reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Rubl çökdü - Rusiya Mərkəzi Bankının idarə heyəti təcili toplandı

reklam

Rubl çökdü - Rusiya Mərkəzi Bankının idarə heyəti təcili toplandı




















Bu gün səhər saatlarından etibarən Forex bazarında Rusiya rublunun dollar və avro qarşısında kəskin ucuzlaşıb.

Dollar 117 rubla, avro isə 132 rubl olub..

Rusiyanın özündə isə Mərkəzi Bank çöküşün qarşısını almaq üçün valyuta və repo birjalarının fəaliyyətə başlama vaxtını yerli vaxtla saat 10.00-a çəkib. Səhm birjalarının fəaliyyəti barədə isə saat 13.00-da məlumat veriləcək. Əgər dərin çöküş ehtimalı olmasa, saat 15.00-dan onların fəaliyyəti başlayacaq.

Bu arada səhər erkən toplaşan Rusiya Mərkəzi Bankı idarə heyəti uçot dərəcəsinin 20 faiz artırılmasına dair qərar qəbul edib.

Axırıncı dəfə Rusiya MB uçot dərəcəsini fevralın 11-də 9,5 faizə qaldırmışdı.

Rusiya Mərkəzi Bankı və Maliyyə Nazirliyi daxili valyuta bazarında ajiotajı azaltmaq üçün həmçinin ixracla məşğul olan bütün sahibkarlıq subyektlərinin satışdan əldə edilən xarici valyutanın 80 faizini dərhal daxili bazarda satışa çıxarmaları barədə qərar qəbul edib.




Paylaş:


Müəllif : Tarix:
28-02-2022, 12:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər