reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Azərbaycanın tikinti bazarında durğunluq təmir işlərinə ciddi təsir edib

reklam

Azərbaycanın tikinti bazarında durğunluq təmir işlərinə ciddi təsir edib


Dünyada tikinti materiallarına artan tələbat paralel olaraq onların qiymətlərini də sürətlə artırır. Bu isə təbiidir. Koronavirus (COVID-19) pandemiyası ilə bağlı tətbiq edilmiş məhdudiyyətlərin tədricən yumşaldılması ilə iqtisadiyyatın bir çox sahələri, o cümlədən tikinti sektoru canlanmağa başlayıb. Bu sahə iqtisadi artımın əsas drayverlərindən biri olduğu üçün qiymət artımının burada özünü göstərməsi normaldır.

Bununla belə, bahalaşma həm də dünyada yükdaşımaların qiymətinin artması və vaqon çatışmazlığı ilə bağlıdır. Materialın gətirildiyi ölkədən və növündən asılı olaraq avtomobil nəqliyyatı ilə logistika xərcləri 10-25%, dəmir yolu ilə 20-90% artıb. Şüşə üçün son qiymətdə daşınma dəyəri 10-20%, istilik izolyasiyası üçün - 20-30%, sement üçün 30-40%, qeyri-metal materialları üçün isə 50-90% təşkil edir.

İnşaat materiallarının qiymətinin qalxması həm ayrı-ayrı adamları, həm də konkret olaraq bu işə biznes kimi baxan şəxsləri ev təmiri işini yarımçıq qoymağa məcbur edib. Bəziləri bu hala müvəqqəti baxır, düşünürlər ki, qiymətlərdə enmə olacaq və onlar yarımçıq işlərinə davam edə biləcəklər. Amma ekspertlər bu cür optimist deyillər.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev “Report”a bildirib ki, tikinti materialların qiymətinin düşmə ehtimalı yoxdur. Çünki qiymətin düşməsi üçün hər hansısa bir səbəb olmalıdır:

“Məsələn, tikinti materiallarında Əlavə Dəyər Vergisi (ƏDV) aşağı salınsa, xarici ölkələrdən tikinti materiallarının idxalı zamanı gömrük rüsumu endirilsə, qiymətlərə təsir edər. Amma indiki reallıqla qiymətlərin aşağı düşməsi inandırıcı deyil. Əksinə, ola bilər ki, dünyadakı proseslərə görə, inşaat materiallarının qiyməti qalxsın.

Ekspert bildirib ki, tikintidə əsas istifadə olunan taxtadır ki, Rusiyadan gətirilir: "Onun qiyməti iki dəfədən çox qalxıb. Əvvəl kubu 230-240 manat olan taxtanı indi 500 manatdan aşağı tapmaq olmur.




Paylaş:


Müəllif : Tarix:
16-02-2022, 17:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər