reklam
Regionxeberlericom.az » İqtisadiyyat » RUSİYANIN BANK SEKTORUNDA DEFOLT DALĞASI BAŞLAYIR! - “Bəzi bankları xilas etmək artıq mümkün deyil və bu, başlanğıcdır”

reklam

RUSİYANIN BANK SEKTORUNDA DEFOLT DALĞASI BAŞLAYIR! - “Bəzi bankları xilas etmək artıq mümkün deyil və bu, başlanğıcdır”











“Kreml sivil dünya ilə qarşıdurmanı davam etdirsə, o zaman hətta Rusiyanın ÜDM-inin illik 20 % çökməsi də ən aşağı hədd olmaya bilər”

Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başladığı qısa müddətdə artıq Rusiyanın maliyyə-bank sistemində ciddi təlatümlər müşahidə olunur. Düşdüyü çətin vəziyyətdən baş çıxarmaq üçün Rusiya Mərkəzi Bankı məcburən “time out” götürərək birjanı bağlayıb. Amma əvvəl-axır birja açılmalıdır. Rusiya maliyyəçiləri isə birjanın açılacağı günə ciddi hazırlaşırlar. Ancaq onların hansı tədbir görməsindən asılı olmayaraq, reallıqdan, yəni defoltdan qaçmaq mümkünsüz görünür.

Sözügedən mövzuyla bağlı Ukraynanın “Unian.net” portalında dərc olunan materialların bir qismini oxuculara təqdim edirik: “Ukarynaya qarşı təcavüzünə görə Qərbin Rusiya Federasiyasına tətbiq etdiyi sanksiyalar onun maliyyə sistemini ağır vəziyyətə salıb. Hazırda Rusiya öz tarixinin ən sərt maliyyə böhranını yaşayır və belə getsə, bu ölkənin bank sistemi kommunizmə hazırlaşmalı olacaq. Rusiya Ukraynaya soxulandan sonra Moskva fond birjası heç cür açıla bilmir.

Maliyyə sektorunun tənzimləyicisi sayılan Rusiya Mərkəzi Bankı bir neçə dəfə birjanın açılmasını təxirə salıb. 18 marta kimi Moskva birjası qapalı qalacaq.

Riyazi hesablamalardan çıxan fəlakətli nəticə

2022-ci il 01 fevral tarixinə kimi Rusiya banklarında müştərilərin 86 trilyon rubl məbləğində vəsaiti vardı və bu vəsaitlərin 30 trilyonu “Sberbank”-da yerləşdirilib. ”Sberbank”ın özü 1 fevralda qeyri-dövlət qiymətli kağızlarına 400 milyard rubl(korporativ istiqrazlar), müxtəlif səhmlərə isə 33 milyard rubl pul yatırıb.

Beləliklə, yerdə qalan 56 trilyon rubl Rusiya Federasiyası bank sisteminin öhdəlikləridir. Mütəxəssislərin hesablamlarına görə, Moskva birjasının açılması ilə bu sistemdə təxminən 10-12 trilyon rublluq dəlik əmələ gələcək. Bir anlıq bu bankın balansını təsəvvürnüzə gətirin. Onun passivində depozitlər, aktivində isə kreditlər + qiymətli kağızlar dayanır və beləliklə, Moskva birjasının açılmasından sonrakı bir gün ərzində bu kredit təşkilatları balanslarındakı 10%-dən 40 %-dək olan aktivləri silməlidirlər.

Bankların bir çoxu Moskva birjasının açılmasını həyəcanla gözləyirlər. Bəzi bankları xilas etmək artıq mümkün deyil və bu, bank sektorundakı defoltun ilk dalğası olacaq. Dövlətə məxsus olmayan qiymətli kağızlara yatırım edən banklar çox ciddi zərbə alacaqlar. Moskva fond birjasının alovunda əhalinin səhmlərə və istiqrazlara yatırmış olduğu 3 trilyon rubl da yanacaq. Onlarla yanaşı, qeyr-dövlət pensiya və bank investisiya fondlarındakı 5 trilyon rubl da batacaq. Amma bank sektorundakı böhran Moskva birjasının açılması ilə bitməyəcək. Birjanın açılmasını “Avrora” kreyserinin atəşi ilə müqayisə etmək olar.

İndi ekspertlər iki fundamental məsələ üzərində mübahisə aparırlar. Birincisi budur ki, Rusiya iqtisadiyyatı nə qədər kiçiləcək? Hesablamalara görə, bu göstərici 2022-cü il üçün 8 %-lə 30% arasında dəyişir.

Mübahisənin ikinci aspekti Qərb sanksiyalarının Rusiya neftinin satışını nə qədər bloklaya biləcəyi ilə bağlıdır. Yəni deyirlər ki, görəsən sanksiyaların təsiri bunu illik həcmə görə 50%, yoxsa 70% əngəlləyəcək? Neft və qazdan əldə olunan gəlir Rusiyanın Ümumi Daxil Məhsulunun dinamikasını proqnozlaşdırmağa imkan verir.

Rusiya üçün vəziyyətin vahiməli olmasına baxmayaraq, etiraf etmək lazımdır ki, birinci rübdə Rusiya iqtisadiyyatı öz işini nəzərdə tutulmuş plan üzrə yekunlaşdıracaq.

Amma aprel ayından başlayaraq iqtisadi kollapsın qapıları açılacaq. Çünki yük konteynerlərinin daşınması həcmi artıq 98 faiz aşağı düşüb, işsizlik artıb, digər yandan isə bank sektorunda defoltun yaşanması qaçılmaz görünür.

Əgər Kreml anlasa ki, müasir dünyamızda “Qrad” yaylım atəşi kompleksləri, döyüş təyyarələri, tanklar və toplar hər şeyi həll etmir, o zaman ola bilər ki, ABŞ, Avropa Birliyi və Yaponiya hökumətlərinin mərhəməti sayəsində Rusiyanın Ümumi Daxili Məhsulunun(ÜDM) düşüşü 10 % olsun. Yox, əgər Kreml sivil dünya ilə qarşıdurmanı davam etdirmək niyyətindədirsə, o zaman hətta Rusiyanın ÜDM-inin illik 20 % çökməsi də ən aşağı hədd olmaya bilər.

Dünya təcrübəsi göstərir ki, ÜDM 10 faiz düşürsə, bankların kredit portfelinin keyfiyyəti kəskin pisləşir və bu da öz növbəsində ciddi bank böhranına gətirib çıxarır. Deməli, əgər vəziyyət belə davam edərsə, Rusiya bank sistemi başladığı yerə - 1990-cı illərin əvvəlinə dönəcək. Onda ölkədə bir bank vardı - “Sberkassa”. Amma bu “Sberkassa” da kredit böhranından xilas olmaya bilər. Belə olan təqdirdə, SSRİ-nin dağılmasında olduğu kimi rusiyalıların banka qoyduqları pulların böyük bir hissəsi “buxarlanacaq”.

Sözssüz ki, Moskvada birjanın açılmasının nə ilə nəticələnəcəyini yaxşı bilirlər. Oradakıların bir hissəsi inanır ki, ”Ukarynada sürətli qələbə” birjanı çöküşdən xilas edəcək...

Mərkəzi Bank hansı tədbirləri görə bilər?

Birinci: Moskva birjasının açılmasına imkan verməmək. Artıq iki həftədir ki, banklardakı və investisiya fondlarındakı mühasiblər öz portfellərindəki qiymətli kağızların dəyərini bilmirlər. Ona görə də onlar birja açılandan sonra balanslarında nə baş verəcəyindən bixəbərdirlər.

İkinci: Kredit təşkilatlarına əllərindəki məlumatlara əsasən müəyyən hesabatlar dərc etməyə imkan verirlər. Banklardakı problemlər barədə ictimaiyyəti öncədən xəbərdar edirlər və deyirlər ki, narahatlığa əsas yoxdur, bir müddətdən sonra hər şey düzələcək.

Amma bəllidir ki, Rusiya Mərkəzi Bankı hər iki variantdan istifadə etməklə, sadəcə, bank sektorunu gözləyən qaçılmaz defoltun birinci dalğasını təxirə salmaq üçün vaxt qazanmağa çalışcaq”.(Azpolitika)





Paylaş:


Müəllif : Tarix:
17-03-2022, 16:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər