reklam
Regionxeberlericom.az » İqtisadiyyat » "50 min nəfərdən az kiçik rayonlar ləğv edilməlidir"- Ekspert

reklam

"50 min nəfərdən az kiçik rayonlar ləğv edilməlidir"- Ekspert
















Milli Məclisə Gəncə şəhərinin inzibati ərazi bölgüsündə dəyişiklik layihəsi daxil olub. Qanun layihəsi Nizami və Kəpəz rayonlarının ləğvini, onların inzibati ərazi dairələrinin Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsini nəzərdə tutur.

Novator.az-ın məlumatına görə, yenilik təklifinə münasibət bildirən iqtisadçı Rövşən Ağayev yazır ki, hökumətin iqtisadi rayonları inzibati ərazi vahidinə çevirmək niyyəti yoxdursa, heç olmasa əhalisi 50 min nəfərdən az kiçik rayonlar ləğv edilməlidir: “Məsələn, Naxçıvan Muxtar Respublikasında Şahbuz, Sədərək və Kəngərli rayonlarını ətraf rayonlara birləşdirmək olar – bu üç rayonun birlikdə əhalisi cəmi 74 min nəfərdir. Cəmi 17 min nəfər əhalisi olan Xızını, 35 min nəfər əhalisi olan Daşkəsəni də rayon statusunda saxlamaq iqtisadi baxımdan səmərəli deyil”.

Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, ölkədə 66 rayon, 14 şəhər rayonu, 79 şəhər, 262 qəsəbə, 4246 kənd var.

68 şəhər inzibati dairəsi, 190 qəsəbə inzibati dairəsi, 1724 kənd inzibati dairəsi, 40 sahə inzibati dairəsi yaradılıb.

Ərazi 1606 bələdiyyəyə bölünüb.

14 iqtisadi rayon var: Bakı, Naxçıvan, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur, Şirvan-Salyan




Paylaş:


Müəllif : Tarix:
10-02-2022, 13:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər