reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Rusiya iqtisadiyyatı 3 faiz kiçilib

reklam

Rusiya iqtisadiyyatı 3 faiz kiçilib












Qərbin tətbiq etdiyi sanksiyaların Rusiya iqtisadiyyatına təsirləri rəsmi statistikada əksini tapmağa başlayıb. Ölkənin İqtisadi İnkişaf Nazirliyinin bu gün açıqladığı məlumata əsasən aprel ayında Rusiyada Ümumi Daxili Məhsul əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalıb. Yanvarda 5,6 faiz, fevralda 4,1 faiz artım qeydə alınan Rusiya iqtisadiyyatında artım tempi martda 1,3 faizə düşüb, apreldə isə azalmaya keçib. Dörd ayın yekununda ilk aylardakı artımın sayəsində 1,7 faizlik iqtisadi artım qeydə alınıb.

Nazirlik bildirir ki, iqtisadi daralmaya gətirən əsas faktorlar nəqliyyat-logistik məhdudiyyətlər, həmçinin daxili istehlakın azalması olub. Aprel ayında ən böyük azalma topdansatışda(ötən ilə nisbətən 11,9 faiz) və yük nəqliyyatında(5,9 faiz) baş verib. İstehlakçı tələbinin azalması da prosesə “töhfəsini” verib. Apreldə ölkədə pərakəndə ticarət, ictimai iaşə və ərzaq məhsullarının dövriyyəsi 6,7 faiz azalıb. Bu zaman pərakəndə ticarət 9,7 faiz azalıb.

Aprel ayında Rusiyada sənaye istehsalı martla müqayisədə 8,5 faiz, keçən ilin apreli ilə müqayisədə isə 1,6 faiz azalıb.

Qeyd edək ki, mart-aprel aylarında Rusiyada ÜDM-in daha çox azalmasının qarşısını alan əsas faktor neft və qazın yüksək qiymətləri olub. May ayında neft ixracının aprellə müqayisədə artması fonunda ÜDM azalmasının daha aşağı olması mümkündür. Lakin Avropanın neft embarqosu, həmçinin bir sıra ölkələrin Rusiyadan qaz alışını kəskin azaltması fonunda sonrakı aylarda daha böyük azalmanın olacağı gözlənilir.




Paylaş:


Müəllif : Tarix:
2-06-2022, 08:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər