Azərbaycanın qaranlığa bürünməsindən 1 il sonra - Bu gün ölkə tam təhlükəsizdirmi?
Ötən ilin iyulunda qəzanın baş verdiyi Mingəçevirdəki "Azərbaycan" İstilik Elektrik Stansiyası prezidentin göstərişiylə yenidən qurulur. Bu stansiya ölkənin elektrik enerjisinə olan tələbatının 43 faizini təmin edir.
Bir il öncə iyulun 2-dən 3-nə keçən gecə "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş vermiş qəza sayəsində ölkənin yarıdan çoxu qaranlıqda qaldı.
Səhər saatlarında elektrik verilişi bərpa edilsə də, bir neçə saat sonra təkrar qəza ucbatından Bakıda və ölkənin bir çox yerində işıqlar yenidən kəsildi.Bu dəfə qəza iş gününün sonuna təsadüf etdiyindən rəsmi məlumata görə, 30 min sərnişin metro tunelində, bəzi sakinlər liftdə qalmalı oldu, əhali su problemi ilə üzləşdi. Və bütün bunlar qızmar iyul günlərində baş verirdi.
Bu qəzanın necə baş verməsinin təfərrüatları ictimaiyyətə hələ də açıqlanmır.
"Azərenerji" ASC ilkin açıqlamasında bunu havaların isti keçməsi, elektrik enerjisinə tələbatın 40 faiz artması ilə izah etsə də, prezident İlham Əliyev qurum rəhbəri Etibar Pirverdiyevin müşavirədə səsləndirdiyi bu arqumenti qəbul etmədi.
Energetika Nazirliyi bir müddət sonra ard-arda baş verən qəzalara infrastrukturun köhnə olmasını səbəb göstərdi. Bu yöndə islahatlar aparılacağı bəyan edildi.Bugünlərdə deyilib ki, qəzadan sonra araşdırma aparılıb, beynəlxalq şirkət cəlb olunub, generasiya gücünün optimallaşdırılması, ötürücü xətlər, "Azərbaycan" İES-in reabilitasiyası ilə bağlı proqramlar hazırlanıb və görüləcək işlər artıq "Azərenerji"-yə tapşırılıb. Ona görə də bu haqda dəqiq məlumatı bu qurumun verməli olduğunu bildirirlər.
"Azərenerji" ASC-nin sözçüsü Teymur Abdullayevsə enerji təhlükəsizliyinin təmin edilməsi yönündə məbuata yetərli məlumat verdiklərini hesab edir, keçən ilki qəzanın təkrarlanmaması ilə bağlı isə "Biz yay rejiminə keçidlə bağlı qabaqlayıcı tədbirlər görmüşük" deyə qısaca cavab verir.
"Azərenerji" ASC-nin saytında yerləşdirilən məlumatda deyilir ki, Bakının elektrik enerji təchizatının etibarlığı və dayanıqlığını gücləndirmək üçün bəzi addımlar atılır:
"İndi Mingəçevir və ya Səngəçaldakı elektrik stansiyalarından qidalanaraq şəhərə daxil olan yüksək gərginlikli xətlərdə hansısa problem yaranarsa, Şirvan şəhərindəki "Cənub" Elektrik Stansiyasından birbaşa çəkilən yeni xətt Bakı və Abşeron yarmadasının enerji təchizatında xüsusi rol oynayacaq. Bundan əlavə yeni xətt istismara verildiyinə görə şəhərə daxil olan digər yüksəkgərginlikli xətləri açmaq və yükü digər xəttin üzərinə keçirməklə şəhərə verilən enerjini dayandırmadan onların üzərində təmir-bərpa işləri aparmaq mümkün olacaq".Bundan başqa, "Azərenerji" elektrik stansiyaları ilə yanaşı, sistem əhəmiyyətli 220 və 110 kilovoltluq yarımstansiyalarda "kompleks tikinti, yenidənqurma və bərpa işləri" həyata keçirdiyini bildirir.
Və prezidentin may sərəncamı
Bu ilin mayında isə prezident "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" sərəncam imzalayıb.
Sərəncama görə bir ilə "Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası" layihəsi hazırlanmalıdır.
Elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid və bu sahəyə özəl investisiyaların cəlb edilməsi barədə təkliflər prezidentə təqdim edilməlidir.
"Bir il əvvəlki vəziyyətlə müqayisədə..."
Bir il öncə ölkənin böyük hissəsi elektriksiz qalanda iqtisadçılar ölkənin bu sektoruna son illərdə təxminən 5 milyard manat investisiya qoyulduğunu önə çəkmiş və baş verənləri "səhlənkarlıq, korrupsiya" ilə izah etməyə çalışmışdılar.
Baş prokuror Zakir Qaralov ilkin araşdırmadan sonra yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifədən sui-istifadə etmə və səhlənkarlıq maddələri ilə cinayət işi qaldırıldığını bəyan etmişdi.
İlham Əliyev həmin müşavirədə sual etmişdi: "Mən bu sahəyə bu qədər investisiya ayırmışam… Son 15 il ərzində 30 stansiya tikilmişdir. Elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin.
Nə üçün Bakıda, Sumqayıtda, qeyd etdiyim kimi, bölgələrdə istifadəyə verilmiş elektrik stansiyaları o qəza baş verəndən sonra fəaliyyətini dayandırdı?!"
Enerji məsələləri üzrə mütəxəssis İlham Şaban son illər milyardlar yatırılmış sektorun yenidən qurulması səbəbini izah edir:
"Azərbaycan prezidentinə deyiblər ki, bizim 7500 meqavata qədər istehsal gücümüz var. Amma "Azərenerji"-nin rəhbəri dəyişəndən sonra məlum oldu ki, ayrı-ayrı stansiyalara, ümumilikdə ölkə üzrə real istehsal gücünə nəzər salanda təqribən 60 faiz, bəzi stansiyalar üzrə, ondan da aşağı nəticə var.
Aydın olsun deyə misal çəkim, yəni bir avtomobiliniz var və siz onun yağını 5 km-dən deyil, 15 min km-dən bir dəyişsəniz, vaxtlı-vaxtında qulluq etməsəniz, onun spidometrində göstərilən sürət həddinin heç yarısını da ala bilməyəcəksiniz. Bax, Azərbaycanının elektrik enerjisi sahəsində də təxminən buna bənzər vəziyyət yaranıb".
Qəzanın səbəblərini araşdırmaq məqsədilə yaradılan dövlət komissiyası iki ay sonra rəyini dövlət başçısına təqdim etdi və "Azərenerji" rəhbəri vəzifəsindən uzaqlaşdırıldı, yerinə "Azərişıq" ASC-nin rəhbəri Balababa Rzayev gətirildi.
Yeri gəlmişkən, "Azərenerji"-nin keçmiş başçısı Etibar Pirverdiyevin 17 illik rəhbərliyi dövründə buna bənzər qəzalar bir neçə dəfə olub. Məsələn, 2002-ci il iyulun 14-də taxıl zəmilərində yanğın zamanı alov yüksəkgərginlikli xəttə keçib, nəticədə ölkə elektriksiz qalıb.
Və ya 2006-cı il yanvarın 29-da Abşeron DRES-də qısa qapanma nəticəsində paytaxt da daxil olmaqla Azərbaycanın yarısı işıqsız qalıb. 2010-cu il fevralın 9-da yüksəkgərginlikli xətdə qəza baş verdiyindən Bakı və regionlar işıqsız qalıb, metro işləməyib. Sonuncu qəza isə 2018-ci il iyulun 3-də olub…
140 milyon manat
İlham Şaban deyir ki, ən böyük işlər Mingəçevirdəki İES-də gedir. Onun sözlərinə görə, İESdə işlər hələ xeyli davam edəcək və yalnız bundan sonra Azərbaycanda enerji təhlükəsizliyi haqqında danışmaq mümkün olacaq.
"Bunlar vacib məsələlərdir. Texniki problemləri, istismar qaydalarını həyata keçirmədən hər hansı enerji təhlükəsizliyindən danışmaq yersiz olar. İkinci məsələ enerjinin paylanamsı və nəqliyyat məsələləridir. Bunlar da həll olunur tədricən. Məncə, hədəfə çatmışıq. Ancaq bir il əvvəlki vəziyyətlə müqayisədə indi xeyli irəliləyiş var ki, o kollapsı yaşamayaq".
İqtisadçı Natiq Cəfərli isə İlham Şaban qədər əminliklə danışa bilmir. O, Bakıya əlavə mənbələrdən elektrik enerjisinin gətirilməsi ilə bağlı qərarları təqdir edir, "fors-major situasiyalarda bu boyda şəhər işqısız qalmaz" deyir. Amma qərarın hansı formada yerinə yetirildiyi haqda ictimaiyyətin məlumatlandırılmadığını da vurğulayır.
İqtisadçı Mingəçevirdəki İES-in yetərincə köhnə olduğunu və yenidən qurulmasına, yəni həm yeni texnologiyalarla idarəedilməsinə, həm elektrik enerjisinin alınmasının effektivliyinin artırılmasına, optimallaşdırılmasına ehtiyac olduğunu bildirir. "Köklü dəyişiklilər olmalıdır ki, ötən ilki qəzalardan sığortalanmaq mümkün olsun" deyə izah edir.
Amma o hökumətin bəyan etdiyi şəkildə fundamental dəyişikliklərin aparıldığını düşünmür, İES-də sadəcə, qəzadan sonra bəzi hissələrin təmir olunduğunu söyləyir. Onu bu cür düşünməyə vadar edən səbəbsə belədir:
"Sadəcə ayrılan vəsaitin məbləği, işlərin gedişatı onu göstərir ki, problemin həlli üçün fundamental addımlar atıldığını demək olmur".
Yeri düşmüşkən, ötən ilin sonlarında prezident "Azərbaycan" İstilik Elektrik Stansiyasındakı nöqsanların aradan qaldırılması və infrastrukturun təkmilləşdirilməsi, eləcə də ayrı-ayrı elektrik stansiyalarında, yarımstansiyalarda təmir-bərpa və başqa işlərin aparılması məqsədi ilə bir neçə dəfə vəsait ayırıb. Ümumilikdə bu məbləğ 140 milyon manatdır.
Natiq Cəfərli isə "Azərbaycan" İES kimi stansiyanın yenidən qurulmasına ayrılan vəsaitdən dəfələrlə çox - milyardlarla vəsaitə ehtiyac olduğunu düşünür. O hesab edir ki, bu vəsait yoxdursa xarici investorlar cəlb edilməlidir.
O, bir neçə xarici şirkətin, xüsusən də Fransa və Cənubi Koreya şirkətlərinin bura vəsait yatırmaq, yerli elektrik enerjisi sektorunda pay sahibi olmaq istədikləri barədə məlumatı olduğunu qeyd edir. Elə hökumət də bir neçə xarici şirkətlə danışqlar aparıldığını bildirir.
"Amma idarəetmədə xarici şirkətlərin iştirakına məhdudiyyətlər var" deyən Natiq Cəfərli bu danışıqların müsbət nəticələnəcəyinə şübhə edir."Xarici şirkət idarəetmənin optimallaşdırlmasında iştirak etmək istəyəcək. Ancaq Azərbaycanda böyük bir maraq qrupu var ki, bu sahədə şəffaflığın olmasında maraqlı deyil. Şəffaflıq artdıqca idarəetmənin təkmilləşdirilməsi artacaq və korrupsiya sxemlərinə, yeyintilərə imkanlar məhdudlaşacaq".
İndiyə qədər enerji sahəsində bir çox xarici şirkətlər Azərbaycanla əməkdaşlığa cəhd etsələr də, bu mümkün olmayıb. Məsələn, bir neçə il öncə Almaniyanın "Siemens" şirkəti tenderi udsa da, naməlum səbəblərdən bazara girmədən kənara çəkildi.
Və ya 2000-ci illərin əvvəlində türk şirkəti "Barmek" Bakıda qısa müddət fəsliyyət göstərsə də, Azərbaycandan qalmaqalla getməyə məcbur qaldı.
Yerli eksertlər neft-qaz sahəsində xarici şirkətlərlə əməkdaşlığın uğurlu nəticələri olduğunu yada salır və buna mane olan qüvvələrin maraqlarının önünə keçmək üçün siyasi iradənin vacibliyini xatırladırlar.
Qəza təhlükəsi qalırmı?
Ötən həftəsonu - iyunun 29-da saytlar Mingəçevirdəki "Azərbaycan" İES-də yanğın olduğunu yazdılar. Az sonra "Azərenerji" ASC bəyan etdi ki, İES-ə məxsus yarımstansiyanın cərəyan transformatorlarından birində nasazlıq baş verib.
"Son zamanlar enerji sistemində aparılan qabaqlayıcı tədbirlər nəticəsində baş vermiş nasazlığın genişlənməsinin qarşısı alınıb. Xüsusilə yeni quraşdırılan əks-qəza avtomatikasının işə düşməsi nəticəsində respublikanın elektrik enerjisi təchizatında heç bir fasilə yaranmayıb və ölkə üzrə enerji təminatı 100 faiz səviyyəsində saxlanıb", - "Azərenerji"-nin açqılamasında deyilirdi.
Bununla "Azərenerji" qəzadan sonra ilk sınağını verdimi ya yox, demək çətindir.
İqtisadçı Natiq Cəfərli son hadisənin "Azərbaycan" İES-in ötənilki təhlükələrə açıq olduğunu göstərdiyini düşünür. "Ümid edirəm bu təhlükə əlaqədar qurumların yadına saldı ki, həmin təhlükə sovuşmayıb, istənilən an qəza olma ehtimalı var".
"Azərenerji" ASC bildirir ki, keçən il "enerji sisteminin çökməsinə səbəb olan" İES istismar müddətini başa vurduğu üçün "ən müasir səviyyədə" yenidən qurularaq bərpa edilir.
"Reabilitasiya Proqramı" çərçivəsində İES-də 3 il ərzində turbinlərin, generatorların, rele mühafizə sisteminin, yarımstansiyaların, əks-qəza avtomatikasının tamamilə yenidən qurulub bərpa edilməsi nəzərdə tutulur.
Stansiyanın gücünün 380 meqavat artırılaraq 2000 meqavata çatacağı, "dayanıqlılıq və etibarlılığın" təmin ediləcəyi deyilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-07-2019, 12:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-07-2019, 12:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07