Banklar kredit faizlərini niyə azalda bilmir? – SƏBƏBLƏR
Xəbər verdiyimiz kimi, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova mayın 25-də Milli Məclisdə dövlət büdcəsindən istifadə ilə bağlı hesabatın müzakirəsi zamanı bank kredit faizlərinin azaldılması üçün mexanizmin hazırlandığını elan edib. Nazirlik rəsmisi həmçinin kənd təsərrüfatı subyektləri üçün də güzəştli şərtlərlə kredit veriləcəyini bildirib.
Bəs, banklarda kredit faizləri hansı həddə qədər aşağı salına bilər? Sualı Bizim.Media-ya cavablandıran maliyyə eksperti Əkrəm Həsənovun sözlərinə görə, kredit faizlərinin əsaəsn kənd təsərrüfatı subyektləri üçün azaldılması nəzərdə tutulub:
“Söhbət daha çox ərzaq məhsulları üzrə kreditlərdən gedir. Həmçinin bu, antiinflyasiya tədbirlərinin bir hissəsidir və hal-hazırda buna xüsusi diqqət yetirilir. Bəli, kənd təsərrüfatı subyektlərinə, yəqin ki, daha ucuz kreditlər veriləcək”.
Ekspert qeyd edib ki, ümumilikdə kredit faizlərini azaltmaq üçün iki addıma ehtiyac var:
“Çünki banklar öz pulu kredit vermir. Onlar ya müştərilərdən, ya da Mərkəzi Bankdan cəlb etdiyi pulu kredit kimi verir. Bu pulun da dəyəri bahadır. Birincisi, sığrotalanmış əmanətlər üzrə faiz 12% həddindədir. Banklar əgər 12%-lə əmanətçilərdən vəsait cəlb edirsə, necə ucuz kredit verə bilər? Üstəlik, öz xərcləri, itkinlərini və gəlirlərini də nəzərə almaq lazımdır. Yəni, ilk olaraq Azərbaycanda qorunan əmanətlərin faizini endirmək lazımdır.
İkinci məsələ isə Mərkəzi Bankın banklara verdiyi vəsaitlə bağlıdır ki, bu da uçot dərəcəsi ilə, 7,75%-lə verilir. Prinsipcə, bu, normal faizdir və qorunan əmanət faizlərindən aşağıdır. Lakin Mərkəzi Bank bütün banklara yox, bir neçəsinə həmin faizlə kredit verir. Təbii ki, ucuz pul cəlb edə bilən azsaylı banklar faiz dərəcələrini endirmirlər. Bilirlər ki, digər banklar bu cür aşağı faizlə vəsait cəlb edə bilmir”.
Əkrəm Həsənovun sözlərinə görə, bütün banklar üçün bərabər şərait yaradılarsa, kredit faizləri aşağı düşəcək və bunun üçün qanunvericilikdə dəyişikliyə ehtiyac var:
“Əks halda kredit faizlərinin düşməsindən söhbət gedə bilməz”.
Ekspert ərzaq sahəsində kredit faizlərinin azalmasının isə fayda gətirə biləcəyini vurğulayıb:
“Ərzaq qiymətləri onsuz da qalxacaq. Lakin ucuz kreditlərin verilməsi qiymət artımının sürətini azalda bilər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-05-2022, 15:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər