reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Ölkədə dollar ajiotajını kim yaradır? - Ekspertlər manata təhlükə görmür

reklam

Ölkədə dollar ajiotajını kim yaradır? - Ekspertlər manata təhlükə görmür

















Son zamanlar bankların artıq dollar satmaması ilə bağlı vətəndaşlar narazılıq edir. Həmçinin bəzi firmalar dolların bahalaşacağı proqnozunu əsas götürüb indidən əldə olan mallarının qiymətini qaldırıblar.

Bunun səbəbi nədir, banklar nəyi gözləyir? Niyə dolları satmaq istəmirlər? Qanunlar Bankın valyuta mübadiləsi etməməsinə imkan verirmi?

Məsələ ilə bağlı Bakupost.az-a iqtisadçı-ekspert Elşad Məmmədov bildirib ki, Azərbaycanda valyuta məzənnəsinin qeyri-sabitliyi üçün heç bir fundamental əsas yoxdur:



"Ölkənin suveren qızıl valyuta ehtiyatları ölkədəki pul bazasından dəfələrlə çoxdur. Eyni zamanda xarici ticarətdə mövcud olan vəziyyət onu deməyə əsas verir ki, ölkəyə xarici ticarətdən idxal-ixrac əməliyyatlarından daxil olan valyutanın həcmi, ölkədən çıxan valyutanın bu istiqamətlər üzrə həcmindən xeyli dərəcədə çoxdur. Belə olan halda Mərkəzi Bankın və hökumətin adekvat siyasəti çərçivəsində hansısa devalivasiya təhlükələrindən danışmaq düz deyil”.

Ekspert qeyd edib ki, hər bir dövlət valyuta məhdudiyyətlərindən istifadə edə bilər, valyuta satışında hansısa məhdudiyyətlər qoya bilər:

"Amma hesab edirəm ki, bu məhdudiyyətlər cari əməliyyatlara aid edilməməlidir. Yəni, idxalla bağlı olan valyuta alqı-satqısının qarşısı heç bir şəkildə alınmamalıdır. Eyni zamanda insanlar xaricə ezamiyəyə, müalicəyə gedirsə, onların bununla bağlı sənədi varsa, heç bir halda valyuta məhdudiyyətləri ola bilməz. Birdə unutmayaq ki, nə 500, nə 5000, nə 15 000, nə də 20 000 dollar almaqla ölkənin valyuta bazarına ciddi zərbə vurmaq mümkün deyil. Yəni, ölkənin valyuta bazarına təhlükə və zərbə milyonlarla dollar vəsaitin kapital qaçışı şəklində ölkədən çıxarılması vasitəsilə mümkün olur ki, bunun da qarşısını effektiv valyuta məhdudiyyətlərilə Mərkəzi Bank və hökumət rahatlıqla ala bilər. O ki qaldı firmaların narahatlığına ki, valyuta məzənnəsi dəyişilə bilər, bu xeyli dərəcədə 2015-ci ildə gözlənilmədən Mərkəzi Bank tərəfindən devalivasiyaların il ərzində iki dəfə edilməsi ilə bağlı idi. Ona görə də xüsusilə qeyd etmək istəyirəm ki, valyuta məzənnəsi uzunmüddətli perspektiv üçün ölkədə elan olanmalıdır və onun sabitliyi qorunmalıdır. Xüsusilə nəzərə aldıqda ki, Azərbaycanda fundamental amillər, valyutanın məzənnəsinin təmin edilməsinə şərait yaratmaqdadır. Hesab edirəm ki, Mərkəzi Bank yaxın 3 il müddətli valyuta məzənnəsini sabit şəkildə elan etməlidir və o valyuta məzənnəsini də qorumalıdır. Ona görə də düşünürəm ki, adekvat siyasət həyata keçirilərsə, milli valyutamız manatın sabitliyinə nə yaxın, nə orta müddətli perspektivdə real təhlükə yoxdur".

Eksperti Əkrəm Həsənov isə qeyd edib ki, bəzi banklarda artıq dolları çatmır və artıq problem var:



"Ümumilikdə məsələ belədir ki, qanunla bankların xarici valyuta satmaq vəzifəsi yoxdur. Valyuta əməliyyatları bank əməliyyatları növlərindən biridir və deyə bilər ki, məndə dollar yoxdur. Yaxud dollar, avro olmasın, tutalım mən Afrika ölkəsinin valyutasını bizim bankdan istəsəm deyəcəklər yoxdur. Yəni, bizdə istənilən ölkənin valyutasını satmaq vəzifəsi yoxdur. Bankların əsas vətəndaşlardan əmanət qəbuletmə, bank hesabı açma, pul köçürmə vəzifələri var ki, ondan banklar imtina edə bilməz. Bircə kredit verməkdən imtina edə bilər ki, sizin maliyyə vəziyyətiniz buna uyğun gəlməsin. Valyuta mübadiləsi əməliyyatları əsas bank əməliyyatları sırasında deyil”.

O, vurğulayıb ki, ölkədə banklar valyuta satmırsa, bu panikadır, ajiotajdır:

"Yəni, hamı dərhal fikirləşir ki, nəsə baş verir, milli valyuta üçün problem var. SSRİ-ni xatırlada bilərəm ki, orada xarici valyuta almaq olmurdu və biz də ora daxil idik. SSRİ-də xarici valyutanı əldə etmək cinayət idi. İndi o dövrdə deyilik. Normal bazar iqtisadiyyatı, hüquqi dövlət, demokratik cəmiyyətdə tələbat olan hər bir şeyi almaq mümkün olmalıdır. Bəli, qanunla banklar deyə bilər ki, mən dollar satmıram. Lakin bizə deyilir ki, hər şey qaydasındadır, yəni ,milli valyutamız sabitdir, Mərkəzi Bank ötən il dedi ki, heç bir təhlükə yoxdur. Əgər təhlükə yoxdursa, niyə belə problem çıxmalıdır? Əvvəl biz gördük ki, banklarımız başlayıblar əhalidən 1,7 məzənnə ilə dollar almağa, yəni Mərkəzi Bank da banklara həmin məzənnə ilə dollar satır. Bu o deməkdir ki, Mərkəzi Bank banklara kifayət qədər dollar satmır. Yəni, bu birmənalı belədir".



Ə.Həsənovun fikrincə, Mərkəzi Bank bankların dollara olan tələbatını ödəmir:

"Mərkəzi Bank bunu etmirsə, deməli Mərkəzi Bank nədənsə çəkinir və çox dollar satışa çıxarmaq istəmir. Həmçinin bəzi banklarda dolları çatmır ki, onlar bu gün əhaliyə dollar satsınlar. Artıq problem var. Bank kommersiya müəssisəsidir. Onun işi-gücü alıb-satmaqdır. Əgər satmırsa, deməli valyuta yoxdur. Burada iki məqam var. Hamımız xatırlayırıq ki, 2015-ci ilin fevral və dekabr aylarında devalivasiya olub. O vaxt bir neçə həftə əvvəl dollar tapmaq olmurdu. Lakin o vaxtkı vəziyyətlə, indiki vəziyyət eyni deyil. Həmin vaxt neftin qiyməti aşağı idi. Amma indi neftin qiyməti kifayət qədər yüksəkdir. Niyə devalivasiya olsun ki? Yəni, hesab edirəm ki, devalivasiya üçün heç bir əsas yoxdur və böyük ehtimal da olmayacaq. O zaman sual olunur ki, bəs baş verənlər nədir? Burada ikinci variant var ki, kimlərsə qara bazara şərait yaradır. Bu məsələ çox təhlükəlidir. İki ildən çoxdur ki, Azərbaycanda bir il ərzində vətəndaşların dollar alışına 20 min manatlıq limit qoyulub. O zamandan da ölkədə qara bazar var. Harada ki, məhdudiyyət qoyuldusa orada demək qara bazar var. İndiki vəziyyət dollara ehtiyacı olan sahibkarları məcbur edir ki, qara bazara getsin. Orada da artıq təbii ki, dolları baha satırlar. Əgər bankların məzənnəsi 1,7025-dirsə qara bazarda daha çoxdur. Deməli, kimlərsə burada maraqlıdır. Bu məsələ artıq araşdırılmalıdır. Mərkəzi Bank deyir ki, banklara nə qədər dollar lazımdı satıram , buna baxmayaraq banklar əhalidən Mərkəzi Bankın məzənnəsi ilə dollar almağa başlayıblar. Deməli nəsə burada düzgün gəlmir. Eyni zamanda bankların əksəriyyəti dollar satmır, əgər satırsa da demək az satır. Bu da o deməkdir ki, dollar çatmır. Dediklərim mənim mülahizələrimdir, sadəcə məntiqlə deyirəm ki, vəziyyət belədir. Əgər belə deyilsə, o zaman desinlər başqa cürdür".



Paylaş:


Müəllif : Tarix:
18-01-2022, 13:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər