Türkiyədə inflyasiya 50%-ə çatdı - Son 20 ilin rekordu...
Bu ilin yanvar ayında Türkiyədə istehlak məhsullarının qiyməti və xidmət tarifləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 48,69% bahalanıb.
Yeniavaz.com Türkiyə Statistika İdarəsinə istinadən bildirir ki, bu son 20 ildə qeydə alınan ən yüksək göstəricidir. İnflyasiya səviyyəsi sonuncu dəfə 2002-ci ilin aprel ayında bundan yüksək (52,7%) olub.
Ən yüksək bahalanma nəqliyyat xidmətlərində qeydə alınıb – 68,89%. Bundan başqa ötən ilin yanvar ayı ilə müqayisdə qida və içkilər 55,6%, ev əşyaları 54,5%, restoran və otellərdə xidmətlər 50,4% bahalanıb.
Ən az artım rabitə xidmətlərində qeydı alınıb. Rabitə tarifləri son bir ildə 10,8% artıb.
Onu da bildirək ki, hazırda Türkiyə dünyada inflyasiya səviyyəsinin ən yüksək olduğu ölkələrin ilk 10-luğunda yer alır.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-02-2022, 13:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB