Son bir ayda ərzaq məhsulları bu qədər bahalaşıb
Son bir ayda Azərbaycanda ərzaq məhsullarında qiymət artımı açıqlanıb.
Bununla bağlı məlumat Xəzər TV-də yayımlanan Xəzər ertəsi verilişində yayımlanıb.
Hazırlanan qrafikdə istehlak səbətinə daxil olan ərzaq məhsullarının qiymətində olan artım nümayiş etdirilib.
Belə ki, son bir ay ərzində ən yüksək qiymət artımı kərə yağında qeydə alınıb. Belə ki,1 kq kərə yağının qiyməti 4 AZN artaraq 20 AZN-ə yüksəlib.
Qeyd olunur ki, hesabat dövrü ərzində toyuq ətinin (1 kq) qiyməti 70 qəpik artaraq 5,7 AZN, mal ətinin (1 kq) qiyməti 50 qəpik artaraq 12 AZN, qarğıdalı yağının qiyməti (1l) 1.1 AZN artaraq 6,7 manata, günəbaxan yağının qiyməti isə 70 qəpik artaraq 4,9 AZN-ə yüksəlib.
Son 30 gün ərzində 1 kq kartof və soğanın da qiymətində müvafiq olaraq 0,40 və 0.65 AZN-lik artım qeydə alınıb. Belə ki, hazırda kartof 1,30, soğan isə 1,15 AZN-ə satılır.
Müvafiq dövr ərzində qiyməti dəyişməyən və hətta aşağı düşən məhsullar da var. Belə ki, pendirin 1 kq qiyməti dəyişməyərək 9,5 AZN olub. Südün (1l) qiymətində isə 0,25 AZN azalaraq 1, 65 AZN olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-04-2022, 14:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər