Dövlətə 103 milyon ziyan vuran vəzifəli şəxslərə nəyə görə 82 min manat cərimə yazılıb?
Bir neçə gün əvvəl Maliyyə Nazirliyi 2021-ci ildə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 144 nəzarət obyektində aparılmış tədbirlər nəticəsində 103,6 milyon manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyinin aşkar edildiyi açıqlayıb.
Nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində protokollar tərtib edilib və 108 nəfər vəzifəli şəxsə 82 min manat məbləğində cərimələr tətbiq edilməklə dövlət büdcəsinə ödənilməsi təmin olunub. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 103,6 milyon artıq və əsassız ödəniş aşkarlanmasına baxmayaraq, 82 min manat cərimənin tətbiq edilməsi məsələsinə aydınlıq gətirilib.
Bildirilib ki, aşkar edilmiş artıq və əsassız ödənişlər barədə materiallar istintaq orqanlarına göndərildikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq istintaq prosedurları və dövlətə vurulmuş ziyanın bərpası istiqamətində tədbirlər həyata keçirilir.
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsinin təsiri dairəsinə düşən, yəni daha az məbləğdə xətaya yol vermiş şəxslərə münasibətdə isə müvafiq məbləğlərdə cərimələr tətbiq edilir. Bu, Maliyyə Nazirliyinin səlahiyyəti daxilində olduğundan tərəfimizdən tətbiq olunub”, - deyə məlumatda qeyd edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-02-2022, 10:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər