ÇİN DÜNYANIN ƏRZAĞINI ALIR... - Qlobal aclıq olacaq?
Pekinin nəhəng həcmlərdə ərzaq tədarükü heyrətlə qarşılanır
Bəs Azərbaycanın ehtiyatları nə qədərdir?
Dünyanın ikinci böyük iqtisadiyyatına malik Çin dünyanı ərzaq çatışmazlığı ilə üz-üzə qoymaqdadır. Bu ölkənin son illərdə nümayiş etdirdiyi davranış dünyada böyük heyrətlə qarşılanır. Belə ki, Pekin nəhəng həcmlərdə ərzaq ehtiyatı yaradır. İlkin mərhələdə bu proses barədə məlumat beynəlxalq mətbuatda yayılanda Çinin koronavirus pandemiyasına görə belə etdiyi qeyd olunurdu. Lakin sonradan açıqlanan məlumatlardan aydın oldu ki, Çinin sürətlə anbarlarını ərzaqla doldurması pandemiyadan bir neçə il əvvəldən başlayıb.
Son illərdə sürətlə ərzaq stoklayan Çində dünya əhalisinin 20 faizi yaşayır. Son 10 ildə bu ölkənin ərzaq ehtiyatlarının həcmi qlobal ehtiyatların 40 faizindən 50 faizinə yüksəlib. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən 2022-ci ilin birinci yarısında dünya qarğıdalı ehtiyatlarının 69 faizi, düyü ehtiyatlarının 60 faizi, buğda ehtiyatlarının 51 faizi Çinin anbarlarında olacaq.
Çin Strateji Ərzaq Ehtiyatları Milli İdarəsinin taxıl şöbəsinin rəhbəri Tsin Yuyuan bildirib ki, ölkəsi öz ərzaq ehtiyatlarını “tarixi yüksək səviyyədə” saxlayır: “Bizim buğda ehtiyatlarımız ölkəmizin ilyarımlıq ehtiyaclarını qarşılayacaq həcmdədir. Ərzaq çatdırılması ilə bağlı heç bir problemimiz yoxdur”.
Çinin Baş Gömrük İdarəsinin məlumatına əsasən, 2020-ci ildə ölkə xaricdən ərzaq məhsulları (içkilər xaricində) almağa on il əvvəlkindən 4,6 dəfə çox - 98,1 milyard dollar sərf edib. 2021-ci ilin yanvar-sentyabrında ölkə 2016-cı ildən bəri özündə olandan daha çox həcmdə ərzaq idxal edib. Son 5 ildə Çinin soya, qarğıdalı və buğda idxalı 2-12 dəfə artıb. Ölkə bu məhsulları əsasən ABŞ, Braziliya və digər istehsalçılardan alır. Mal, donuz əti, süd məhsulları və meyvə idxalı isə 2-5 dəfə artıb.
Maraqlıdır ki, Çin yalnız hazır məhsulları deyil, onların böyük istehsalçılarını da alır. Məsələn, ölkənin ən böyük ət emalı şirkəti olan "WH Group" 2021-ci ilin iyununda Avropadakı iş ortağını satın alıb. Çinin süd məhsulları nəhəngi "Yili Industrial" isə 2019-cu ildə Yeni Zelandiyanın aparıcı süd məhsulları istehsalçısını əldə edə bilib.
BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının hesablamalarına əsasən, 2021-ci ilin dekabrında dünyada ərzaq qiymətləri indeksi 4 aylıq artımdan sonra cüzi də olsa azalma nümayiş etdirib. Təşkilatın hazırladığı qlobal ərzaq indeksində dekabrda noyabra nisbətən 0,9 faizlik azalaraq 133,7 bəndə düşsə də, 2020-ci ilin dekabrı ilə müqayisədə 23,1 faiz yüksək olub. 2021-ci ilin yekununda ümumi indeks 125,7 bənd təşkil etməklə 2020-ci ilə nisbətən 28,1 faiz yüksək olub.
FAO-nun baş iqtisadçısı Əbdülrza Abbasian bildirib ki, ərzaq bazarında stabilləşmə ən azı 2022-ci ilin sonunadək gözlənilən deyil: “Normal şərtlər daxilində yüksək qiymətlər istehsalın artmasını stimullaşdırır. Lakin resurs qiymətlərinin bahalaşması, pandemiyanın davam etməsi və getdikcə daha proqnozagəlməz olan hava şərtləri 2022-ci il ərzində ərzaq bazarında sabitləşməyə ümid etməyə imkan vermir”.
Arxada qalan dekabrda qlobal taxıl qiymətləri noyabra nəzərən 0,6 faiz azalıb. Buna Cənub yarımkürəsində yığımın başa çatması nəticəsində bazara təklifin artması və buğdanın ixrac kotirovkalarının azalması səbəb olub. 2021-ci ilin yekununda taxıl qiymət indeksi 2012-ci ildən bəri ən yüksək həddə çataraq 2020-ci ildəkindən 27,2 faiz çox olub. O cümlədən qarğıdalının qiyməti 44,1 faiz, buğdanın qiyməti 31,3 faiz artıb, düyünün qiyməti isə 4 faiz azalıb.
Dekabrda bitki yağları indeksi 3,3 faiz aşağı düşüb. Buna pandemiyanın yenidən kəskinləşməsi fonunda palma və günəbaxan yağlarına olan tələbin azalması gətirib çıxarıb. Amm illik ifadədə bitki yağları 2021-ci ilin yekununda 2020-ci ilə nisbətən 65,8 faiz bahalaşıb.
2021-ci ilin son ayında dünyada şəkərin qiymət indeksi 3,1 faiz azalıb, lakin illik bahalaşma 29,8 faiz təşkil edib.
Ət qiymətləri indeksi isə dekabrda dəyişməz qalsa da, illik ifadədə 12,7 faiz artıb.
Dekabrda yalnız süd məhsulları indeksində artım qeydə alınıb - noyabrla müqayisədə 1,8 faiz. Bunun da əsas səbəbi Avropa və Okeaniyada istehsalın azalması nəticəsində quru süd və kərə yağı qiymətlərinin bahalaşmasıdır. Ümumilikdə ötən il ərzində süd məhsulları 2020-ci ildəkindən 16,9 faiz yüksək olub.
FAO-nun hesablamalarına əsasən 2022-ci ildə əkin sahələrinin genişlənməsi nəticəsində qlobal şəkər və taxıl ehtiyatlarında artım baş verəcək.
Yalnız ABŞ Kənd Təsərrüfatı Nazirliyi deyil, bir çox ölkələrin analitikləri də hesab edirlər ki, qlobal ərzaq qiymətlərini bahalaşdıran əsas amil Çinin ehtiyacından daha artıq məhsul almasıdır. Yaponiyalı iqtisadçı Akio Sibatanın fikrincə, Çində ərzaq toplanması bahalaşmanın əsas səbəblərindən biridir. Onun sözlərinə görə, qlobal ərzaq inflyasiyası 4 aylıq davamlı artımdan sonra 2021-ci ilin dekabrında 2011-ci ildən bəri ən yüksək həddə çatıb.
Ötən ilin noyabrında Çin Ticarət Nazirliyinin əyalət rəhbərləri və əhaliyə müraciət edərək mümkün olan qədər çox ərzaq ehtiyatı yaratmağı tövsiyə edib. Bu tövsiyənin ölkədə pandemiyanın yeni və daha kəskin dalğasının qarşısının alınması üçün tətbiq ediləcək qapanmalara hazırlıq məqsədi daşıdığı açıqlansa da, əhali arasında ciddi təşvişə səbəb olmuşdu. İnsanlar ərzaq böhranı və aclıq olacağını düşünərək mağazalara axışmışdılar. Yalnız Çin cəmiyyətində deyil, nazirliyin bu tövsiyəsi bütün dünyada böyük aclığın yaxınlaşması barədə gözləntilər yaratdı.
Ötən ilin sonlarında isə Çin prezidenti Si Tszinpin bəyan etdi ki, ölkəsi ərzaq təhlükəsizliyini təmin etməyə böyük önəm verdiyinə görə anbarlarını daim dolu saxlayır.
Çinin qlobal həcmdə ərzaq stoklamasının səbəbləri dünya mediasında ciddi şəkildə müzakirə olunur. Bir çox anailitiklər bunun Çinin özündə istehsalın kəskin azalması ilə bağlı olduğunu bildirirlər. Yaponiyanın Aichi Universitetinin professoru, Çinin kənd təsərrüfatı üzrə mütəxəssis Horo Takaşahi bildirir ki, Çinin getdikcə daha çox taxıl və digər ərzaq məhsulları alması ölkənin daxili istehsalının azalmasından qaynaqlanır: “Çində ətraf mühitin çirklənməsi, əkinlərin dağınıqlığı üzündən kənd təsərrüfatı istehsalında məhsuldarlıq ildən-ilə aşağı düşür. Bundan əlavə, fermerlərin sürətlə böyük şəhərlərə köçməsi də Çində kənd təsərrüfatı istehsalını azaldır”.
Çinin ərzaq arxasınca Avropa və ABŞ bazarlarına üz tutmasının daha bir səbəbi kimi ölkə rəhbərliyinin Avstraliya ilə münasibətlərdə yol verdiyi səhvlər göstərilir. Pekin 2020-ci ildə koronavirusun Çinin səhvi üzündən dünyaya yayılmasına dair bəyanata imza atan Avstraliya dövləti rəhbərliyini cəzalandırmaq üçün bu ölkədən bütün növ məhsulların idxalını minimuma endirib. Nəticədə, Çin özünün ən böyük daş kömür, taxıl, ət, soya təchizatçısını itirib. Bu məhsulların digər bazarlardan alınması həm Çin büdcəsinə baha başa gəlib, həm də həmin bazarlarda qiymətlərin yüksəlməsini şərtləndirib.
Bəzi iddialara görə, Çin rəhbərliyinin ölkədə 1,5-2 illik ehtiyatlar yaratmaq istəyinin arxasında gözlənilən qlobal böhran zamanı qida çatışmazlığı yaşanmasının qarşısını almaq məqsədi dayanır. Belə ki, Çin tarixində hakimiyyət dəyişikliklərinin böyük əksəriyyəti məhz ərzaq böhranlarının səbəb olduğu üsyanlar nəticəsində baş verib. Hazırkı hakimiyyətin də məhz bu tarixi təcrübəni nəzərə alaraq anbarlarını mümkün olan qədər dolu saxlamağa çalışdığı bildirilir.
Hansı səbəblə olsa belə, Çinin qlobal bazarda ərzaqları özünə çəkməsi digər dövlətlər üçün ciddi çətinliklər yarada bilər. Bu çətinliklərin ilkin əlamətləri Azərbaycanda da hiss olunmaqdadır: yanvarın ilk günlərindən ölkədə un və çörəyin qiyməti 30 faizədək artıb.
Çox təəssüflər olsun ki, hökumət ölkədəki buğda və digər ərzaq ehtiyatlarının həcmini açıqlamır. Amma statistik rəqəmlərin müqayisəsi əsasında deyə bilərik ki, Azərbaycan 2022-ci ilə əvvəlki illə müqayisədə daha az buğda ehtiyatı ilə keçib. Gömrük statistikasına əsasən 2021-ci ilin 11 ayında xaricdən 1 milyon 17 min 503.94 ton buğda gətirilib. 2020-ci ilin eyni dövründə isə 1 milyon 225 min 585.85 ton buğda alınmışdı. Yəni idxalımızda ciddi azalma var, halbuki istehsalımız elə 2020-ci ildəki qədər olub. Bu isə ölkənin 2022-ci ilə daha az ehtiyatla daxil olduğu deməkdir. Belə ki, 2021-ci ilə ölkəmiz 864 min ton buğda ilə daxil olub. 2020-ci ildə ərzaq məhsullarının istehsalına 2 milyon 533 min 932 ton buğda sərf olunub ki, bunun da 2 milyon 467 min 332 tonu un və yarma istehsalına yönləndirilib. Ölkə üzrə bütün növ yarmaların istehsalı 11 min 459 ton təşkil etdiyinə görə deyə bilərik ki, buğda yarmasının istehsalına çox cüzi həcm sərf olunub. İl ərzində 1 milyon 855 min 293 ton un istehsal olunub. Bu həcmin 1 milyon 26 min 670 tonu çörək və sair un məhsullarının istehsalına, 841 min 465 tonu ərzaq məhsulu olaraq, 28 min 224 tonu mal-qara və quş yemi kimi istifadə edilib. Daha 483 min 638 tonu qalıq olaraq 2021-ci ilə keçib.(musavat.com)
Paylaş:
Müəllif : Fuad
Tarix:11-01-2022, 10:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər