Ölkədə qoçlardan qan nümunələri alınır
Cari ilin ilk günlərindən başlayaraq ölkə ərazisində olduğu kimi, Neftçala rayonunda da kənd təsərrüfatı heyvanları arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən verilən məlumata görə, cari ilin tədbirləri başlayandan indiyə kimi 12 sahə baytarlıq məntəqəsi vasitəsilə Neftçala Rayon Baytarlıq İdarəsi tərəfindən rayonun 48 kənd, 3 qəsəbə və 1 şəhərində saxlanılan 42 766 baş iribuynuzlu, 338 baş təkdırnaqlı heyvanda qarayara, 4765 baş iribuynuzlu heyvanda dabaq, 2848 baş sahibli itdə quduzluq, 435 880 baş körpə cücədə (“Las-sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.
Həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 888 baş iribuynuzlu heyvanlardan qan nümunəsi alınaraq bruselyoza görə seroloji müayinə edilib. Bununla yanaşı, 950 baş iribuynuzlu heyvan vərəmə və 146 baş təkdırnaqlı heyvan manqoya görə diaqnostik müayinələrə cəlb olunub. Eləcə də iribuynuzlu və xırdabuynuzlu heyvanlarda parazitlərə qarşı (işlənmə) baytarlıq-sanitariya tədbirləri aparılaraq 2100 kvadratmetr sahədə dezinfeksiya işi görülüb.
2019-cu ildə “quş qripi”nə görə keçirilən seromonitorinqlər zamanı rayonun ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından 36 baş ev quşunun qan nümunələri götürülərək Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib və nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkarlanmayıb.
Mart ayının ilk günlərindən isə Neftçala Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı tətbiq ediləcək vaksinin bölgüsü aparılaraq heyvanlar tətbiqinə başlanılıb. Artıq 3896 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparılıb. Ümumiyyətlə rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Hazırda peyvəndləmə tədbirləri davam etdirilir.
Ümumiyyətlə Neftçala rayonunun ərazisində 42 800 baş iribuynuzlu, 140 min baş xırdabuynuzlu, 700 baş təkdırnaqlı, 3 min baş it, və 500 min baş ev quşu mövcuddur.
Neftçala rayonunda bundan sonra isə ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz və epididimit xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan qan nümunələrinin alınması nəzərdə tutulub.
Qeyd edək ki, tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumatlar verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:13-03-2019, 15:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:13-03-2019, 15:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09