Adı var, özü yox qurum: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yaradılıbmı? - BU NƏDİ BELƏ?
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 11-də imzaladığı fərmana əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyi və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi yaradılıb. DİA.AZ xəbər verir ki, Bizim.Media-nın araşdırmasına görə, daha əvvəl də İnnovasiyalar Agentliyi fəaliyyət göstərib.
Lakin Rəqəmsal İnkişaf və İnnovasiyalar Agentliyi yaradıldıqdan sonra, İnnovasiyalar Agentliyi ləğv olunub.
Xatırladaq ki, yeni agentliklər yaradılarkən onların fəaliyyətində səmərəliliyin yüksək olacağı ilə bağlı gözləntilər böyük idi.
Ttəsadüfi deyil ki, Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyinin yaradıldığı zaman Bizim.Media-ya müsahibə verən İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz yeni agentliyin fəaliyyəti ilə bağlı gözləntilərinin nikbin olduğunu dilə gətirmişdi:
"İki-üç il ərzində öz fəaliyyətini qura bilməyən İnnovasiya Agentliyinin ləğv edilib, onun əsasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yaranması startap və innovasiya sektorundakı durğunluğu aradan qaldıra biləcək”.
Lakin agentliyin yaradılmasından 3 aydan çox müddət keçməsinə baxmayaraq, nə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi saytında, nə də ölkə mətbuatında onun fəaliyyəti ilə bağlı hər hansı informasiyaya rast gəlmədik.
Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr də təyin olunub. Belə ki, noyabrın 15-də Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev müşaviri Əhmədov Fərid Turab oğlu “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxsin sədri təyin edib.
Adı var, özü yox...
Nazirliyin rəsmi saytında Agentliklərin adı nazirliyin sturkturunda öz əksini tapıb və onların fəaliyyət istiqamətləri də qeyd olunub.
Lakin nə qeyd olunan, nə də digər istiqamətlərdə sözügedən agentliklərin fəaliyyətləri ilə bağlı hər hansı informasiya öz əksini tapmayıb. Bu səbəbdən də, nazirliyin mətbuat xidməti ilə əlaqə yaratmağa çalışdıq. Cəhdlərimizə baxmayaraq, mətbuat xidmətindən də hər hansı məlumat ala bilmədik.
Davam edən araşdırmalarımız nəticəsində, daha maraqlı bir nüans da ortaya çıxıb. Belə ki, 1992-1997-ci illərdə Rabitə naziri olmuş akademik Siruz Abasbəyli yanvarın 18-də özünün “facebook” hesabından yazdığı statusda Rəqəmsal İnkişaf və Nəqliyyat Agentliyində keçirilən iclasa qatıldığını və iclasda İnnovasiyalar Agentliyinin yaradılması məsələsinin 2022-ci il üçün fəaliyyət planına daxil edildiyini qeyd edib.
Təbii ki, bu açıqlama mövzu ilə bağlı daha bir sualı meydana çıxarıb:
Sərəncamın imzalanmasından 3 ay keçməsinə baxmayaraq, ümumiyyətlə, İnnovasiya və Rəqəmsal İnkişaf adlı agentlik yaradılıbmı?
Mövzunu diqqətdə saxlayacağıq.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-01-2022, 09:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər