İpoteka kreditləri almaq istəyənlər üçün ŞAD XƏBƏR
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi cari ilin yanvar ayının 13-də 2 milyard manatı keçib.
Bu barədə İKZF-dan məlumat verilib.
Məlumata görə, 2006-cı ildən fəaliyyətə başlayan ipoteka kreditləşməsi mexanizmi çərçivəsində bugünədək 37 minə yaxın ailə mənzil təminatının yaxşılaşdırılmasına nail olunub.
Hazırda dövlətin əsas sosial prioritetlərindən biri olan mənzil təminatı mexanizmlərinin təkmilləşdirilməsi və əhali üçün əlçatanlığının artırılması Fondun qarşısına qoyduğu əsas məqsədlərdəndir.
İpoteka kreditləşməsi sisteminin fəaliyyət göstərdiyi son 15 il ərzində davamlı dövlət dəstəyi sayəsində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan əhali qrupları üçün effektiv və səmərəli maliyyələşmə mexanizmi formalaşdırılıb.
İpoteka kreditləri üzrə əlverişli faiz dərəcələrinin qorunub saxlanılması, dövlət qarşısında xüsusi xidmətləri olan şəxslər üçün güzəştli ipoteka proqramlarının tətbiqi bu mexanizmin sosial dövlət proqramı olaraq kifayət qədər uğur qazanmasına səbəb olmuşdur. Güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün davamlı olaraq dövlət büdcəsindən vəsaitlərin ayrılması təmin edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-01-2022, 11:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər