Avropada qazın qiyməti kəskin ucuzlaşdı - Üç səbəbi var...
Bu gün Avropada qazın fyuçers qiymətləri 8,5% ucuzlaşaraq min kubmetr üçün 950 dollara qədər düşüb.
Avropa bazarında qazın qiyməti hərraclarda ticarət başlayandan sonra kəskin azalıb.
Ticarət gününün əvvəlində Avropanın ən böyük mərkəzi TTF indeksi üzrə may ayı qaz fyuçersləri min kubmetr üçün 950 dollara düşüb ki, bu da bazar ertəsi hesablaşma qiymətindən 11,1% aşağıdır. Bununla belə, kotirovkalar bir qədər sonra 970 dollara qədər yüksəlib. Hələlik bu səviyyə ticarətin maksimum qiyməti olaraq qalır.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, Avropada qaz qiymətləri Rusiya-Ukrayna müharibəsi başlayandan sonra minimuma düşməsinin üç əsas səbəbi var:
"Birincisi, yaz mövsümüdür Avropada, qızınmaq kimi ehtiyacı duyulan tələb yoxdur;
İkincisi, bazar iştirakçıları gördürlər ki, Rusiya Avropaya qaz verməkdə maraqlıdır, sanksiyaları qarşılamaq üçün qazı kəsmək fikrində deyil;
Üçüncüsü, ümumiyyətlə, Rusiya qazının idxalını xeyli azaltmaq mümkündür ki, bunun nəticəsində Avropa heç də Moskva təbliğatçılarının dediyi kimi dağılacaq səviyyədə deyil".
Paylaş:
Müəllif : Fuad
Tarix:19-04-2022, 12:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər