Pomidor niyə bahalaşıb? - Ekspert açıqlayır
"Son günlər pomidorun qiyməti əsas müzakirə mövzusudur. İyul ayını hamı həsrətlə ona görə gözləyir ki, el dilində desək Xaçmaz, Şəmkir, Sabirabad, Masallı pomidoru çıxsın, qiymətlər ucuzlaşsın, bir tərəfdən evlərə qış tədarükü başlasın, digər tərəfdən insanlar yayın bürküsündə pendir-çörək süfrəsi açıb istinin ləzzətini çıxarsınlar".
regionxeberlericom.az Azvision.az-a istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin eksperti Nicat Nəsirli deyib.
Onun sözlərinə görə, iyulun onuncu gününü yaşasaqda hələ açıq sahə pomidoru bazarlara çıxmayıb.
"Səbəb? Bu ilki təsərrüfat mövsümünü istisna hal kimi qiymətləndirmək olar, məsələ burasındadır ki, ilkin yazdan başlayaraq havaların qeyri-sabit keçməsi, temperatur dəyişmələri kənd təsərrüfatı məhsullarının istehsalı üçün ciddi risklər ortaya çıxardı. Əlverişsiz havalar ilkin yaz mövsümündə tumlu meyə ağaclarının potensial məhsuldarlığa çatmasına imkan vermədi, ağaclarda mayalanma prosesi yağışların təsiri ilə başa çatmadığına görə məhsuldarlıq (gilas, ərik, alça və s.) aşağı düşdü. İyun-iyul aylarındakı meteroloji göstəricilərinin təhlili deməyə əsas verir ki, əlverişsiz havalar artıq açıq sahə tərəvəzçiliyinə də mənfi təsir göstərməkdədir. İstehsal təqviminə görə, temperaturun yüksəlməsi, şitillərin məhsulvermə dövrünün başa çatması ilə əlaqədar olaraq iyunun ikinci on günlüyündə istixanalar fəaliyyətini dayandırır, iyulun əvvələrində isə açıq sahədə yetişdirilən tərəvəz məhsulları bazara girərək istehlak zəncirində fasilənin yaranmasına imkan vermirdi. Bu il zəncirdəki harmonik əlaqə pozuldu, iyunun sonunda istixanalar təsərrüfat mövsümünə qismən yekun vursalarda açıq sahədə əkilmiş bostanlarda məhsul vaxtında yetişməyib".
Ekpsret bildirib ki, istilik bütün bitkilər kimi tərəvəz məhsullarının yetişməsi üçün ən mühüm şərtdir.
"Artıq iki həftədir ki, məhsulun yetişməsi üçün faydalı istilik əmsalı yaranmadığı üçün kütləvi yetişmə prosesi gecikir. Dünən əsas tərəvəzçilik rayonlarında apardığımız müşahidələr görə, iki həftəyə yaxındır ki, pomidorun yetişməsi üçün tələb olunan müsbət 25-26 dərəcə temperatur yaranmadığı üçün bostanlarda təxminən 15 günlük gecikmə əmələ gəlib. Ötən ilə qədər bostanlarda iyulun 1-dən kütləvi tədarük başlayırdı, dünənki müşahidələrə görə, fermerlər yalnız ala-kal məhsulların yığımına başlayıb, oda ki, “yavaş-yavaş”. Fermerlər deyirlər ki, tez,orta və gec yetişən sortlar əksələr də yetişmə prosesində ardıcıllıq itib, tez yetişən sortların yığımı iyulun 10-a qədər baş çatmalı idi, lakin hələ yığımı yenicə başlayb. Məntiqi olaraq istehsalda təbii amillərin təsiri ilə yaranmış bu qısamüddətli fasilə bazarlardakı qiymətlərə öz təsirini göstərib. Lakin iqlimdəki qeyri-stabillik düzələrsə ən uzağı bir həftədən sonra sahələrdə kütləvi yığım başlayacaq və bununlada bazarlarda qiymət təlatümü xeyli səngimiş olacaqdır".
N.Nəsirli qeyd edib ki, prosesin fonunda ixrac amilini də unutmaq olmaz. O, əlavə edib ki, ötən ildən başlayaraq yaxın və uzaq qonşu ölkələrdə meyvə-tərəvəz məhsullarının qiyməti yüksəlməkdə, təlabat dinamik artmaqdadır:
"Təbii ki, bu proses maya dəyəri ucuz başa gələn Azərbaycan məhsullarına təlabatı artırır. İqtisadi İslahatların təhlili və Kommunikasiya Mərkəzinin may ayı üçün açıqladığı rəqəmlərə görə, ötən ilin yanvar-aprel aylarında Rusiyaya ilə ixrac 135 milyon dollar təşkil etmişdisə bu il 164 milyon dollara yüksəlib. Və burada meyvə-tərəvəz xüsusi çəkiyə malikdir. 2018-ci ilin aprelində Rusiyaya 36 milyon dollarlıq qeyri-neft məhsulları göndərilmişdisə bu ilin aprelində 49 milyona qalxıb. Apreldə Türkiyə ilə də ticarət münasibətləri xeyli yüksəlib, ötən il 29 milyon dollarlıq dövriyyə bu ilin aprelində 48 milyon dollara qalxıb. Məsələni yalnız meyvə-tərəvəz məhsulları üzərinə fokuslasaq, 2018-in yanvar-aprel dövründə Rusiyaya 111 milyon dollarlıq meyvə-tərəvəz göndərilmişdisə bu ilin eyni dövründə 34% artaraq 149 milyon dollara yüksəlib. Rəqəmləri xüsusiləşdirsək, 2018-ci ilin yanvar-aprel aylarında qonşu Rusiyaya göndərilmiş mahlıc, fındıqdan sonra pomidor üçüncü olub. 2018-ci ilin yanvar-aprelində 42 milyon dollarlıq pomidor ixrac olunmuşdusa, 2019-cu ilin yanvar-aprelində 49 milyon dollara təşkil edib.
Ötən ilin aprelində 18 milyon dollarlıq pomidor ixracı 2019-cu ilin aprelində 24 milyon dollara yüksəlib. Pomidor ötən ilin aprelində də bu ilin aprelində də ixracda liderliyini qoruyub. 2019-cu ilin ilk beş ayı ərzində meyvə-tərəvəz ixracı 241 milyon dollar təşkil edib.
Rəqəmlərə əsasən, pomidora artan təlabat istehsal strukturunda öz əksini tapır. 2016-cı ildə 23 min 819 hektardan 503 min ton pomidor istehsal edilmişdisə, 2017-ci ildə əkin sahəsi azalsada (21 min 331 ha) məhsuldarlıq hektardan 16 sentinerə yüksəlib və nəticədə 624 min ton pomidor istehsalına nail olunub. Hətta illik ixracı da nəzərə alsaq yerdə qalan hissə ölkə əhalisinin təlabatını tam ödəməyə imkan verir. Əhalinin bu məhsul üzrə illik təlabatı 400- 470 min ton təşkil edir ki, yerli istehsal bunu tam ödəməyə gücü çatır. İstehsal həcminə görə, adambaşına 64 kq pomidor düşür, lakin hesablamalar göstərir ki, hər bir vərəndaş ildə 50 kq - dan artıq pomidor istehlak etmir".
Paylaş:
Müəllif : Yazar
Tarix:10-07-2019, 13:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-07-2019, 13:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16