reklam
Regionxeberlericom.az » İqtisadiyyat » “RUSİYA VENESUELAYA ÇEVRİLİR...”- Defolt təhlükəsi

reklam

“RUSİYA VENESUELAYA ÇEVRİLİR...”- Defolt təhlükəsi















“Rusiya xarici istiqrazları üzrə güzəşt dövrü aprelin 15-də sona çatır. Rusiyanın ödənişləri həyata keçirmək imkanları getdikcə azalır. Apreldə istiqrazlar üzrə ödənişlərin gecikməsi Venesuela kimi defolta uğramaq deməkdir”.

“Bloomberg” agentliyi “Morgan Stanley”-in baş strateqi Saymon Veyverə istinadla belə bir məlumat yayıb.

Məlumatda deyilir ki, Ukraynaya qarşı təcavüz nəticəsində Rusiyada ressesiya başlayır, dövlət istiqrazları üzrə ödənişlərdə məhdudiyyətlər tətbiq olunur və istiqrazlar dəyərdən düşür. Bu isə Rusiyanın xarici borcunu ödəmək şanslarını getdikcə daha çox azaldır.

Vayver deyib: “Biz defoltu ən çox ehtimal olunan ssenari kimi görürük. Defolt adi situasiya olmayacaq və Rusiyanı Venesuela ilə müqayisə etmək daha doğru olacaq”.

“Morgan Stanley” hesab edir ki, hətta Rusiya xarici borcunu kupon ödəmələrlə həyata keçirmək istəsə belə, ABŞ Maliyyə Nazirliyi onları qəbul etməyəcək. Bir sözlə, hesab olunur ki, artıq aprelin 15-də Rusiya 4 il əvvəl Venesuela etdiyi kimi, defolt elan edə bilər.

Xatırladaq ki, defolt borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilə bilinməməsi, başqa sözlə dövlət kimi müflis olmaq deməkdir.




Paylaş:


Müəllif : Tarix:
8-03-2022, 12:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər