Nağd dollar alanların TƏLAŞI... - NƏ BAŞ VERİR?
Noyabrda hərraclarda dollar satışı kəskin artıb.
Mərkəzi Bankın məlumatına görə, 2021-ci ilin noyabr ayında Mərkəzi Bankda keçirilmiş 9 valyuta hərracında 853,9 milyon dollar məbləğində valyuta satılıb. Bu məbləğ noyabrdakı tələblərin cəminə bərabərdir. Hərraclarda tələb tam təmin edilir.
Azərbaycan Respublikası Dövlət Neft Fondu, 2021-ci ilin oktyabr ayı ərzində 539,9 milyon ABŞ dolları məbləğində vəsait satıldığını açıqlamışdı. Beləliklə, oktyabr ayı ilə müqayisədə noyabr ayında valyuta satışı 314 milyon dollar və ya 58,2% artıb. Noyabr ayında 9 valyuta hərracı keçirilib. Ayın sonunda əvvəlinə nisbətən valyuta hərraclarında dollara tələb artıb və təmin edilib.
Dollara yenidən marağın yaranmasına səbəb nədir? Devalvasiya narahatlığı insanları dollar almağa vadar edir?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan hüquqşünas, iqtisadçı-ekspert Əkrəm Həsənov devalvasiyaya səbəb olmadığını deyib və bildirib ki, dollara tələbin artmasının öz səbəbləri var:
“Bunun bir neçə səbəbi var. Əsasən, dollar alanlar əhali yox, sahibkarlardır. Adətən, xaricdən alınan malların ödəniş vaxtı, xarici borcların bağlanması, ilin sonunda müəyyən öhdəlikləri bağlamaq məsələsi var. Hesab edirəm ki, əsas səbəb budur. İkinci səbəb isə son aylarda əhali arasında yayılan devalvasiya xəbərləridir. Sanki əhalini dolayı yolla buna vadar edirlər. Əlbəttə, devalvasiyanın olub- olmamasını heç kim dəqiq deyə bilməz. Azərbaycan valyutasının məzənnəsini bazar yox, Mərkəzi Bankın inzibati qərarı müəyyən edir. Buna görə də biz Mərkəzi Bankın nə edəcəyini heç vaxt bilə bilmərik. Amma devalvasiya üçün hazırda makroiqtisadi əsas yoxdur. Düzdür, dünyada və ölkədə qiymət artımı var, eyni zamanda, Türkiyədə lirə ucuzlaşıb. Amma Azərbaycanda manat o vaxt ucuzlaşır ki, dünyada neftin qiyməti kəskin düşsün. Bu, hələlik müşahidə edilmir. Neftin qiyməti son iki gündə bir az düşsə də, dollara marağın artmasına təsiri yoxdur. Çünki dollara maraq bu iki gündə yox, son ayda baş verib”.
Ekspert hesab edir ki, devalvasiyaya əsas yoxdur, buna baxmayaraq, əhali arasında söz-söhbət var:
“Bu da kiməsə təsir edir və o da ən son puluna dollar alır ki, bu da statistikaya təsir edir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-12-2021, 08:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər