birjasında Qərbdən olan spekulyantlar hansısa iri manipulyativ əməliyyatlar aparırlar və türk lirəsi bunun nəticəsində dəyər itirir? Hələ ki Türkiyə hökuməti və dövlət qurumları tərəfindən belə bir kriminal əməllərin qeydə alındığına dair hər hansı açıqlamaya rast gəlməmişik. Düzdür, hakim partiyanın siyasətçiləri, onların mediası və bəzi rəsmi şəxslər ənənəvi “dış güclər bizə mane olur” ritorikasnı davam etdirirlər, lakin birjada məqsədyönlü, diversion çalxalanma törədilməsi barədə hər hansı fakt ortaya qoyulmayıb. Bəli, birjalarda TL-nin ucuzlaşmasına, bəzən isə bahalaşmasına “stavka” qoyan və bu volatillikdən gəlir əldə edən çeşidli oyunçular var, lakin bu, birjanın adi iş rejimi və qaydasıdır, dünyanın bütün birjalarında bu cür əməliyyatlar aparılır. Diqqəti cəlb edən iri həcmli, şübhəli əməliyyatlar olduqda müvafiq tənzimləyici strukturlar (məsələn, Mərkəzi Bank) lazımi tədbirlər görür. Yəni Türkiyəyə qarşı iqtisadi müharibə aparlıdığı barədə iddiaların praktik əsası yoxdur. Doğrudur, hərbi əməkdaşlıq sahəsində Türkiyəyə qarşı ABŞ tərəfindən F-35 sanksiyası tətbiq olunub, lakin bu, artıq dövlətlər arasında siyasi problemlərdən qaynaqlanan məsələdir. Belə siyasi problemlər təkcə ABŞ və Türkiyə arasında deyil, ABŞ və Fransa, ABŞ və Almaniya, eləcə də digər dövlətlər arasında da var, ümumiyyətlə, beynəlxalq münasibətlər mürəkkəb, dinamik, dəyişkən bir sahədir və ölkələrin tez-tez “küsüb-barışması” qeyri-adi hal deyil. Elə dünənə qədər Türkiyə tərəfindən rəsmi səviyyədə 15 iyul 2016-cı il hərbi çevriliş cəhdinin əsas dəstəkçisi elan olunan, son illər regionda Türkiyəyə qarşı bloklaşmanın önündə gedən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vəliəhd şahzadəsinin Ankaraya rəsmi səfərini və əldə olunan yatırım anlaşmalarını buna ən yeni misal kimi göstərmək olar. Ona görə də “dış güclər” söhbətinə aludə olmaq və bunu ciddyə almaq məsləhət deyil, dünənki düşmən bu gün bir anda dosta çevrilə bilir.
Birinci tezislə sıx əlaqəli ikinci populyar tezis budur ki, prezident Ərdoğan “maliyyə inqilabı” etmək, ölkənin iqtisadi müstəqilliyinə nail olmaq istəyir. Sosial şəbəkələrdə anonim imza ilə yayılan və geniş auditoriya toplayan yazıda qeyd olunur ki, məqsəd Türkiyəni Qərb kapitalının asılılığından çıxarmaq, yəni Qərb maliyyə sistemindən qoparmaq və beləliklə, Qərbin təsir edə bilməyəcəyi müstəqil maliyyə sistemi qurmaqdır. Başqa sözlə, iddia olunur ki, Türkiyə hökuməti öz pulunu şüurlu şəkildə ucuzlaşdırır və bu, Qərblə aparılan “maliyyə savaşı”nda düşünülmüş siyasət, zəruri addımdır.
Prezident Ərdoğanın həqiqətən də ölkəsini Qərb maliyyə sistemindən ayırıb, bu sahədə tam müstəqilləşdirmək niyyəti və arzusu ola bilər, bu, istisna deyil, hətta inandırıcı da görünür. Hansı siyasətçi ölkəsinin asılı olmasını istəyər? Amma insanların, o cümlədən siyasətçilərin arzuları, istəkləri sonsuz, sərhədsizdir, reallıqlar isə başqadır. Biz niyyət oxumalı deyilik, real vəziyyətə, rəqəmlərin soyuq dilinə baxmalı və Türkiyənin bu istiqamətdə məqsədyönlü siyasət aparıb-aparmadığını müəyyən etməliyik. Ümumiyyətlə, elə buradaca bir önəmli məqamı qeyd edək ki, informasiyanın əlçatanlığının inanılmaz dərəcədə asanlaşdığı dövrümüzdə hələ də konspirologiyalara, fantastika janrına xas fərziyyələrə, pafosa və populizmə üstünlük verən, buna inanan həmvətənlərimiz çoxluqdadır. Halbuki Türkiyə iqtisadiyyatı haqqında istənilən rəqəmi TÜİK-in (Türkiye İstatisik Kurumu) saytından, Türkiyə mediasından, Türkiyənin dünya çapındakı peşəkar iqtisadçılarının yazılarından və çıxışlarından çox asanlıqla öyrənmək mümkündür. Türkiyənin Qərb maliyyə sistemindən qopmaq yönündə siyasəti olub-olmadığını bu rəqəmlər əsasında müəyyənləşdirmək üçün orta məktəb səviyyəsindəki biliklər kifayət edir.
İlk növbədə onu qeyd edək ki, Qərb maliyyə sistemindən qopmaq istəyən dövlət əksəriyyəti həmin maliyyə sistemindən, yəni Avropa ölkələri ilə ABŞ-dan alınmış və 2021-ci ilin 31 martına olan rəsmi məlumata əsasən, 448,4 milyard ABŞ dolları həcmində xarici borc (dövlət+özəl sektor) toplamaz. Türk lirəsinin ucuzlaşması bu borcların idarə olunmasını çətinləşdirir, borc yükünü daha da artırır. Borc yükünün artmasının ölkə iqtisadiyyatına və əhaliyə zəncirvari neqativ təsirləri olur. Hökumət bunda niyə maraqlı olsun ki?
İkincisi, Türkiyənin dollara olan ehtiyacını təmin etmək üçün ötən il ABŞ Federal Ehtiyat Sisteminə (FED) müraciət etməsi faktı var. Belə ki, Türkiyə Mərkəzi Bankı 2020-ci ilin aprelində FED-ə müraciət edərək onun swap xəttinə daxil olmaq istədiyini bildirib. FED koronavirus böhranından sonra 14 dost və müttəfiq ölkənin mərkəzi bankları ilə bu cür mübadilə sistemi qurub: ölkələr likvidlik problemini həll etmək üçün FED-dən dollar alıb və əvəzində eyni dəyərdə milli valyutalarını FED-ə veriblər. ABŞ liderliyindəki Qərb maliyyə sistemindən qopmaq istəyən dövlətin FED ilə nə işi ola bilər?
Üçüncüsü, bu il mayın 27-də prezident Ərdoğan ABŞ-ın 26 böyük şirkətinin, o cümlədən “Netflix”, “Google”, “Amazon”, “Boeing”, “Microsoft” kimi nəhənglərin CEO-ları, yüksək səviyyəli idarəçiləri ilə videokonfrans formatında görüş keçirib və onları Türkiyəyə yatırım qoymağa çağırıb. Prezident o görüşdə bəyan etdi ki, sizin yatırımlarınızın təminatçısı şəxsən mən özüməm. Ölkəsini Qərb maliyyə sistemindən ayırmaq istəyən lider niyə Qərbin iri korporasiyalarını təkidlə Türkiyəyə dəvət etsin? Hansı ki bu korporasiyaların bir çoxunun bazar kapitalizasiyası Türkiyə iqtisadiyyatının toplam həcmindən də böyükdür, yəni onlar Türkiyənin birjaya açılmış bütün şirkətlərini satın alma gücünə sahibdirlər.
Dördüncüsü, prezident Ərdoğan bu ilin mart ayında bir çox demokratikləşmə tədbirini, o cümlədən insan haqlarının təminatı sahəsində ciddi yumşalmaları nəzərdə tutan İnsan Haqları Fəaliyyət Planı açıqladı. Bu Planın hazırlanmasında məqsədlərdən biri də ölkə daxilində əlverişli sərmayə-biznes mühiti yaradıb, Qərb kapitalını cəlb etmək idi. R.T.Ərdoğan həmin tədbirdəki çıxışında bildirmişdi ki, Avropa Birliyinin “Birbaşa xarici sərmayələrin izlənməsi haqqında çərçivə qərarı”na uyğun hüquqi mexanizmlər hazırlanacaq. Qərb kapitalından qopmaq istəyən hökumət niyə ona öz qapılarını açsın və bunu üçün planlar, mexanizmlər hazırlayıb, təqdim etsin?
Beşincisi, bir daha rəqəmlər, rəqəmlər, rəqəmlər… Gəlin, Türkiyənin ixracatında Qərbin payına nəzər salaq, görək, həqiqətən Türkiyə o siyasi-iqtisadi məkandan qopmaq istəyir, yoxsa əksinə, həmin bazarlara ixracını genişləndirib, möhkəm valyutada (dollar, avro) daha çox qazanc əldə etmək niyyəti var? Ən təzə rəqəmlər bu ilin ilk 8 ayına aiddir. TÜİK-in məlumatına görə, 2021-ci ilin yanvar-avqust dövründə Türkiyənin ən çox məhsul ixrac etdiyi ölkələr Almanya (12 milyard 406 milyon dollar) və ABŞ (9 milyard 142 milyon dollar) olub. Təkcə Qərbin bu 2 lider ölkəsinə ixracat Türkiyənin toplam ixracatının 15%-ni təşkil edir ki, bu, kifayət qədər yüksək rəqəmdir. Türkiyənin ixracatında ilk beşliyi Böyük Britaniya (8 milyard 419 milyon dollar), İtaliya (7 milyard 79 milyon) və qonşu İraq (6 milyard 599 milyon dollar) tamamlayır. Göründüyü kimi, ilk beşlikdəki 4 ölkə Qərb maliyyə sisteminin aparıcı üzvləridir. (İraqa ixracatda Kürdüstan muxtar bölgəsinin önəmli paya malik olduğunu da qeyd edək.)
Türkiyənin xarici ticarət kəsiri əsasən Çin və Rusiya ilə ticarətdəki böyük disbalansdan qaynaqlanır. Belə ki, bu ilin 8 ayında Çindən idxalat 20 milyard 639 milyon dollar, Rusiyadan idxalat 17 milyard 761 milyon dollar olub. Türkiyənin bu ölkələrə ixracı isə minimal səviyyədədir. Türkiyə Qərblə ticarətdə qazandıqlarını Şərqlə ticarətdə itirir.
İndi gəlin, görək, Türkiyəyə kapital qoyuluşlarında kimlər, hansi ölkələr öndədir və “Türkiyənin qopmaq istədiyi” Qərb maliyyə sisteminin burada rolu nədir? Mərkəzi Bankın avqust ayında yaydığı beynəlxalq sərmayə bülletenində (Uluslararası Yatırım Pozisyonu, Ağustos 2021) 2020-ci ilə dair yekun məlumat əksini tapıb. Ötən il Türkiyəyə daxil olan birbaşa xarici yatırımların həcmi 223,4 milyard dollar təşkil edib. Türkiyəyə ən çox sərmayə qoyan ölkələrə nəzər salanda yenə qərbliləri ön sıralarda görürük. Bu sahədə Niderland liderdir. Cəmi 4 ölkə – Niderland, Almaniya, Fransa və ABŞ-ın yatırımları Türkiyəyə gələn birbaşa yatırımların üçdə birini təşkil edir. Üstəlik, prezident Ərdoğan rəsmi şəkildə bəyan edib ki, ABŞ-la hazırda 21 milyard dollar olan ticarət dövriyyəsini yaxın gələcəkdə 100 milyard dollara çıxarmaq istəyir. Bu, Qərb maliyyə sistemindən qopmağa işarədir, yoxsa əksinə, daha da yaxınlaşmağa?
Bəs, Türkiyənin son illər sürətlə inkişaf edən hərbi sənayesinin əsas müştəriləri kimlərdir? Bu sahədə ABŞ və Azərbaycan açıq fərqlə öndə gedir. 2020-ci ildə ABŞ Türkiyədən 784 milyon 227 min dollar, Azərbaycan 260 milyon 839 min dollar, BƏƏ 200 milyon 280 min dollar, Almaniya 157 milyon 685 dollarlıq hərbi təyinatlı məhsul alıb. ABŞ və Almaniya ikilikdə Türkiyədən digər alıcıların hamısının cəmindən daha çox hərbi məhsul alır. 2021-ci ildə ABŞ-ın Türkiyədən müdafiə təyinatlı məhsul idxalı indiyədək 900 milyon dolları ötüb, yekun rəqəmlər gələn ilin əvvəlləri məlum olacaq.
Bu, necə iqtisadi müharibədir və necə Qərbdən qopmaqdır ki, Türkiyənin əsas xarici ticarət tərəfdaşları və başlıca sərmayədarları yenə qərblilərdir?
Ümumiyyətlə, bizdə son vaxtlar bir meyl müşahidə olunur: istənilən hadisə bilən və bilməyənlər tərəfindən geosiyasət kontekstindən qiymətləndirilir, arxasında mütləq hansısa xarici çevrələrin dayandığı iddia olunur, əksəriyyət də buna inanır. Hətta təbii fəlakət, məsələn, zəlzələ baş verəndə bunun kimlərinsə əlində olan tektonik silahla törədildiyi qənaəti geniş yayılır. Problemlərin ölkə daxilində pis idarəetmənin nəticəsi ola biləcəyi fikri yaxına buraxılmır. Halbuki Türkiyənin iqtisadi problemləri də əsas etibarilə məhz daxili siyasi problemlərdən qaynaqlanır. 2018-ci ildə tətbiq edilən MDB tipli diktatorial prezident üsul-idarəsi Türkiyədə avtokratiyanı gücləndirib, qərarların qəbulunda kollektiv ağıl yox, fərdi ağıl və həmin fərdin şəxsi hiss-həyəcanları, emosiyaları rol oynamağa başlayıb. Mərkəzi Bankın pul siyasəti bu qurumun peşəkarlarının qərarları əsasında deyil, prezidentin tapşırıqları ilə müəyyən olunur. Mərkəzi Bank prezidentin “Faiz səbəbdir, inflyasiya nəticə” nəzəriyyəsini praktikada tətbiq etmək məcburiyyətində qalıb, maliyyə bazarları isə bu irrasionallığa neqativ reaksiya verir. Lirənin dəyərsizləşməsində müxtəlif amillərin rolu var, amma son günlərdə Venesuela bolivarının taleyinə oxşar trend məhz bazarın prezidentin çıxışlarına və iqtisadi qanunlara zidd mövqeyinə emosional reaksiyasının nəticəsidir, Türkiyə iqtisadiyyatının durumu ilə birbaşa əlaqəli deyil. Türkiyənin proqnozlaşdırılması çətin olan ölkəyə çevrilməsi də sərmayədarları çəkindirir, heç kim hakimi-mütləqin sabah hansı qərarları verəcəyini bilmir. Son bir ildə təkcə Mərkəzi Bankın sədri 4 dəfə dəyişdirilib.
“Lirəni hökumət özü şüurlu şəkildə ucuzlaşdırır fikri” ölkədaxili siyasi situasiya baxımından da inandırıcı görünmür. Böhran prezidentin və hakim partiyanın reytinqini əritməyə başlayıb. Milli valyutanın dəyərini itirməsi ölkədə inflyasiyanı tətikləyir, yüksək inflyasiya zəruri istehlak mallarının qiymətini sürətlə bahalaşdırır, bahalaşma isə ilk növbədə alt gəlir qruplarını “vurur.” Türkiyəni tanıyanlar bilir ki, Ədalət və İnkişaf Partiyasının, prezident Ərdoğanın əsas sosial bazası alt gəlir qruplarıdır. Orta təbəqənin əksəriyyətini təşkil edən laik, atatürkçü, kamalist əhali qrupları əsasən CHP-nin elektoral kütləsidir. Sadə dildə desək, indiyədək yoxsullar əksəriyyət etibarilə AKP-yə və Ərdoğana, nisbi zənginlər və laik-sekulyar elitlər isə əksəriyyət etibarilə CHP-yə səs verib. Ölkədə demokratik seçki institutu hələ qalır, çox yaxın gələcəkdə – ən uzağı 2023-cü ilin yayında növbəti prezident və parlament seçkiləri keçiriləcək. Belə bir dövrdə prezident Ərdoğan əhalini daha da yoxsullaşdıracaq, öz sosial bazasını daraldacaq siyasət yeridilməsində maraqlı ola bilərmi? Bu, tənqidə dözümsüz fikirdir. Sadəcə olaraq, Türkiyədə hökumət tərəfdarları mövcud böhranlı vəziyyətə hansısa əsaslandırma gətirmək məcburiyyətində olduqları üçün belə bir teoriya fikirləşib ortaya atıblar ki, TL-nin ucuzlaşması ixracı stimullaşdırır, bu isə son nəticədə xarici ticarət kəsirinin aradan qalxmasına və yeni iş yerlərinin yaranmasına gətirib çıxaracaq, ona görə də camaat səbirli olmalıdır. Xalqa “Rəisin bir bildiyi vardır” fikri aşılanır. Bu, məntiqli və əsaslı düşüncə deyil, çünki Türkiyə xammal və “ara malı” (komponentlər) idxal edən ölkədir, ixracın artması idxalın da artmasını şərtləndirir. Yəni ixracdan qazanılan pulun önəmli qismi yenə idxala sərf olunub, ölkədən çıxacaq. Digər tərəfdən,TL-nin ucuzlaşması nəticəsində əməyin də ucuzlaşması baş verir, əhali yoxsullaşır, alıcılıq qabiliyyəti düşür, bütün bunlar isə daxili istehlakı azaldır. Daxili istehlak yüksəlmədən iqtisadi canlanma necə yaranacaq?
“Obıvatel” səviyyəsində geniş yayılan düşüncələrdən biri də budur ki, filan dövlət və ya dövlətlər qrupu filan dövləti sevmədiyi üçün onun inkişafını əngəlləyir. Anlamaq lazımdır ki, beynəlxalq münasibətlər sevgi-nifrət hissləri ilə deyil, konkret maraqlar əsasında qurulur. Kimsə digərini sevmək, onun inkişafına dəstək vermək zorunda deyil, hər kəs ilk növbədə öz maraqlarını güdür, bu maraqları təmin etməyə çalışır, hətta həmin maraqları həyata keçirmək prosesində başqalarının maraqlarını da tapdalayır. Bu, keçmişdən bugünə beynəlxalq münasibətlərin xarakteridir. Bu baxımdan ABŞ-ın Türkiyənin maraqları əleyhinə addımları, qərarları da var, Türkiyənin də öz növbəsində ABŞ-ın maraqları ziddinə addımları var, bu, anormal bir durum deyil, dövlətlər arasında hər zaman olub və olacaq.
Tam müstəqil siyasətə gəldikdə isə bugünkü dünyada buna misal kimi yəqin ki, ancaq Şimali Koreyanı göstərmək olar. Qarşılıqlı xarici ticarət əlaqələri quran, dünya maliyyə sisteminə bu və ya digər şəkildə inteqrasiya olunan, inteqrativ birliklərdə təmsil edilən dövlətlər tam müstəqil ola bilməz. Türkiyə özü könüllü şəkildə NATO-ya qoşulub və hazırda ölkədə heç bir ciddi siyasi qüvvə, o cümlədən Ərdoğan hökuməti ABŞ liderliyindəki bu ittifaqdan ayrılmaq hədəfi ilə çıxış etmir, belə bir mövzu Türkiyə gündəmində yoxdur. Avrasiyaçı çevrələr, o cümlədən Doğu Perinçekin 0,2% səsi olan Vətən Partiyası zaman-zaman bu mövzunu aktuallaşdırsalar da, sistem partiyalarının heç biri, eləcə də əhalinin əksəriyyəti bu ideyanı dəstəkləmir. Türkiyə Avropa Birliyinə namizəd ölkədir və münasibətlərdəki problemlərə baxmayaraq, prezident Ərdoğan hər dəfə birmənalı vurğulayır ki, məqsəd AB-yə tamhüquqlu üzvlükdür. Türkiyə İkinci Dünya müharibəsindən bəri Qərblə siyasi, iqtisadi, hərbi, akademik sahələrdə ardıcıl inteqrasiyaya gedib və bu proses indi də davam edir. Şimali Koreya tipli tam müstəqillik Türkiyəyə lazımdırmı? Təbii ki, yox.
Müəllif: Şahin Cəfərli
Paylaş:
Müəllif : Fuad
Tarix:26-11-2021, 09:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər