reklam
Regionxeberlericom.az » İqtisadiyyat » “İnflyasiya bu cür davam edərsə...” - NƏ ETMƏLİ?

reklam

“İnflyasiya bu cür davam edərsə...” - NƏ ETMƏLİ?













Dünyada ərzaq məhsullarının bahalaşması prosesi davam edir. Səbəb kimi koronavirus pandemiyası göstərilir. BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına görə, dünya bazarlarında ərzaq məhsullarının qiymətləri onillik maksimuma çatıb.

Dünyada bahalaşan məhsullardan biri taxıl olub. Bahalaşma Kanada, Rusiya və ABŞ da daxil olmaqla, əsas ixracatçı ölkələrdə aşağı məhsuldarlıq nəticəsində ehtiyatların azalması fonunda baş verib. Bundan başqa, qiymət artımına bir neçə iri ixracatçı ölkədə məhsul növlərinin pisləşməsi də səbəb olub.

Ekspertlər 2022-ci ildə də qiymətlərdəki artımın səngiməyəcəyini proqnozlaşdırır. Təhlilçilər tərəfindən bildirilir ki, son illər ərzində pandemiyadan başqa anomal hava şəraiti, artan istehlak inflyasiyası, enerji və əmək böhranı ilə qidalanan qlobal ərzaq dəyərləri üzərində təzyiqin yüksəlməsi qiymətlərə də təsir edib. Pandemiya ilə bağlı proseslər enerji bazarında, neft və qazın qiymətində də özünü göstərir.

Azərbaycan qlobal iqtisadiyyata inteqrasiya etmiş ölkədir. Qlobal iqtisadiyyatda gedən proseslər təbii olaraq ölkəmizə də öz təsirini göstərir. Elə məhsullar var ki, Azərbaycanda istehsal olunmadığından idxaldan asılıdır.

2021-ci ilin yanvar-noyabr aylarında ölkəmizdə 80 milyard 688,2 milyon manatlıq ümumi daxili məhsul istehsal (ÜDM) edilib. Bu, təxminən 47 milyard 463,6 milyon dollar edir və müvafiq dövr ərzində 10 milyard 409,9 dollarlıq məhsul idxal etdiyimizi nəzərə alsaq, ümumi idxal ÜDM-in 22 faizini təşkil edir.

Ekspertlər bildirirlər ki, dünya bazarında xammalın və hazır məhsulun çatdırılma xərclərinin artması, eləcə də Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın yüksəlməsi idxal qiymətlərinə təsir edir.

Son iki ildə taxılın qiymətinin 50 faizə qədər artması Azərbaycanın cari məhsul üzrə idxal həcminə təsir edib. Bu il 1 017 503 ton həcmində (17 faiz az) buğda idxal edilib. 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə Azərbaycanın idxal etdiyi buğdanın 1 tonu üçün sərf edilən vəsait kəskin artıb. DİA.AZ-ın məlumatına görə, “Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, hökumətin gələn il üçün əsas hədəfi kəskin inflyasiya prosesinin qarşısını almaqdır:

“Bu ona görə lazımdı ki, əhalinin maaşlarının qaldırılması real gəlirə, artıma çevrilsin. Yəni bəri başdan inflyasiya həmin artımı yeyib bitirməsin. Dünyada da ərzaq məhsullarının qiyməti sürətlə artır. Bu, bizdə də idxal məhsullarının qiymətinə təsir göstərir. Ancaq bizim daxildən qaynaqlanan, inflyasiyanı artıran səbəblər də var. Bu, həm də dövlət tərəfindən dizelin, benzinin, kommunal xərclərin artırılması ilə bağlıdır. Bunlar da maya dəyərinə təsir göstərir və qiymətlərin artımına səbəb olur. Eyni zamanda rəqabətsizlik mühitinin olması da qiymət artımına səbəb olan hallardan biridir. Əsasən də idxalçılar arasında rəqabət mühiti zəifdir, böyük oyunçular həddindən artıq çoxdur. Onlar qiyməti diktə etmək imkanına malikdirlər. Ərzaq inflyasiyasının qarşısının alınması gələn il hökumətin əsas vəzifəsi olmalıdır. Bu il artıq ərzaq inflyasiyası 15 faizə qalxıb. Qeyri-rəsmi artım, rəqəmlər daha yüksəkdir. Maaşların 20 faiz artırılması nəzərdə tutulur. Əgər bu cür davam edərsə, inflyasiya həmin artımı bəri başdan aparacaq”.




Paylaş:


Müəllif : Tarix:
30-12-2021, 08:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər