Xarici şirkətlər tenderə buraxılmasın, rüsum ləğv edilsin – SAHİBKARLARDAN MİKAYIL CABBAROVA TƏKLİF
“Qablaşdırma məhsulları istehsal edən xarici şirkətlərin Azərbaycanda tenderlərdə istirakı qadağan edilməlidir. Çünki onlar qalib gəldikləri tenderlərdə məhsulu xaricdə istehsal edib gətirirlər. Bu da bizim istehsal və satışımıza mane olur». Bunu FED.az-a açıqlamasında “Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elçin Vəliyev deyib.
Qeyd edək ki, bir gün əvvəl Assosiasiyanın üzvləri iqtisadiyyat naziri, ölkədə iqtisadi qərarların qəbul edilməsində böyük təsiri olan Mikayıl Cabbarovla görüşüblər.
E.Vəliyev bildirib ki, bu sektordakı problemlər çoxdur və bunlar barədə təşkilatın sədri Kamran Hacızadə aprelin 11-də iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşündə də danışıb.
Nazirə bildirilib ki, gömrük fəaliyyətinin fəlsəfəsi dəyişməlidir, yerli istehsalçının inkişafı prioritet olmalıdır:
“Bu gün yerli istehsalçıların əsas problemi xaricdən gələn xammalın gömrük rüsumu ilə bağlıdır. Yəni 15% görmük rusumu hazır məhsulun maya dəyərinin qalxmasına səbəb olur və bu da daxili bazarda rəqabət təbii olaraq məhdudlaşır. Ona görə qablaşdırmaya aid bütün məhsullar rüsumdan azad olunmalıdır».
Qeyd edək ki, şirkətlərin əsas şikayəti qablaşdırma sənayesində geniş istifadə edilən kağız xammalı üçün tətbiq edilən gömrük rüsumu ilə bağlıdır. Bu rusumlar Finlandiyadan gətirilən kağıza tətbiq edilir. Rusiyadan gətirilən kağıza isə MDB üzvü olduğuna görə, rüsum tətbiq edilmir. «Amma Rusiya şirkətləri Finlandiyadan gətirilən kağızın Azərbaycanda 15% rüsuma cəlb edildiyini bilirlər, ona görə də onlar da qiyməti təqribən 10%-ə yaxın artırırlar. Bilirlər ki, hətta bu halda da Rusiyadan gətirilən kağız fin məhsulundan ucuz olacaq. Ümumiyyətlə istəyirik ki, büdcəyə yığımlarla yalnız Dövlət Vergi Xidməti məşğul olsun». Şirkətlər təklif edir ki, Finlandiyadan gətirilən kağız xammalı rüsumdan azad edilsin, belə olarsa rus kağızı da ucuzlaşacaq.
Elçin Vəliyev bildirir ki, kağız xammalına tətbiq edilən gömrük rüsumu yerli kablışdarma məhsulunun qiymətini artırır və onun xarici mallarla rəqabətini çətinləşdirir.
«Nəticədə qablaşdırma məhsulları istehsal edən xarici şirkətlərin Azərbaycanda tenderlərdə istirakı asanlaşır. Halbuki bu qadağan edilməlidir, çünki onlar qalib gəldikləri tenderlərdə məhsulu xaricdə istehsal edib gətirirlər. Bu da bizim istehsal və satışımıza mane olur. Əgər yerli istehsalçının imkanı varsa məhsulun xaricdən gətirilməsi olmamalıdır».
İcraçı direktor bildirir ki, xammalın bahalığı Azərbaycan şirkətlərinin məhsullarının xaricə çıxışına da mane olur: «Qiymətlərimiz yaxşı olarsa, Özbəkistan və sair bazarlara çıxa bilərik. Halbuki, indi bahalıq səbəbindən bəzi Azərbaycan şirkətləri öz etiketlərini xaricdə çap etdirirlər».
Direktorun sözlərinə görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov qaldırılan məsələləri diqqətlə dinləyib və onların həll olunacağını bildirib. Nazir qeyd edib ki, toplantıda qaldırılan problemlər Nazirlər Kabinetində də müzakirə ediləcək. Eləcə də bəzi dəyişikliklər üçün qanunlara düzəliş edilməsi tələb olunacaq.
Xatırladaq ki, bir neçə il əvvəl yaradılan assosiasiya Azərbaycanda qablaşdırma məhsulları istehsal edən 200 şirkət və sahibkardan 40-nı birləşdirir. Onların sırasında plastik, şüşə, kağız karton, taxta və digər qablaşdırma müəssisələri mövcuddur: «Biz Azərbaycana gələn investorlarla danışıqlar aparırıq. Bir neçə ildə həm dövlət qurumları, həm də xarici şirkətlər ilə müxtəlif görüşlər və iclaslar keçirilib. Deyərdim ki, qablaşdırma sənayesinin perspektivləri, marketinq araşdırmaları ətrafında, texnologiyalar üzərində və investisiya potensialı üzərində səmərəli görüşlər olub.
Assosiasiyanın planlarına gömrük, vergi, əmlak, maliyə və kredit qurumları ilə davamlı görüşlərin təşkil olunması aiddir. Bu arada, xarici bazarlara çıxış və investisiya perspektivlərinin müzakirəsi də nəzərdə tutulub”.
Qeyd edək ki, Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası 29 sentyabr 2017-ci ildə Ədliyyə Nazirliyi tərəfindən Qeyri-Kommersiya Qurumu kimi qeydiyyata alınıb. Hazırda qablaşdırma sahəsində ümumilikdə 200-ə yaxın təşkilat var. Sahə üzrə müəssisələrin vahid bir qurum çərçivəsində cəmləşməsini təmin edərək yaranan problemlərin, sahə maraqlarının ölkə üzrə dövlət və ictimai qurumların qarşısında qaldırılması vəzifəsini yerinə yetirir. Vergi, gömrük, əmlak, maliyə və kredit üzrə yaranan sualların həll olunması ilə məşğuldur.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-04-2022, 15:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər