Dövlət Xidməti un istehsalçılarının topdansatış məntəqələri, satış qiyməti və iş vaxtını açıqladı
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un istehsalçılarının topdansatış məntəqələri, satış qiyməti və iş vaxtını açıqlayıb.
Xidmət məntəqələrin siyahısını təqdim edib: https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/un-topdansatish.
Bildirilib ki, qeyd edilən topdansatış məntəqələrində hazırda unun 50 kq-lıq kisələrdə topdansatış qiyməti 35,2-35,9 manat təşkil edir. İstehsalçılar topdansatış məntəqələrində biznes subyektlərinə unun göstərilən qiymətə satılmasını təmin edəcəklər: "Məlumatlar mütəmadi olaraq yenilənəcək. Bununla yanaşı, un istehsalçılarına məxsus olmayan digər satış məntəqələrində qiymətlər təchizat zəncirinin xüsusiyyətləri (nəqliyyat xərcləri, ticarət əlavələri və s.) nəzərə alınmaqla formalaşır. Bir daha bildiririk ki, unun satışı üzrə satış məntəqələrində antiinhisar qanunvericiliyinə riayət olunmasına dair Dövlət Xidməti tərəfindən ciddi nəzarət tədbirləri davam etdirilir".
Qeyd olunur ki, istehlakçılar və sahibkarlar un və çörək bazarında qiymət manipulasiyası halları ilə rastlaşdıqda, həmçinin, əlaqəli məlumat almaq məqsədi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər: əlaqə telefonu: (+99412)-599-76-00".
Paylaş:
Müəllif : Fuad
Tarix:6-01-2022, 19:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər