reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Rusiya neftinin əsas alıcıları kimlərdir? – TAM SİYAHI

reklam

Rusiya neftinin əsas alıcıları kimlərdir? – TAM SİYAHI


















Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində ona qarşı tətbiq edilən sanksiyalara hər gün yenisi əlavə olunur.

ABŞ-ın dövlət katibi Blinken Avropalı müttəfiqlərilə birgə Rusiyadan neft idxalına qadağa qoyulmasının nəzərdən keçirildiyini bildirib. 

Blinken deyib ki, onlar indi avropalı tərəfdaşları və müttəfiqlərilə birgə Rusiya neftinin idxalına qadağa qoyulması perspektivinə koordinasiyalı şəkildə baxmaq üçün danışırlar. 

Bəs görəsən, bu ölkələrin neft qadağası Rusiya iqtisadiyyatına nə qədər ağır zərbə vura bilər.

BMT-nin sonuncu ticarət məlumatlarından belə görünür ki, Rusiya neftinin əsas alıcısı Çindir. Lakin ABŞ və Avropa İttifaqı idxalının dayandırılması barədə qərar qəbul edərlərsə bu Rusiya iqtisadiyyatına əhəmiyyətli təsir edəcək. 

2020-ci ilin məlumatlarına görüə Rusiyanın neft ixracında  ABŞ və müttəfiqlərinin payı təxminən 50%-dən çoxdur.  Bu ölkələr hər il Rusiydan 35 milyard dollarlıq neft idxal edirlər. 

Rusiyadan neft alan əsas ölkələrin siyahısını təqdim edirik:

-  Çin – 23,77 milyard dollar (32,8%)

-  Niderland – 9,42 milyard dollar (13%)

-  Almaniya – 6,28 mliyard dollar (8,7%)

-  Koreya – 5,03 mliyard dollar (6,9%)

-  Polşa – 4,18 mliyard dollar (5,8%)

-  İtaliya – 3,74 mliyard dollar (5,2%)

-  Belarus – 3,54 mliyard dollar (4,9%)

-  Finlandiya – 2,76 mliyard dollar (3,8%)

-  Yaponiya (2,09 mliyard dollar (2,9%) 

-  Slovakiya – 1,47 mliyard dollar (2%)

-  Böyük Britaniya – 1,11 mliyard dollar (1,5%)

-  Macarıstan – 1,03 mliyard dollar (1,4%)

-  ABŞ – 0,95 mliyard dollar (1,3%)




Paylaş:


Müəllif : Tarix:
8-03-2022, 10:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər