“Maaş artımları inflyasiyanı tətikləyəcək” - Ekspert vaxt itirmədən tədbirlər görməyə çağırır
."Yəqin yaxın 10-12 gün ərzində mərhələli şəkildə müxtəlif sahələrdə çalışanların əmək haqlarının qalxması haqda cənab Prezident tərəfindən fərmanlar imzalanacaq. Dünən müəllimlərdən başlanılmaqla buna start verildi. Qeyd edildiyi kimi 20+ % artım təsirləri fevraldan sonra hiss edilməyə başlayacaq".
"AzPolitika.info" xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib. O, qeyd edib ki, "təsir" dedikdə artımların sosial vəziyyətə yan təsirlərini nəzərdə tutur: "Son 4-5 ayda müşahidə edilən inflyasiyanın ciddi artım templəri Mərkəzi Bankın uçot dərəcəsini artırması fonunda və "doymuş inflyasiya" effektinin nəticəsi olaraq nisbətən artım tempi azalıb. Lakin əmək haqlarının əksər sahələrdə qaldırılması fevraldan başlayaraq inflyasıyanın artım tempinə yenidən tətikləyici təsir göstərəcək. Gəlirlərin artması, iqtisadi aktivliyə öz təsirini göstərəcək, bu da istehlak səviyyəsinin, eləcə də qiymətlərin artımına səbəb olan ciddi faktor olacaq".
İqtisadçının sözlərinə görə, istehlak mallarında olan artım xidmət və digər sahələrdə də qiymət artımına gətirib çıxaracaq. "Məsələn, bərbər rəsmi əmək haqqı almadığı üçün özü öz xidmət haqqını 20% qaldırmaqla "sosial ədaləti"ni bərpa etməyə çalışacaq. Eləcə də əksər digər sahələrdə təxmini 20%-lik artımlar müşahidə ediləcək. Amma elə sahələr var ki, həmin sahələri fərman əhatə edə bilməz, ya da onlar özləri bərbərlər və ya dərzilər kimi öz əmək haqlarını dəyərləndirmək ixtiyarında olmurlar. Məhz maaş artımları zamanı yaranan iki əsas problemdən biri də budur", - ekspert vurğulayıb.
E.Əmirovun sözlərinə görə, ikinci və daha ciddi problem isə fevraldan başlayaraq sürətlənə biləcək inflyasiya tempi ola bilər: "Düzdür, gəlirlərin artması istehlak həcminin artmasına və qiymət artımına gətirib çıxaran təbii iqtisadi qanundur. Amma təcrübə onu göstərir ki, ölkəmizdə belə hallarda qiymətlər iqtisadi qanunauyğunluğun səbəb olduğundan daha çox artır. Bunun da əsas səbəbi inhisarçı subyektlərin "qiymət diktəetmə" texnologiyasıdır. Rəqabət Məcəlləsinin 15 ildir ki, müzakirə mərhələsində qalması və qanun kimi qəbul edilməməsi belə məqamlarda qiymətlərin daha kəskin artırılmasının əsas səbəblərindən biridir. Bu isə son nəticədə təkcə sadə vətəndaşa deyil, ölkənin iqtisadi inkişaf tempinə ən pis zərbələrdən birini vurur. Buna görə də fevralda artım dalğasının olmaması üçün vaxt itirmədən bu gündən başlayaraq, preventiv tədbirlərə başlanılmalıdır".
Paylaş:
Müəllif : Fuad
Tarix:19-12-2021, 11:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər