reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Azərbaycanda kəndlidən 70 qəpiyə alınan “ağ qızıl” xaricə 5 dəfə baha satılır – SON QİYMƏTLƏR

reklam

Azərbaycanda kəndlidən 70 qəpiyə alınan “ağ qızıl” xaricə 5 dəfə baha satılır – SON QİYMƏTLƏR















                                                           Dünya bazarlarında “ağ qızıl”ın - pambığın qiymətində kəskin şəkildə bahalaşma müşahidə olunur. 

Yeniavaz.com xəbər verir ki, hazırda dünyanın aparıcı pambıq satışı bazarlarında bir kiloqram pambığın satış qiyməti 2,36 dollara (4 manat) bərabərdir.

Qeyd edək ki, noyabr ayında pambığın orta satış qiyməti 2,79 dollar (4,7 manat) olub və ilin əvvəlindən ötən 10 ay ərzində qiymət 44% bahalanıb. Belə ki, bu ilin əvvəlində pambığın orta satış qiyməti 1,92 dollar (3,3 manat) olub. 

Məlumat üçün bildirək ki, pambığın qiyməti son 10 ildə ən yüksək səviyyəyə yüksəlib.











Onu da qeyd edək ki, bu ilin ilk 10 ayında Azərbaycan xarici ölkələrə 163 milyon 92,8 min dollar dəyərində 104 min 718,8 ton pambıq lifi ixrac edib. 

Bu ilin noyabr ayında isə 11 milyon 607,6 min dollar dəyərində 5 min 993 ton pambıq lifi satılıb. Rəqəmlərdən də göründüyü kimi noyabr ayında ixrac edilən pambığın bir kiloqramının orta gömrük dəyəri 1,94 dollar (3,3 manat) olub. Bu ilin yanvar ayında xaricə satılan pambığın bir kiloqramının orta gömrük dəyərinin 1,37 dollar (2,3 manat) olduğunu nəzərə alsaq, o zaman son 10 ayda ixrac olunan pambığın dəyəri də dünya bazarındakı qiymətlərlə eyni səviyyədə - 44% artıb.

“Ağ qızıl”ın qiymətindəki bu cür artıma baxmayaraq Azərbaycanda pambığın hər kiloqramı yerli istehsalçılardan cəmi 0,4 dollara (0,7 manat) alınır. Bu il hər kiloqrama görə artım cəmi 5 qəpik və ya 7,7% olub. 

Göründüyü kimi, dünya bazarlarında pambığın qiyməti 44% bahalansa da, kəndlidən ixrac qiymətindən 5 dəfə ucuz alınan pambığın qiyməti cəmi 8% artıb. 

Sonda onu da qeyd edək ki, bu il Azərbaycanda sahələrdən 271,8 min ton pambıq yığılıb. Pambıq yığımı ötən illə müqayisədə 17,2% və ya 56,4 min ton azalıb.

Ötən il məhsuldarlıq hər hektarda 32,9 sentner olsa da, bu il 27,4 sentner olub.

Onu da bildirək ki, 2017-ci ildə Azərbaycan Prezidenti “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Dövlət Proqramının 6.3-cü bəndində qeyd olunur ki, Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalı 500 min ton təşkil edəcəkdir.

Bu isə o deməkdir ki, Dövlət Proqramının icrasını təmin edə bilmək üçün 2022-ci ildə pambıq istehsalı təxminən 2 dəfə artırılmalıdır.




Paylaş:


Müəllif : Tarix:
20-12-2021, 15:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər