reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Qiymətlər “əl yandırır”! – İnflyasiya və bahalaşmanı şərtləndirən nüanslar...

reklam

Qiymətlər “əl yandırır”! – İnflyasiya və bahalaşmanı şərtləndirən nüanslar...


Bazarlarda qiymətlər “əl yandırır”. Demək olar, hər gün, hər həftə qiymət bahalaşmasının şahidi oluruq. Bunun nəticəsidir ki, son aylar ərzində Azərbaycanda həm ərzaq, həm də qeyri-ərzaq məhsullarının qiymətlərində kəskin artım müşahidə edilir. Bu məsələ ilə bağlı "Şərq” qəzetinin redaktoru Ayət Əhməd də şəxsi “Facebook” səhifəsində paylaşım edib:

"Bazarlarda 200 faiz bahalaşma var. Ötən illərlə müqayisədə 100 manatın alıcılıq qabiliyyəti 20 manat səviyyəsinə enib. Kompensasiya varmı? Yox! Əhali iqtisadi sancı çəkir, sosial psixoz yaşayır..." Qiymət artımı ilə bağlı "Sherg.az" a münasibət bildirən iqtisadçı-ekspert Rəşəd Həsənov hesab edir ki, təkcə Azərbaycanda deyil , ümumiyyətlə dünyada inflyasiya gedir:

"2020-ci ildə baş verən pandemiya istehsal prosesində və iqtisadiyyatın bütün halqalarında fasilələrin yaranmasına gətirib çıxardı. Xüsusilə, Azərbaycanda transport xərclər bir neçə dəfə artdı. 2020-ci ildə Azərbaycan hava nəqliyyatı ilə yük daşımalarında ən bahalı xidmətləri təklif edən ölkə statusunu əldə etdi. Nəticədə idxal olunan xammalın, yarımfabrikatların qiyməti qalxdı. Bunu istifadə edən tədarükçü və istehsalçı məhsulu baha qiymətə satmaq məcburiyyətin

Digər bir tərəfdən də Azərbaycan Mərkəzi Bankı (AMB) resenziya təzyiqlərini neytrallaşdırmaq məqsədi ilə daha yumuşaq kredit xidməti göstərməyə cəhd edir. Hökümət müəyyən dəstək paketləri açıqlayarak istehlak səviyyəsini və alıcılıq gücünü qorumağa çalışdı.

İnflyasiyanı və qiymət artımını şərtləndirən yüzlərlə nüans sadalamaq olar.Bunların bir qismi təbii amillərdən, bir qismi səriştəsiz idarəetmədən, digər bir qismi isə qlobal indikatorun dəyişməsindən və xarici şoklardan qaynaqlanır".




Paylaş:


Müəllif : Tarix:
3-06-2022, 19:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər