Dollardan imtinaya dəvət: Azərbaycan hansı qərarı verəcək? - GƏLİŞMƏ
"Dollardan imtina ilə bağlı məsələlər çox zaman siyasi bəyanat xarakteri daşıyır. Çünki praktiki olaraq bunun həyata keçirilməsi həmişə bəzi maneələrlə qarşılanır. İş adamlarına məzənnələrin tez-tez dəyişməsi əlavə məzənnə riski və məzənnə xərcləri yaradır".
Bunu iqtisadçı-ekspert Natiq Cəfərli xarici ticarətdə dollardan imtina edilməsi məsələsini Sputnik Azərbaycan-a şərh edərkən deyib.
O bildirib ki, Azərbaycan manatı iki ilə yaxındır ki, sabitdir, amma İran rialı tez-tez dəyərdən düşür: "Belə olan təqdirdə iş adamları üçün əlavə risklər yaranır. Azərbaycanlı iş adamları İran rialı ilə müqavilə bağlayarkən sonra məzənnənin dəyişməsindən ciddi zərər görə bilərlər. Türk lirəsi ilə də bağlı eyni problem yaşanır, məzənnə həddindən artıq oynaqdır. Son bir ayda təxminən 7-8 faizlik ciddi dəyişiklik olub. İki həftə bundan öncə 1 dollar 6 lirəyədək bahalaşmışdısa, bu gün isə 1 dollar 5 lirə 50 quruşadək geri çəkilib. Amma bu, zaman-zaman baş verir deyə məzənnə riski artır və kifayət qədər də məzənnə ilə bağlı problemlər yaşana bilər. Ona görə də, dollardan imtinanın praktiki tətbiqində ciddi maneələr, problemlər var".
Onun sözlərinə görə, bu məsələ dolların hegemon olduğu bir çox ölkələri narahat edir və bu, anlaşılandır:
"Gələcəkdə güclü regional bir valyutanın yaradılması bu məsələdə irəliləyişə nail olmağa imkan verə bilər. Güclü regional bir valyutanın yaradılması dollardan istifadənin getdikcə azalmasına səbəb ola bilər. Amma hələlik düşünmürəm ki, ölkələr arasında ticarət dövriyyəsində dollardan imtina etmək məsələsində çox böyük irəliləyiş əldə edilsin. İndiki şəraitdə dollar və avrodan beynəlxalq ticarətdə imtina edilməsi o qədər də inandırıcı və yaxud da dayanıqlı görünmür. Məzənnələrin oynaq olması iş adamlarına əlavə məzənnə riskinin yaranmasına səbəb ola bilər və ona görə də bundan çəkinirlər".
Ekspert bildirib ki, Azərbaycan ixracatında neft və neft məhsulları üstünlük təşkil edir: "92 faizə yaxın təbii resurslara bağlı ixracatımız var. Təbii resurslarla bağlı müqavilələrin böyük qismi isə dollarla bağlanır. Azərbaycanın dollardan imtina etməsi ona sərf etmir. Əgər iqtisadiyyatımızı çoxçeşidli hala gətirsək, qeyri-neft ixracatını daha sürətlə artırmağa nail olsaq, ola bilər, gələcəkdə bununla bağlı müxtəlif plan və sxemlər qurmaq mümkün olsun".
"İndiki şəraitdə dollardan imtina o qədər də Azərbaycan üçün sərfəli görünmür, çünki manat sabitdir. Neft qiymətləri 60 dollardan yuxarı olduqca manat sabit olaraq qalacaq. Manatın sabit olması digər ölkələr üçün manatı cəlbedici edir, amma qonşu ölkələrin milli valyutaları tez-tez məzənnə dəyişikliyinə uğradığı üçün Azərbaycan iş adamlarına o qədər də sərf etmir", - deyə o, əlavə edib.
N.Cəfərli İranın Xarici işlər naziri Cavad Zərifin "İran və Türkiyə arasında ticarət əlaqələrində dollardan istifadə 30 faiz azalıb" fikrinə də münasibət bildirib: "İran və Türkiyə arasında ticarət əlaqələrində dollardan istifadə azalsa da, amma avrodan istifadə artıb. Yəni bu, o demək deyil ki, bu ölkələr ticarət əlaqələrində milli valyutaya keçib. Avro istiqamətində ödənişlər artıb. Bu, ona görə baş verib ki, Avropa İttifaqı ölkələri ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün xüsusi bir sistem yaradıb və avro cinsindən müqavilələrin həmin sistem vasitəsilə həyata keçirilməsinə çalışırlar".
"Türkiyənin iş adamları da çox zaman həmin sistemdən istifadə edirlər ki, ABŞ sanksiyalarından yayınsınlar. Dollardan istifadə 30 faiz azalsa da, avrodan istifadə kifayət qədər sürətlə artıb. Bu, o demək deyil ki, 30 faiz azalma ticarət əlaqələrində milli valyutalara keçidin hesabına baş verib", - deyə o qeyd edib.
İqtisadçının fikrincə, dolların qlobal valyuta ehtiyatlarında payının azalmasında iki nüans önəmli rol oynayıb: "Birincisi, avronun daha geniş istifadə olunmasıdır. İkincisi, ötən il Beynəlxalq Valyuta Fondu öz yığım səbətinə Çin yuanını daxil edib. Bunadək isə yuan beynəlxalq yığım səbətinə daxil edilməyib. Bu isə Çin yuanının mövqeyinin möhkəmlənməsinə, bəzi ölkələrdə yuanda da ehtiyatların saxlanılması üçün müxtəlif addımların atılmasına səbəb olub. Azərbaycanın Neft Fondunda da az da olsa, yuanla saxlanan vəsait var. Bu da dolların qlobal yığım valyutası kimi mövqeyinin az da olsa, zəifləməsinə səbəb olub".
Qeyd edək ki, İran bir sıra ölkələrlə, xüsusilə Rusiya, Türkiyə və Çinlə ikitərəfli maliyyə sazişlərinin bağlanmasına dair müzakirələr aparır. İran KİV-nin məlumatına görə, bunu İranın xarici işlər naziri Cavad Zərif deyib.
"Biz Türkiyə, Rusiya, Çin, Azərbaycan, Hindistan və digər ölkələrlə maliyyə sazişlərinin imzalanmasına dair danışıqlar aparırıq. Bu ölkələrdən bəziləri ilə sazişlər artıq bağlanılıb, digərləri ilə isə razılaşmalar, demək olar ki, əldə olunub", - deyə o qeyd edib. Məlumata görə, bu sazişlər ticarət əməliyyatlarında ABŞ dollarından imtina edilməsinə yönəlib.
"İranın Azərbaycana yatırdığı investisiyaların həcmi 3,4 mlrd. ABŞ dollarına çatıb. Azərbaycan iş adamları da İran iqtisadiyyatına investisiyalar yatırırlar". Azərbaycan İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bunu ölkənin İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan İran İslam Şurası Məclisinin Planlaşdırma və Büdcə Komissiyasının üzvlərinin, İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının təmsilçilərinin daxil olduğu nümayəndə heyəti ilə görüşü zamanı deyib.
Nazir bildirib ki, qarşılıqlı ticarət sahəsində də ciddi irəliləyişlərə nail olunub, 2018-ci ildə ticarət dövriyyəsi 74%, bu ilin 5 ayı ərzində isə 2,3 dəfə artıb.
Əməkdaşlığın inkişafı perspektivlərinə gəlincə, nazir Şahin Mustafayev diqqətə çatdırıb ki, enerji, sənaye, kənd təsərrüfatı, ticarət, kiçik və orta sahibkarlıq, maliyyə, İKT, ekologiya, humanitar və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.
Onu da qeyd edək ki, Rusiya və Çin öz aralarında ödənişlərdə milli valyutalardan istifadə etmək üçün hökumətlərarası saziş bağlayıb. Avropa isə İranla ticarət apara bilmək üçün Vaşinqtonun sanksiyalarından yan keçməyə və dollarsız alver etməyə imkan verən "INSTEX" mexanizmini işə salır. Vaşinqton avropalıları bu layihədən imtina etməyə çağırır və bu da təəccüblü deyil. ABŞ artıq "INSTEX"də iştirak edəcək bütün ölkələri sanksiyalarla təhdid edib.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin statistik məlumatına görə, bu ilin birinci rübündə Azərbaycanın İranla ticarət dövriyyəsinin həcmi 230,637 mln. dollar təşkil edib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 162,235 mln. dollar (3,4 dəfə) çoxdur. İranla ticarət dövriyyəsindəkı həcmin 11,007 mln. dolları ixracın, 219,631 mln. dolları isə idxalın payına düşüb.
Bu ilin birinci rübündə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin həcmi isə 812,341 mln. dollara bərabər olub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 239,239 mln. dollar (41,7%) çoxdur. Türkiyə ilə ticarət dövriyyəsinin 504,900 mln. dolları ixracın, 307,441 mln. dolları isə idxalın payına düşüb.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-07-2019, 11:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-07-2019, 11:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09